Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-945/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi Kreditor Borclu qarşı «borc tələbi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qoşma hissəsində qeyd olunsa da, xx.xx.2016-cı il tarixli, XCK01022 №-li nisyə satış müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 276.1-ci maddəsinin tələbinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli, XCK01022 №-li nisyə satış müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli (Əlavə 1) məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə edilmədiyindən, işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-945/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-945/2021
22.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver