Məhkəmə qərarları › İş №e-2(068)-190/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-190/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-190/2025 03.11.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı Əhmədov Emı̇ l Nı̇ yaz oğlunun, Cavabdeh İbrahı̇ mova Nı̇ gar Oktay qızının iştirakı ilə, İddiaçı Əhmədov Emı̇ l Nı̇ yaz oğlunun cavabdeh İbrahı̇ mova Nı̇ gar Oktay qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əhmədov Emı̇ l Nı̇ yaz oğlu cavabdeh İbrahı̇ mova Nı̇ gar Oktay qızına qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması, ondan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli (160 manat) həddində aliment tutulub cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması, ondan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli (120 manat) həddində aliment tutulub cavabdehə verilməsi, həmçinin azaldılmasını tələb etdiyi alimentin məbləğinin indeksasiya olunduğu vaxtdan, yəni xx.xx.2025-ci ildən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli hazırlıq iclasının protokoluna əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək, mülki işə əlavə edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə faktiki nikahlarından üç övladlar - xx.xx.2014-cü il təvəllüdlü Fidan, xx.xx.2016-cı il təvəllüdlü Zeynəb və xx.xx.2024-cü il təvəllüdlü Emin doğulmuşdur. Cavabdeh 2018-ci ildə iddiaçıya qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıdan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi iki uşağa görə 308 manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən qısa bir müddət sonra onlar barışmış və bir yerdə yaşamış, bu müddət ərzində xx.xx.2024-cü il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. xx.xx.2025-ci ildə Cavabdeh ilə münasibətləri pisləşmiş və həmin tarixdə evdən getmişdir. Bundan sonra cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmuşdur. Hazırda iddiaçıdan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin saxlanması üçün hər ay hər birinə 473 manat aliment ödəməyi müəyyən olunmuşdur. Bundan əlavə hazırda Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 onun yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın tutulub ona ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin saxlanması üçün hər ay hər birinə 473 manat aliment kifayət qədər yüksək məbləğdir. Ona görə də alimentin məbləği azaldılmalıdır. Bundan əlavə xx.xx.2024-cü il təvəllüdlü Eminin saxlanması üçün müvəqqəti olaraq 150 manat alimentin tutulması qərara alınmış, hazırda həmin iş də məhkəmənin icraatındadır. Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin borcudur. Ümumiyyətlə yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə aliment ödəyən şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normaları əsas götürülür. Yaşayış minimumu isə ildən ilə müəyyən məbləğdə artır. Bütün bunlar isə aliment ödəməli olan şəxsi artıq qazanc əldə etməyə məcbur edir və bu da bir sıra neqativ halların baş verməsinə səbəb olur. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına kifayət qədər rast gəlinir. Göründüyü kimi onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamış, əksinə maddi vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, onun üçüncü övladı dünyaya gəlmiş və həmin uşağın saxlanması üçün də cavabdeh aliment və maddi yardım tələb edir. Bu səbəbdən də, alimentin azaldılmasını daha ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İbrahı̇ mova Nı̇ gar Oktay qızına ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-335/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan İbrahı̇ mova Nı̇ gar Oktay qızının xeyrinə tutulan alimentin məbləği 13 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2897/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan İbrahı̇ mova Nı̇ gar Oktay qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (180 manat) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-010446 nömrəli mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Əhmədov Emı̇ l Nı̇ yaz oğlu alimentin miqdarının azaldılması tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş, lakin tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar əsasında müəyyən edilir ki, iddiaçının qüvvədə olan rəsmi iş yeri yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə aşağıdakı məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İbrahı̇ mova Nı̇ gar Oktay qızına ödənilməsi qət edilmiş, alimentin məbləği həmin vaxtdan sonra yalnız xx.xx.2025-ci il tarixli qərardadla indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində müəyyən olunmuşdur. Bununla yanaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2897/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən tərəflərin xx.xx.2024-cü ildə doğulmuş övladları - X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan İbrahı̇ mova Nı̇ gar Oktay qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (180 manat) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin bildirdiyinə əsasən müəyyən edilir ki, iddiaçı uşaqların saxlanmasında yalnız alimentin ödənilməsi ilə kifayətlənmişdir. Lakin qeyd olunmuş qanunvericilikdən də görünür ki, uşaqların yalnız maddi deyil, eyni zamanda mənəvi tələbatlarının təmin edilməsi də valideynin vəzifəsidir. İşin hallarından isə görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar cavabdehin himayəsində olmaqla, onun təlim tərbiyəsi ilə əsasən ana məşğul olmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflərin uşaqların saxlanmasındakı rolu nəzərə alınmaqla, hazırda iddiaçı tərəfindən ödənilən alimentlə uşaqların maddi tələbatının mümkün qədər yüksək saxlanılması təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tutulan alimentin məbləği müəyyən edilərkən iddiaçının maddi imkanı və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olaraq götürülməlidir Aydındır ki, indeksasiya ilə bağlı ərizələrə baxılarkən qeyd olunan məsələlərə qiymət verilməsi həmin məhkəmə baxışının predmetinə daxil olmur. Aliment indeksasiya olunandan sonra yeni formalaşmış alimentin məbləğinin tərəflərin maddi vəziyətinə təsirinə hazırkı predmet çərçivəsində qiymət verilməlidir. Hazırkı məhkəmə araşdırması zamanı tərəflərin maddi və ailə vəziyyətində dəyişikliyin olmaması müəyyən edilmişdir. Lakin indeksasiya icraatından sonra alimentin məbləğinin 154 manatdan faktiki olaraq hazırkı mərhələdə 476 manata qədər yüksəlməsi, rəsmi gəlirləri olmayan iddiaçının maddi vəziyyətini çətinləşdirmişdir. Bu hal həmçinin onunla sübut olunur ki, alimentin məbləği hər uşağa görə minimum əmək haqqının 1,18 misli, yəni 476 manat olduqdan sonra iddiaçı tərəfindən aliment ödənişləri hər ay tam icra oluna bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qəbul edilən məhkəmə qətnaməsi həm ədalətli olmalı, həm də icrası mümkün olan məhkəmə aktı olmalıdır. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddiaçıdan tutulan alimentin məbləği mübahisənin ədalətli həll olunması üçün dəyişdirilməlidir. Yeni təyin olunan alimentin məbləğinin müyyənləşdirilməsi isə hazırkı mübahisənin həlli vacib olan məsələsidir. Alimentin məbləği müəyyənləşdirilərkən həm tərəflərin qarşılıqlı münasibətləri, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması mütləq nəzərə alınmalıdır. İddiaçı tərəf alimentin məbləğinin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli (120 manat) həddində müəyyən olunmasını istəsə də, nəzərə alınmalıdır ki, uzun müddət ərzində uşaqların maddi və mənəvi saxlanması yükü ananın üzərində olmuşdur. Ata tərəfinin bu vaxta qədər yalnız təyin olnmuş alimentin ödənilməsi ilə kifayətlənilməsi, bir valideyn kimi vəzifələrin tam həyata keçirilməsini istisna edir. Odur ki, uşaqların hazırkı yaş aralığı ilə bağlı onların təhsili, geyimi, həmyaşıdları ilə sosial tədbirlərdə iştirakı nəticəsinə yaranan və digər maddi xərcləri, həmçinin bu vaxta qədər uşaqların saxlanması yükünün əsasən ananın üzərində olması nəzərə alındıqda təyin olunacaq alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli (120 manat) həddində azaldılması ədalətli hesab oluna bilməz. Ona görə iddiaçı tərəfindən ödənilməsi mümkün olan ən yüksək məbləğdə alimentin miqdarı müəyyən edilməlidir. Belə ki, tərəflərin maddi gəlirlərini, onların uşaqların saxlanmasında iştirakının həcmini, həmçinin yuxarıda qeyd olunan digər məsələləri nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməlidir. Məhkəmə bu qənatə gələrkən, həm uşaqların təminatın səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, həm də qəbul ediləcək qətnamənin icrasının mümkün olmasını nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı təyin olunan aliment uşaqların saxlanmasının, yəni valideynlik vəzifəsinin həyata keçirilməsinin məcburi məhkəmə qaydasıdır. Valideynlər nəzərə almalıdır ki, aliment uşaqların minimum dolanacaq xərcləridir. Valideynlər könüllü olaraq öz fəaliyyətlərini, uşaqların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına yönəltməlidirlər. Çünki, uşaqların öz valideynləri tərəfindən tərbiyə olunması, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Alimentin tutulma qaydası ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan tutularaq İbrahı̇ mova Nı̇ gar Oktay qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment Əhmədov Emı̇ l Nı̇ yaz oğlundan tutularaq İbrahı̇ mova Nı̇ gar Oktay qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar