Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-318/2025 03.02.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay, hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onunla Cavabdeh arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci ildə bağlanmış və 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 onun yanında qalması, Cavabdeh 18 sentyabr 2020-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Alimentin tutulması cavabdehin əmək haqqına yönəldilmiş, cavabdeh bilərəkdən əmək müqaviləsində aylıq əmək haqqının məbləğini azaltmışdır ki, alimentin məbləği az tutulsun. Halbuki, cavabdehin uzun illərdir şəxsi təsərrüfatı var və yaxşı qazanc əldə edir. Hazırda cavabdeh müəyyən olunmuş alimenti hər ay vaxtında ödəyir, lakin alimentin məbləği hər dəfə dəyişkən olur. Buda uşaqların stabil həyat şəraitini qurmaqda çətinlik yaradır. Bundan başqa, uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsində yaşayır. Uşaqları Bakı şəhəri E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə oxuyurlar və uşaqlar böyüdükcə xərcləridə çoxalır. İşsizliyə görə məcbur qalıb Bakı şəhərində gündəlik işlərdə işləyir. Bundan başqa, Bakı 20 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş, X1 iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də, Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)- 80/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay, hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, xx.xx.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini nəzərə alıb, məhkəmə iclasını iştirakı olmadan keçirilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsinin sutərindən görünür ki, iddia təmin edilmiş, Rüstəmova (Əsgərova) Faqət Tahir qızı ilə Cavabdeh arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci ildə bağlanmış və 17 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018ci il təvəllüdlü X5 anası Rüstəmova (Əsgərova) Faqət Tahir qızının yanında qalmış, Cavabdeh 18 sentyabr 2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Rüstəmova (Əsgərova) Faqət Tahir qızının xeyrinə tutulmuş, alimentin tutulması hissəsi dərhal icraya yönəldilmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-01269 saylı arayışından görünür ki, X1 İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Cəfərova İddiaçı tərəfindən 60 manat məbləğində İMS xərci ödənilmişdir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1996-cı ildə doğulmuşdur. İş materiallarında olan AA2402864 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (fərdi identifikasiya nömrəsi 83KLRZP) xx.xx.2016-cı ildə doğulmuşdur. İş materiallarında olan AA4951685 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 (fərdi identifikasiya nömrəsi 8FRXARR) xx.xx.2018-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 274 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 439 saylı arayışdan görünür ki, X4 həqiqətən 2025-2026-tədris ilində Bakı şəhəri E.Şirəliyev adına 274 saylı tam orta məktəbin 4z sinfində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 274 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 420 saylı arayışdan görünür ki, X5 həqiqətən 2025-2026-tədris ilində Bakı şəhəri E.Şirəliyev adına 274 saylı tam orta məktəbin 2i sinfində təhsil alır. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə X4 və xx.xx.2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsinə əsasən, Rüstəmova (Əsgərova) Faqət Tahir qızı ilə Cavabdeh arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci ildə bağlanmış və 17 nömrə ilə qeyd edilmiş nikah pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anası Rüstəmova (Əsgərova) Faqət Tahir qızının yanında qalması, Cavabdeh 18 sentyabr 2020ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Rüstəmova (Əsgərova) Faqət Tahir qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdehin əmək haqqı dəyişkən olduğundan, iddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqlar böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdehin isə uşaqların saxlanması üçün iddiaçıya ödədiyi aliment yetərsizdir. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci və 76.1.2-ci maddələrinə müvafiq olaraq, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq Hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarına əsasən 8.4-cü bəndə 8.4-1-ci yarımbənd əlavə edilmiş, həmin bəndə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə 2025-ci ildə daxil olduğundan alimentin sabit pul məbləğində tutulması 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinə müvafiq təyin edilməlidir. Məhkəmə iddiaçının yanında qalan iki nəfər yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, aliment hər ay sabit pul məbləğində 200 manat müəyyən edilməlidir. Həmin məbləğ də, hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,5 mislini təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsi əsasən, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarı dəyişdirilsin, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində rüsum İddiaçı xeyrinə tutulmalı, mülki iş üzrə Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(069)-80/2020 saylı qətnaməsi əsasən, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarı dəyişdirilsin, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya prosesi xərci üçün ödənilmiş 60 manat məbləğində İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-318/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-318/2025
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver