Məhkəmə qərarları › İş №e-2(070)-78/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-78/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-78/2025 13.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Ərizəçi İddiaçı (Cavabdeh maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 2023-00293 nömrəli, xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin təsdiqlənməsinə və Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl edərək X4 və X2 üçün əmək haqqısının 1/3 hissəsi məbləğində alimentin hər ay ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 09 oktyabr 2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. 2023-cü il iyul ayının 7-də nikahın pozulması ilə bağlı Xocalı Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə mediasiya sessiyasında “Barışıq Sazişi” imzalamışlar. Həmin sazişin 2.5-ci bəndində xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay həmin vaxtdakı əmək haqqısının 1/3 hissəsi olan 330 (üç yüz otuz) manat məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Cavabdeh əvvəllər öhdəliyini icra etsə də, 2024-cü ilin noyabr ayından üzərinə götürdüyü öhdəliyi icra etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq, yəni himayəsində iki azyaşlı övladı olduğu üçün məhkəmə baxışında iştirak edə bilmir və onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-25.2-ci maddəsinin tələblərinə əsasən işə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-116/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə Hacıyeva (Nurməmmədova) Zülfiyyə Vaqif qızı arasında Ağcabədi RİHB-nin Yuxarı Qiyamadınlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində xx.xx.2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir; Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 923514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Ağcabədi regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 588710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Tərəflər ( Hacıyeva (Nurməmmədova) Zülfiyyə Vaqif qızı və Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, onlar mediasiyada nikahın pozulması və övladlarına alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər. Cavabdeh övladları - xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqısının 1/3 hissəsi həcmində aliment ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 255153 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh müəyyən olunmuş aliment məbləğini İddiaçı ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən İddiaçı 06 fevral 2025-ci il tarixdə haqlı olaraq “Barışıq Sazişi”nin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Barışıq Sazişi”nin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hazırki əmək haqqısının 1/3 hissəsi olan 330 manat məbləğində alimenti ödəyəcəyinə və əmək haqqında artım olduqca artan məbləğin 1/3 hissəsi həcmində məbləği ödənilən alimentə əlavə edəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “Barışıq Sazişi”ndə alimentin 2023-cü ilin mart ayından tutulması göstərilmiş, lakin dəqiq tarix göstərilməmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər arasında “Barışıq Sazişi” xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Bu səbəbdən də alimentin tutulması həmin vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. MPM-in: 108.1 və 108.1.3-cü maddələrinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.6-cı maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir; 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, MPM-in 108.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hacıyeva (Nurməmmədova) Zülfiyyə Vaqif qızı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixindən etibarən hər ay Cavabdeh əmək haqqısının 1/3 hissəsi həcmində aliment tutularaq Hacıyeva (Nurməmmədova) Zülfiyyə Vaqif qızına ödənilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar