Məhkəmə qərarları › İş №e-2(069)-81/2025

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №e-2(069)-81/2025

29.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № e-2(069)-81/2025 29.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ailə münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qonaq otağında serevantın içində 2 ədəd xrustal qəndqabı 150 manat, 1 ədəd xrustal gülqabı 100 manat, 6 xrustal bakal 130 manat, 2 ədəd sarı rəngli qəndqabı 150 manat, su qrafin dəsti 6 balaca, 6 orta, 6 böyük stəkanları 180 manat, nahar dəsti xörək boşqabı, 6 duz qabı, salat boşqabı, çaynik, kasalar, dovğa qabı, bulud boşqabları, qənd qabıları, böyük çaynik və 12 stəkan dəsti (aşağı rəftə) 580 manat, çəhrayı güldan 250 manat, aşağı rəftə 6 xrustal stəkan 85 manat, 6 mavi çay fincanı dəsti 80 manat, hesan dəsti 2 kanfet qabı (stolun üstündə), çərəz qabı, meyvə qabı 450 manat, televizor Samsung smart 750 manat, zaldakı pərdə alt və üstlüyü 340 manat, stolüstü süfrə 2 ədəd 100 manat, stol və 6 stulu 300 manat, kamotun üstündə 2 meyvə qabı, 2 qənd qabı, 1 gül qabı 150 manat, kamotun içində mikser 60 manat, tozsoran 50 manat, par ütüsü 35 manat, dəmir şirniyyat qabı 20 manat, gəlin otağında şifoner 800 manat, sağ qapısının içindəkilər hamısı (özünün və uşaq paltarları, kurtka cibində 200 manat pul), sol qapısında balış, pastellər, dəsmallar, çexol, paltar bavulu, uşaq bələyi, orta hissədəki bütün əşyalar, şifonerin üstündəki bütün əşyalar, taxt və 2 tumba, 1 matras 700 manat, üstündəkilər hamısı, termo 300 manat, içindəki ona aid bütün əşyalar (ürək formalı kloun qızıl və digər qızıllar), üstündəki stolüstü işıq, ona aid bütün əşyalar, planşet Xiaomi Pad 6 700 manat, Lüstur 150 manat, Ksereks aparatı ağ rəngli HP 300 manat, Beşik içindəkilər uşaq üçün pastel, yorğan, uşaq paltarları, taxt sandıqçası 200 manat, içindəki kitablar, sumkalar, ayaqqabılar, pərdələr alt 2 ədəd eni 1m, uzunluq 2 m 100 manat, Kondinsioner AUX 500 manat, mətbəx mebeli 3.000 manat, mikrodalğalı soba MİDEA 350 manat, 4 gözlü qaz 200 manat, soyuducu VESTEL 1.150 manat, qab yuyan maşın Javel, boz rəngli 700 manat, paltar yuyan maşın Javel, boz rəngli 700 manat, 6 çəngəl, 6 qaşıq dəsti 30 manat, 6 xrustal su stəkanı və qrafinkası 85 manat, elektrikli soba Javel, qara rəngli 400 manat, Aspirator Samsung 115 manat, elektron samovar 100 manat, divar saatı 15 manat, şirə çəkən maşın 50 manat, ət çəkən maşın 50 manat, qəhvədan 60 manat, mavi çaydan 20 manat, toster 30 manat, bilendr 40 manat, qazan dəsti 280 manat bağlı qutuda, əlavə kiçik tava 15 manat, çuqun qazan dəsti 150 manat, podnoslar (dəmir) 3 ədəd 70 manat, 2 ədəd dairəvi kalçuk podnos 50 manat, dəmir 2-li qab dəsti karaca 250 manat, bıçaq dəsti 2 ədəd (çəhrayı rəngli) 75 manat, böyük xrustal 4 qol çərəz - meyvə qabı 150 manat, şüşə meyvə qabları 150 manat, qızılı rəngli duz - istiot qabı 4 ədəd, limon qabı və qaşıqları 2 ədəd, salfetka qabları 2 ədəd 100 manat, böyük qaşıq dəsti - çəhrayı rəngli 20 manat, 3 gözlü şkafın 1-ci rəfdəki bütün əşyalar, həyətdəki kombi otağında ona aid əşyalar (ayaqqabılar), elektron saat 1 ədəd 30 manat, çuqun vedrə 1 ədəd sarı rəngli 25 manat, ürək formalı qızıllar (üzük, sırğa) - qırmızı rəngli qızıl qabında, klonu (termonun rəfində) 530 manat, mavi qaşlı qızıl üzük, toy qızıl dəsti - qırmızı qutuda (sep, sırğa, üzük, qolbaq) 2.600 manat, nişan üzüyü qaşlı 900 manat alınaraq ona qaytarılması, qeyd edilən əşyaların qaytarılması mümkün olmadıqda isə həmin əşyaların dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Xeyli müddətdir ki, cavabdehin ona qarşı münasibəti dəyişmiş, artıq ər-arvad kimi birlikdə yaşamaları mümkün olmadığından, tərəfindən “nikahın ləğvi, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Gəlin köçdüyü Bakı şəhəri, Dilqəm Pişəvari küçəsi 15 saylı evə gedərkən el adətinə uyğun cehiz əşyaları aparmış, həmin cehiz əşyaları və ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavadehə məxsus mənzildə saxlanılmışdır. Cavabdeh onu evə buraxmadığı üçün gündəlik geyimlərini və qızıllarıda daxil olmaqla, cehiz əşyalarının götürülməsi mümkün olmamışdır. Ona görə də, həmin əşyaların və qızıl-zinət əşyalarının geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəfindən mediasiyaya müraciət edilmiş, lakin prosessin davam etdirilməsi mümkün olmamışdır. Ona görə də, Cavabdeh qonaq otağında serevantın içində 2 ədəd xrustal qəndqabı 150 manat, 1 ədəd xrustal gülqabı 100 manat, 6 xrustal bakal 130 manat, 2 ədəd sarı rəngli qəndqabı 150 manat, su qrafin dəsti 6 balaca, 6 orta, 6 böyük stəkanları 180 manat, nahar dəsti xörək boşqabı, 6 duz qabı, salat boşqabı, çaynik, kasalar, dovğa qabı, bulud boşqabları, qənd qabıları, böyük çaynik və 12 stəkan dəsti (aşağı rəftə) 580 manat, çəhrayı güldan 250 manat, aşağı rəftə 6 xrustal stəkan 85 manat, 6 mavi çay fincanı dəsti 80 manat, hesan dəsti 2 kanfet qabı (stolun üstündə), çərəz qabı, meyvə qabı 450 manat, televizor Samsung smart 750 manat, zaldakı pərdə alt və üstlüyü 340 manat, stolüstü süfrə 2 ədəd 100 manat, stol və 6 stulu 300 manat, kamotun üstündə 2 meyvə qabı, 2 qənd qabı, 1 gül qabı 150 manat, kamotun içində mikser 60 manat, tozsoran 50 manat, par ütüsü 35 manat, dəmir şirniyyat qabı 20 manat, gəlin otağında şifoner 800 manat, sağ qapısının içindəkilər hamısı (özünün və uşaq paltarları, kurtka cibində 200 manat pul), sol qapısında balış, pastellər, dəsmallar, çexol, paltar bavulu, uşaq bələyi, orta hissədəki bütün əşyalar, şifonerin üstündəki bütün əşyalar, taxt və 2 tumba, 1 matras 700 manat, üstündəkilər hamısı, termo 300 manat, içindəki ona aid bütün əşyalar (ürək formalı kloun qızıl və digər qızıllar), üstündəki stolüstü işıq, ona aid bütün əşyalar, planşet Xiaomi Pad 6 700 manat, Lüstur 150 manat, Ksereks aparatı ağ rəngli HP 300 manat, Beşik içindəkilər uşaq üçün pastel, yorğan, uşaq paltarları, taxt sandıqçası 200 manat, içindəki kitablar, sumkalar, ayaqqabılar, pərdələr alt 2 ədəd eni 1m, uzunluq 2 m 100 manat, Kondinsioner AUX 500 manat, mətbəx mebeli 3.000 manat, mikrodalğalı soba MİDEA 350 manat, 4 gözlü qaz 200 manat, soyuducu VESTEL 1.150 manat, qab yuyan maşın Javel, boz rəngli 700 manat, paltar yuyan maşın Javel, boz rəngli 700 manat, 6 çəngəl, 6 qaşıq dəsti 30 manat, 6 xrustal su stəkanı və qrafinkası 85 manat, elektrikli soba Javel, qara rəngli 400 manat, Aspirator Samsung 115 manat, elektron samovar 100 manat, divar saatı 15 manat, şirə çəkən maşın 50 manat, ət çəkən maşın 50 manat, qəhvədan 60 manat, mavi çaydan 20 manat, toster 30 manat, bilendr 40 manat, qazan dəsti 280 manat bağlı qutuda, əlavə kiçik tava 15 manat, çuqun qazan dəsti 150 manat, podnoslar (dəmir) 3 ədəd 70 manat, 2 ədəd dairəvi kalçuk podnos 50 manat, dəmir 2-li qab dəsti karaca 250 manat, bıçaq dəsti 2 ədəd (çəhrayı rəngli) 75 manat, böyük xrustal 4 qol çərəz - meyvə qabı 150 manat, şüşə meyvə qabları 150 manat, qızılı rəngli duz - istiot qabı 4 ədəd, limon qabı və qaşıqları 2 ədəd, salfetka qabları 2 ədəd 100 manat, böyük qaşıq dəsti - çəhrayı rəngli 20 manat, 3 gözlü şkafın 1-ci rəfdəki bütün əşyalar, həyətdəki kombi otağında ona aid əşyalar (ayaqqabılar), elektron saat 1 ədəd 30 manat, çuqun vedrə 1 ədəd sarı rəngli 25 manat, ürək formalı qızıllar (üzük, sırğa) qırmızı rəngli qızıl qabında, klonu (termonun rəfində) 530 manat, mavi qaşlı qızıl üzük, toy qızıl dəsti - qırmızı qutuda (sep, sırğa, üzük, qolbaq) 2.600 manat, nişan üzüyü qaşlı 900 manat alınaraq ona qaytarılması, qeyd edilən əşyaların qaytarılması mümkün olmadıqda isə həmin əşyaların dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili olan Vəkil elektron məmkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı gəlin köçdüyü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Pişəvəri küçəsi 15 saylı evdə olan ona məxsus cehiz əşyaları iddiaçının nümayəndəsi tərəfindən götürüldüyündən məhkəmə mübahisəsi qalmamışdır. Ona görə də, iddiaçı hazırda iş üzrə məhkəmə qətnaməsi qəbul edilməsində maraqlı deyil. Göstərilənləri nəzərə alaraq, mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, İddiaçı cehiz əşyaları heç bir insident olmadan özünə təhvil verilmişdir. Ona görə də, xx.xx.2025-ci il tarixinə təyin olunmuş mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili olan Vəkil ərizəsini və Cavabdeh nümayəndəsi Nümayəndə teleqramını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etdiyindən, cavabdehin nümayəndəsi isə işin icraatına xitam verilməsinə etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı “ailə münasibətləri üzrə sair mübahisələr” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili olan Vəkil iddiadan imtina etməsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı “ailə münasibətləri üzrə sair mübahisələr” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili olan Vəkil iddiadan imtina etməsi qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar