Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-593/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakının alınması tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlə nikaha daxil olaraq gəlin olaraq köçdüyü Xaçmaz rayon Qalağan kəndində yerləşən fərdi yaşayış evinə aparılmış bir ədəd taxt döşəyi, yorğan və iki ədəd balış, böyük yataq döşəyi üç ədəd, yorğan üç ədəd, balaca döşəkçə 6 ədəd, balış 6 ədəd, yataq dəsti 2 ədəd, taxt üçün 1 ədəd tək, divar saatı 1 ədəd, pərdə və günlük, paltar şkafı (mebel) 1 ədəd, termo güzgü 1 ədəd, taxt yataq dəsti 2 balaca şkaf ilə birlikdə, 2 ədəd servant, bir ədəd 6 nəfərlik nahar masası, 6 ədəd stul, iki ədəd masa üçün örtük (süfrə), altı ədəd mürəbbə qabı, 12 ədəd yemək kasası, 6 ədəd balaca kasa, 3 dəst yemək boşqabı 6 nəfərlik, 2 böyük, 6 balaca meyvə qabları, beş ədəd padnos, 24 ədəd çay stakanı böyük, armudu stakan 18 ədəd (3 dəst), 24 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 2 ədəd böyük və balaca dərin tas, plasmas və dəmir qapaqlı vedrə, dabankeç, 2 ədəd güldan, aş üçün 1 ədəd böyük, 6 ədəd kiçik bulud, 6 ədəd mətbəx dəsti (duz-istiot-ədviyyat-ləvazimat qabları), geyim dəstləri: qara don üstü güllü, zoğalı rəng paltar, boz rəng yun paltar, zoğalı rəng uzun don, ağ rəng uzun don, qolu qısa kostyum, yun pencək, çəhrayı paltar, cins yupka, qara yupka, damalı köynək, çəhrayı köynək, yun köynək, yun çəhrayı köynək, qolları tül zərli don, qarışın güllü paltar, ağ kiçik əl çantası, göy-zəncirli əl çantası, qara-zəncirli əl çantası, qara sadə əl çantası, pul qabı, 2 cüt uzun boğaz çəkmə, qara tufli, qara sandal, sandal, idman ayaqqabıları ağqara və çəhrayı rəng, sandallar qəhvəyi, qara içi qırmızı 1 ədəd, yun üçkünc yaylıq, şarflar, gümüş komplekt, gümüş sep, bijuteriya sırğalar, kosmetik ləvazimatlar, işlənmiş və təzə (Faberlic və Orfleym firması), anası tərəfindən hədiyyə olaraq verilmiş qızıl sırğa və üzük, toy vaxtı oğlan evi tərəfindən hədiyyə olaraq verilmiş 2 qızıl üzük, 2 cüt qızıl sırğa, 2 sep, 1 ədəd qolbaq, qeyd edilən cehiz əmlaklarının cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2019-cu ildə el adəti ilə toy edərək nikaha daxil olmuşdur. Bibisi oğlu olduğu üçün inanmış və gələcəkdə rəsmi nikahın bağlanması barədə razılığa gəlmişlər. Faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə övladı X3 anadan olmuşdur. Cavabdeh tərəfindən övladına atalığın verilməsi və rəsmi nikahın qeydə-alınmasına dair mübahisələr olduğundan ailə münasibətləri pozulmudur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin atalığı müəyyən edilmişdir. Cavabdehin ailəsinə məxsus mənzilə gəlin köçmədən valideyinləri tərəfindən ona cehiz kimi verilmiş əmlak və həmçinin toy zamanı ona hədiyyə qismində verilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdehlə ailə həyatı qurarkən valideyinləri tərəfindən ona verilmiş cehiz əmlakları aşağıdakılardır. bir ədəd taxt döşəyi, yorğan və iki ədəd balış, böyük yataq döşəyi üç ədəd, yorğan üç ədəd, balaca döşəkçə 6 ədəd, balış 6 ədəd, yataq dəsti 2 ədəd, taxt üçün 1 ədəd tək, divar saatı 1 ədəd, pərdə və günlük, paltar şkafı (mebel) 1 ədəd, termo güzgü 1 ədəd, taxt yataq dəsti 2 balaca şkaf ilə birlikdə, 2 ədəd servant, bir ədəd 6 nəfərlik nahar masası, 6 ədəd stul, iki ədəd masa üçün örtük (süfrə), altı ədəd mürəbbə qabı, 12 ədəd yemək kasası, 6 ədəd balaca kasa, 3 dəst yemək boşqabı 6 nəfərlik, 2 böyük, 6 balaca meyvə qabları, beş ədəd padnos, 24 ədəd çay stakanı böyük, armudu stakan 18 ədəd (3 dəst), 24 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 2 ədəd böyük və balaca dərin tas, plasmas və dəmir qapaqlı vedrə, dabankeç, 2 ədəd güldan, aş üçün 1 ədəd böyük, 6 ədəd kiçik bulud, 6 ədəd mətbəx dəsti (duz-istiot-ədviyyat-ləvazimat qabları), geyim dəstləri: qara don üstü güllü, zoğalı rəng paltar, boz rəng yun paltar, zoğalı rəng uzun don, ağ rəng uzun don, qolu qısa kostyum, yun pencək, çəhrayı paltar, cins yupka, qara yupka, damalı köynək, çəhrayı köynək, yun köynək, yun çəhrayı köynək, qolları tül zərli don, qarışın güllü paltar, ağ kiçik əl çantası, göy-zəncirli əl çantası, qara-zəncirli əl çantası, qara sadə əl çantası, pul qabı, 2 cüt uzun boğaz çəkmə, qara tufli, qara sandal, sandal, idman ayaqqabıları ağqara və çəhrayı rəng, sandallar qəhvəyi, qara içi qırmızı 1 ədəd, yun üçkünc yaylıq, şarflar, gümüş komplekt, gümüş sep, bijuteriya sırğalar, kosmetik ləvazimatlar, işlənmiş və təzə (Faberlic və Orfleym firması), anası tərəfindən hədiyyə olaraq verilmiş qızıl sırğa və üzük, toy vaxtı oğlan evi tərəfindən hədiyyə olaraq verilmiş 2 qızıl üzük, 2 cüt qızıl sırğa, 2 sep, 1 ədəd qolbaq. Qeyd edilən hədiyyələr və ona məxsus cehiz əşyaları cavabdeh tərəfindən əsassız olaraq saxlanılmış, bu günədək ona təqdim edilməmişdir. Hazırda həmin əmlaklar cavabdehin valideyinləri ilə birgə yaşadığı mənzildə saxlanılır. İş üzrə iddiaçı tərəf iddia ərizəsinə əlavə edərək göstərmişdir ki, cavabdehlə nikaha daxil olarkən gəlin olaraq köçdüyü Xaçmaz rayonu Qalağan kəndində yerləşən fərdi yaşayış evinə aparılmış cehiz, geyim və qızıl zinət əşyalarının alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi məhkəmədə baxılan mərhələdə müvəqqəti təminat tədbiri kimi 16(067)-23/2023 saylı qərardad qəbul edilmiş və qərardadın icrası zamanı Xaçmaz rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən 18 aprel 2023-cü ildə müvafiq protokol tərtib edilmişdir. Qərardadda göstərilən və siyahıya alınmalı olan əmlaklar siyahısında aşağıdakı əmlaklar aşkar edilməmişdir. Belə olan halda hesab edir ki, həmin əmlakların dəyəri cavabdehdən tutularaq ona ödənilməlidir. Qara güllü don, zoğalı rəng uzun don, ağ rəngli uzun don, qolu qısa kostyum, yun pencək, çəhrayı paltar, cins yupka, qara yupka, damalı köynək, çəhrayı köynək, yun köynək, yun çəhrayı köynək, qolları tül zərli don, qarışın güllü paltar, ağ kiçik əl çantası, göy-zəncirli əl çantası, qara sandal, sandal, idman ayaqqabıları ağ-qara və çəhrayı rəng, gümüş komplekt, gümüş sep, qızıl üzük, 2 cüt qızıl sırğa, 2 sep, 1 ədəd qolbaq aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən yenə valideyinləri tərəfindən hədiyyə olaraq verilmiş aşağıda sadalanan 6 ədəd əşya da cavabdeh tərəfindən geri verilməmişdir. Paltaryuyan, xalça, ütü, ətçəkən maşın, tozsoran, divan. Siyahıya alma zamanı icra məmuru tərəfindən aşkar edilməyən, protokolda qeyd edilən 50 manat dəyərində qara güllü don, dəyəri 50 manat olan zoğalı rəngli uzun don, 60 manat dəyərində ağ rəngli uzun don, dəyəri 105 manat olan qolu qısa kostyum, 45 manat dəyərində yun pencək, 40 manat dəyərində çəhrayı paltar, 25 manat dəyərində cins yupka, 20 manat dəyərində qara yupka, 15 manat dəyərində damalı köynək, 20 manat dəyərində çəhrayı köynək, 18 manat dəyərində yun köynək, 20 manat dəyərində yun çəhrayı köynək, 50 manat dəyərində qolları tül zərli don, 55 manat dəyərində qarışın güllü paltar, ağ kiçik əl çantası 13 manat, göy-zəncirli əl çantası 20 manat, qara sandal 18 manat, sandal 16 manat, 61 manat dəyərində idman ayaqqabları ağ-qara və çəhrayı rəng, 35 manat dəyərində gümüş komplekt, 20 manat dəyərində gümüş sep, ümumi dəyəri 1490 manat olan 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd sep, 1 ədəd qolbaq, valideyinləri tərəfindən hədiyyə olaraq ona verilmiş ümumi dəyəri 2055 manat olan dəyəri 935 manat olan paltaryuyan, 100 manat dəyərində xalça, dəyəri 60 manat olan ütü, dəyəri 60 manat olan ətçəkən maşın, dəyəri 250 manat olan tozsoran, dəyəri 650 manat olan divan. Ümumilikdə 4401 manat pulun cavabdehdən tutularaq ona-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia ərizəsində yazılan çox şey düz deyil. Mebeli “Həyat” mebel salonundan o özü almışdır. Tələb olunan qızıl-zinət əşyalarının əksəriyyəti də yalandır. 1400 manatlıq qızılzinət əşyası aparmışlar. İddiaçıya 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq verilib. İddiaçının anası tərəfindən hədiyyə olunan sırğa və oğluna hədiyyə etdikləri nişan üzüyü də ondadır. İddiaçıya hədiyyə olunan nişan üzüyünü 350 manata almışlar. İddiaçının tələb etdiyi paltarların qiymətləri barədə sənədi yoxdur, qeyd olunan paltarlar olmayıb. Qazanlar, kauçuk qablar olmuş, anası onları da aparıb. O biri əmlaklar olmayıb. İddia ərizəsinə əlavə ərizədə qeyd olunan müəyyən olunmayan əşyaları iddiaçının anası aparmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə Nürətdin oğlu icra məmurunun tərtib etdiyi protokolda aşkar edilən əmlakların iddiaçı tərəfindən istədiyi vaxt gəlib götürə biləcəyini bildirmiş, qalan aşkar edilmədiyi əşyaların isə onda olmadığını və onların mövcudluğu və dəyərləri barədə iddiaçıda hər hansı bir sübutun olmadığını bildirmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddiaçı iddia həcminin artırılmasını məhkəmə baxışında tədqim etmişdir halbuki bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Bu səbəbdən iddia tələbinin artırılmasına dair ərizəsi məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının tələb etdiyi cehiz əmlakının bir qismi mövcuddur və hazırda da cavabdehdə saxlanılır. Cavabdeh həmin əşyaların onda olmasını təsdiq etmiş və qaytarılmasına heç bir etiraz etməmişdir. Cavabdehdə saxlanılan əşyaların siyahısı iş materiallarında olan 18 aprel 2023-cü il tarixli “Cehiz əmlakın siyahıya alınaraq özgəninkiləşdirilməsinin qadağan edilməsi haqqında” protokolda əks olunmuşdur. Protokola əsasən aşkar edilən əşyalar aşağıdakılardı: bir ədəd taxt döşəyi, yorğan və iki ədəd balış, böyük yataq döşəyi üç ədəd, yorğan üç ədəd, balaca döşəkçə 6 ədəd, balış 6 ədəd, yataq dəsti 2 ədəd, yataq dəsti (taxt üçün 1 ədəd tək), divar saatı 1 ədəd, pərdə və günlük, paltar şkafı (mebel) 1 ədəd, termo güzgü 1 ədəd, taxt yataq dəsti 2 balaca dolab ilə birlikdə, 2 ədəd servant, bir ədəd 6 nəfərlik nahar masası, 6 ədəd stul, iki ədəd masa üçün örtük (süfrə), altı ədəd mürəbbə qabı, 12 ədəd yemək kasası, 6 ədəd balaca kasa, 3 dəst yemək boşqabı 6 nəfərlik, 2 böyük, 6 balaca meyvə qabları, beş ədəd padnos, 24 ədəd çay stakanı böyük, armudu stəkan 18 ədəd (3 dəst), 24 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 2 ədəd böyük və balaca dərin tas, plasmas və dəmir qapaqlı vedrə, dabankeç, 2 ədəd güldan, aş üçün 1 ədəd böyük, 6 ədəd kiçik bulud, 6 ədəd mətbəx dəsti (duz-istiot-ədviyyat-ləvazimat qabları), qara-zəncirli əl çantası, qara sadə əl çantası, pul qabı, 2 cüt uzun boğaz çəkmə, qara tufli, idman ayaqqabıları ağ-qara və çəhrayı rəng 1 ədəd, içi qırmızı qəhvəyi, qara rəngli sandal, yun üçkünc yaylıq, şarflar, bijuteriaya sırğalar, kosmetika ləvazimatları: işlənmiş və təzə (Oriflame və Faberlic firması), anası tərəfindən hədiyyə olaraq verilmiş qızıl sırğa və üzük. Məhkəmə qızıl zinyət əşyaları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində qeyd olunan bəzi qızıl zinyət əşyaların mövcudluğu cavabdeh tərəfindən inkar olunmamışdır və iddiaçıya hədiyyə olaraq verilməsi təsdiq edilmişdir. Lakin cavabdeh həmin qızıl zinyət əşyaların iddiaçı tərəfindən aparılmasını qeyd etsə də, buna dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, qızıl zinyət əşyaların mövcudluğu və onların qiymətləri təsdiq olunur. Belə ki, fotoşəkildən göründüyü kimi tərkibinə bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbaq və bir cüt sırğa daxil olan komplektin dəyəri 1490 manat təşkil edir. Cavabdehin nümayəndəsi həmin komplektin aldığını və iddiaçıya hədiyyə olunduğunu təsdiq etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi bir ədəd dəyəri 350 manat olan nişan üzüyün iddiaçıya hədiyyə olunduğunu da etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah münasibətləri mövcud deyil. Tərəflər arasında el adəti ilə toy olsa da, faktiki nikahnlarından uşaq anadan olsa da, nikahları rəsmiləşdirilməmişdir. Belə olan halda, tərəflər arasında olan əmlak mübahisəsi Ailə Məcəlləsinin normaları ilə yox, Mülki Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi və hazırda cavabdehdə saxlanılan bir ədəd taxt döşəyi, yorğan və iki ədəd balış, böyük yataq döşəyi üç ədəd, yorğan üç ədəd, balaca döşəkçə 6 ədəd, balış 6 ədəd, yataq dəsti 2 ədəd, yataq dəsti (taxt üçün 1 ədəd tək), divar saatı 1 ədəd, pərdə və günlük, paltar şkafı (mebel) 1 ədəd, termo güzgü 1 ədəd, taxt yataq dəsti 2 balaca dolab ilə birlikdə, 2 ədəd servant, bir ədəd 6 nəfərlik nahar masası, 6 ədəd stul, iki ədəd masa üçün örtük (süfrə), altı ədəd mürəbbə qabı, 12 ədəd yemək kasası, 6 ədəd balaca kasa, 3 dəst yemək boşqabı 6 nəfərlik, 2 böyük, 6 balaca meyvə qabları, beş ədəd padnos, 24 ədəd çay stakanı böyük, armudu stəkan 18 ədəd (3 dəst), 24 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 2 ədəd böyük və balaca dərin tas, plasmas və dəmir qapaqlı vedrə, dabankeç, 2 ədəd güldan, aş üçün 1 ədəd böyük, 6 ədəd kiçik bulud, 6 ədəd mətbəx dəsti (duz-istiot-ədviyyat-ləvazimat qabları), qara-zəncirli əl çantası, qara sadə əl çantası, pul qabı, 2 cüt uzun boğaz çəkmə, qara tufli, idman ayaqqabıları ağ-qara və çəhrayı rəng 1 ədəd, içi qırmızı qəhvəyi, qara rəngli sandal, yun üçkünc yaylıq, şarflar, bijuteriaya sırğalar, kosmetika ləvazimatları: işlənmiş və təzə (Oriflame və Faberlic firması), anası tərəfindən hədiyyə olaraq verilmiş qızıl sırğa və üzük cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, tərkibinə bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbaq və bir cüt sırğa daxil qızıl komplekt və ya onun dəyəri 1490 manat, həmçinin bir ədəd nişan üzüyü və ya onun dəyəri 350 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. İddiada göstərilən digər əşyalarla bağlı məhkəmə hesab edir ki, həmin əmlakların mövcudluğu, onların dəyəri və cavabdehdə qalması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı tərəfin məhkəmə xərcləri ilə bağlı cavabdeh tərəfdən hər hansı bir tələbi olmamışdır. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bir ədəd taxt döşəyi, yorğan və iki ədəd balış, böyük yataq döşəyi üç ədəd, yorğan üç ədəd, balaca döşəkçə 6 ədəd, balış 6 ədəd, yataq dəsti 2 ədəd, yataq dəsti (taxt üçün 1 ədəd tək), divar saatı 1 ədəd, pərdə və günlük, paltar şkafı (mebel) 1 ədəd, termo güzgü 1 ədəd, taxt yataq dəsti 2 balaca dolab ilə birlikdə, 2 ədəd servant, bir ədəd 6 nəfərlik nahar masası, 6 ədəd stul, iki ədəd masa üçün örtük (süfrə), altı ədəd mürəbbə qabı, 12 ədəd yemək kasası, 6 ədəd balaca kasa, 3 dəst yemək boşqabı 6 nəfərlik, 2 böyük, 6 balaca meyvə qabları, beş ədəd padnos, 24 ədəd çay stakanı böyük, armudu stəkan 18 ədəd (3 dəst), 24 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 2 ədəd böyük və balaca dərin tas, plasmas və dəmir qapaqlı vedrə, dabankeç, 2 ədəd güldan, aş üçün 1 ədəd böyük, 6 ədəd kiçik bulud, 6 ədəd mətbəx dəsti (duz-istiot-ədviyyat-ləvazimat qabları), qara-zəncirli əl çantası, qara sadə əl çantası, pul qabı, 2 cüt uzun boğaz çəkmə, qara tufli, idman ayaqqabıları ağ-qara və çəhrayı rəng 1 ədəd, içi qırmızı qəhvəyi, qara rəngli sandal, yun üçkünc yaylıq, şarflar, bijuteriaya sırğalar, kosmetika ləvazimatları: işlənmiş və təzə (Oriflame və Faberlic firması), anası tərəfindən hədiyyə olaraq verilmiş qızıl sırğa və üzük, tərkibinə bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbaq və bir cüt sırğa daxil olan qızıl komplekt və ya onun dəyəri 1490 manat, həmçinin bir ədəd nişan üzüyü və ya onun dəyəri 350 manat pul cavabdeh Nümayəndə alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-593/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-593/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver