Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-274/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz 21074” markalı, **-GK-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə törətdiyinə görə “İcbari Sığorta haqqında” Qanunun 25.1.2 və 25.1.3-cü maddələrinə əsasən ona qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 085569 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli olması Hacıqabul rayon Məhkəməsinin qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən qeyd olunan nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən ödənilmiş 250 manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Araz Allahverdiyev məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən, Mülki Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinin xx.xx.2020-ci il tarixə mövcudluğunun yoxlanması barədə elektron sistemdən çıxarışdan görünür ki, “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 085569 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmış “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Hacıqabul rayonu ərazisində “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və xx.xx.2020ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq hesablanmış 250 manat sığorta ödənişi faydalanan şəxs X3 ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 manat məbləğində pul vəsaiti avtomobilin sahibinə (X3) ödənilmişdir. İş materiallarından görünür ki, Babayev X1 rayon Polis Şöbəsində verdiyi izahatında xx.xx.2020-ci il tarixə saat 11 radələrində idarə etdiyi Zaz markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul şəhəri Ə.Vahid küçəsində hərəkətdə olarkən spirtli içki qəbul etdiyi üçün idarə etməni itirmiş və yol kənarında dayanmış Vaz 21074 markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur və heç bir xəsarət almamışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışdan görünür ki, “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi vaxtı sərxoş vəziyyətdə olmuş, eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 3(071)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 11 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Vaz 21074” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla, yol-nəqliyyat hadisəsi törətdyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 250 manat sığorta ödənişini 10 iş günü müddətində İddiaçı Sığorta Şirkəti ASC-nə ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsində isə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Zaz 968MB” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Hacıqabul şəhərində Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə həmin avtomobili idarə edərkən “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğuna və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, onu idarə etmək hüququ olmadan idarə etdiyinə görə məhkəmənin inzibati tənbeh vermə haqqında qərarına əsasən Babayev X2 Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Vaz 21074” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 250 manat maddi zərər avtomobilin qanuni sahibinə ödənilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarını nəzərə alaraq və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə sığorta ödənişi etmiş iddiaçının hadisənin baş verməsində təqsirli olan cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, cavabdehdən subroqasiya qaydasında 250 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(071)-274/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-274/2023
10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver