Məhkəmə qərarları › İş №e-2(067)-797/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-797/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-797/2024 01.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə ailə qurarkən onun yaşadığı ünvan 1i ünvanında yerləşən evə apardığı özünə məxsus cehiz əşyaları olan 6 ədəd cəmi dəyəri 150 manat olan yastıq, 6 ədəd cəmi dəyəri 60 manat olan balaca nalça, 2 ədəd cəmi dəyəri 50 manat yataq örtüyü (odeyal nazik), 1 ədəd 95 manat dəyərində olan taxt üstü, 1 ədəd 350 manat dəyərində stol (6 ədəd stulları ilə birlikdə), 2 ədəd cəmi dəyəri 60 manat olan sintefon yorğan, 1 ədəd 30 manat dəyərində olan buxovni yataq örtüyü (odeyal), 1 ədəd 150 manat dəyərində olan tozsoran, 1 ədəd 100 manat dəyərində olan ütü, 1 ədəd 800 manat dəyərində olan paltaryuyan maşın, 1 ədəd 400 manat dəyərində olan televizor, 1 ədəd 1000 manat dəyərində olan soyuducu, cəmi 1300 manat dəyərində olan mətbəx mebeli, 2 ədəd cəmi 800 manat dəyərində olan Təbriz xalçası, 1 ədəd 50 manat dəyərində olan su qazanı, 3 dəst cəmi 180 manat dəyərində olan qazan dəsti (nikel, çuqun və tefal), 1 dəst cəmi 35 manat dəyərində olan bıçaq dəsti, 1 ədəd 50 manat dəyərində qaz sobası, 1 dəst cəmi 2500 manat dəyərində olan yataq dəsti (termo, 2 tumba, şifoner, taxt), 1 dəst cəmi 1200 manat dəyərində olan qonaq mebeli (stol-stulları ilə birlikdə və qorka), 3 ədəd cəmi 300 manat dəyərində olan xalça, 4 dəst 400 manat dəyərində olan pərdələr, 2 ədəd cəmi 400 manat dəyərində olan çılçıraq, 1 dəst cəmi 500 manat dəyərində olan nahar servizi, 1 dəst cəmi 50 manat dəyərində olan çay servizi, 1 dəst cəmi 50 manat dəyərində olan kofe servizi, 1 ədəd cəmi 100 manat dəyərində olan qaşıq dəsti (çamadan), 6 ədəd 70 manat dəyərində olan büllur stəkan dəsti, 1 ədəd 700 manat dəyərində olan divan, 6 ədəd cəmi 168 manat dəyərində olan büllur qablar, 2 ədəd cəmi 50 manat dəyərində olan bogema, 2 ədəd cəmi 50 manat dəyərində olan meyvə qabından ibarət olan məişət əşyalarının özünün və ya onlar olmadıqda onların 7918 manat olan dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 25 iyul 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə vəsatət göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar