Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-303/2025 09.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1560 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 35.60 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet nəqliyyat vasitəsi, “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1760 AZN (min yeddi yüz altmış manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılmaqla qalan 1560 AZN (min beş yüzaltmış manat) sığorta ödənişini sığorta müqaviləsi üzrə sığortalı "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, sığorta hadisəsi xx.xx.2024-cü ildə Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş, sığortalı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə və manevr qaydalarını pozduğuna görə barəsində İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-yə göndərilmişdir. Zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada sığorta olunmamışdır. Buna görə də, iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya qaydasında müraciət edilsə də, o geri dönüş etməmiş, borcunu ödəməmişdir. Buna görə də, 1560 AZN (min beş yüz altmış manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalısı xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarəetmə hüququ olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet nəqliyyat vasitəsi, “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********72 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 130138 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1760 manat zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Ford Fusion” markalı, ** YL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılmaqla qalan 1560 manat sığorta ödənişini sığorta müqaviləsi üzrə sığortalı "xxxx" MMC-nin hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, sığorta hadisəsi xx.xx.2024-cü ildə Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş, sığortalı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə və manevr qaydalarını pozduğuna görə barəsində İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-yə göndərilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 332.2-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 1560 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 1560 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh “Ford Fusion” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 1560 (min beş yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35,60 (otuz beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh “Ford Fusion” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 1560 (min beş yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35,60 (otuz beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-303/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-303/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver