Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-244/2024 12.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq kənara getməsinə və gəlməsinə icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki oğlu anadan olmuşdur. xx.xx.2020-ci ildə Hacıqabul rayon məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikaha xitam verilmişdir. Məhkəmənin qərarı ilə hər iki uşaq onunla yaşayır. Övladları uşaq yaşlarından sərbəst güləş idman növü ilə məşğul olurlar. 2024-cü ilin fevral ayında Rza və X4 şəhərində keçiriləcək sərbəst güləş üzrə beynəlxalq yarışlardan birində iştirak etmək üçün nəticə əldə etmişlər və bu yarış onların idman karyeraları üçün mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı o, cavabdehə müraciət edərək, uşaqların həmin ölkəyə getməsinə razılıq verməsini xahiş etmək istəmiş lakin, cavabdeh Azərbaycan respublikası hüdudlarından kənarda yaşadığı üçün heç cürə onunla əlaqə yarada bilməmişdir. Daha sonra uşaqların ölkədən kənara getməsinə icazə verilməsi tələbi ilə Mediasiya Şurasına müraciət etmiş, ərizəsi mediator X3 tərəfindən icraata götürülmüşdür və mediator tərəfindən ona Mediasiya Şurasının MŞS/023/2023-02942 saylı xx.xx.2023-cü il tarixli X1 İştirak Edilməməsi barədə Arayış təqdim olunçuşdur. Mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmiş və bu mediator tərəfindən verilmiş X1 İştirak Edilməməsi barədə “Arayış” da öz əksini tapmışdır. Məhkəmənin baxış iclasında İddiaçı izahatında bildirdi ki, hər iki övladı idmanla məşqul olur. Bununla əlaqədar Türkiyəyə getmək lazım olduğunu və övladlarının yarışlara qatılacağını bildirdi. Odur ki, cavabdehin razılığı olmadan Azərbaycan Respublikasının ərazisindən kənara müvəqqəti aparılmasına icazə verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixdə nikahları pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. Məhkəmə, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşağları doğulmuşdur. Uşaqlar uzun müddətdir ki, iddiaçının himayəsində yaşayırlar. İddiaçının azyaşlı uşaqlarının ölkə hüdudlarından kənara aparması zərurəti yarandığı halda, cavabdeh uşaqıarın iddiaçı ilə birlikdə ölkə hüdudlarından müvəqqəti kənara çıxarılmasına razılığını vermir, bu səbəbdən iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın atasının (cavabdehin) icazəsi olmadan anası (iddiaçı) İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından müvəqqəti kənara aparılmasına icazə verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0, 3.0.4 maddələrinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli qərarının əsasən bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinəgəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir (4.1-ci bəndi). Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilibedilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır (4.2-ci bəndi). Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilibyetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir (7.16-cı bəndi). Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir (7.18-ci bəndi). Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər (7.19-cu bəndi). Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə alaraq hesab edir ki, iddiаçının yetkinlik yaşına çatmayan uşaqlarını daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq (idman yarışında iştirak etmək məqsədi ilə) xаrici ölkəyə (və yа ölkələrə) аpаrmаsı uşaqların hər hаnsı mаrаq və mənаfelərinə zidd deyil, əksinə onun psixi, fiziki, mənəvi inkişаfınа və dünyа görüşünə müsbət təsir edə biləcək аmillərdir. Lаkin, iddiaçının uşaqları ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək istəməsinə cavabdehin müvafiq icra hakimiyyəti orqanında rаzılığının alınmasının mümkün olmaması, iddiaçının, eləcə də uşаqların yuxarıda qeyd edilən qanunla nəzərdə tutulmuş bir sırа hüquqlarını pozur. İddiaçı onunla birlikdə yaşayan uşaqlarını sərbəst surətdə xarici ölkəyə aparmaq hüququna malikdir ki, onun bu hüquqları cavabdehin razılığının alınması ilə əlaqədar məhdudlaşdırıla bilməz. Cavabdeh isə uşaqların ölkədən kənara aparılmasının onun mənafeyinə zidd olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşağların yetkinlik yaşlarına çatanadək atası (cavabdeh) Cavabdeh razılığı olmadan anası (iddiaçı) İddiaçı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından müvəqqəti kənara aparılmasına icazə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdeh (atası) Cavabdeh razılığı olmadan iddiaçı (anası) İddiaçı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti aparılmasına icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-244/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-244/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver