Məhkəmə qərarları › İş №e-2(071)-37/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-37/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-37/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntularından əmələ gələn maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan ona vurduğu maddi ziyana görə 17.239 (on yeddi min dörd yüz otuz doqquz) manat, mənəvi ziyana görə isə 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Hacıqabul rayonu, Atbulaq kənd sakini Cavabdeh yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iddiaçının sağlamlığına zərər vurmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Kamaz 53212” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının da içində olduğu X5 məxsus avtomobillə toqquşması nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı və sol said nahiyəsinin əzilmiş yarası xəsarətlərini almışdır. İddiaçı aldığı xəsarətdən 3 dəfə - xx.xx.2023-cü ildə X10, xx.xx.2024-cü ildə təkrar X10 və xx.xx.2024-cü il tarixdə Medistyle Hospitalda əməliyyat edilmişdir. Aldığı xəsarətlə əlaqədar İİİ qrup əlillik dərəcəsi almaq ərəfəsindədir, belə ki, bununla bağlı aidiyyəti qurumlarda müvafiq rəsmiləşmələr aparılır. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-139/2024 nömrəli Qərarı ilə cavabdeh, iddiaçı və xəsarət alan digər sərnişinlərin barışıq ərizəsi əsasında cinayət təqibinə xitam verilməklə, cinayət məsuliyyətindən azad edilmişdir. Qaradağ rayon Məhkəməsinin qeyd olunan qərarından göründüyü kimi, cavabdehin əməli nəticəsində yuxarıda göstərilən xəsarətləri almağı sübuta yetirilmiş və bu, işin mübahisəsiz haldır. Cinayət təqibi zamanı, cavabdeh iddiaçının tam şəkildə ayağa qalxaraq, hadisədən öncəki vəziyyətinə qayıdacağı vaxta kimi maddi cəhətdən yanında olacağına söz vermişdir. İddiaçı onun bu vədinə inanaraq, insanlıq göstərərək, onunla barışıq ərizəsi imzalamış və nəticə etibarı ilə məsuliyyətdən azad olmasına kömək etmişdir. Lakin o, etibardan suiistifadə edərək, verdiyi vədə əməl etməyərək, ona hadisə baş verən zaman ödədiyi 1500 manat puldan başqa hər hansı bir köməklik etməmişdir. Hadisə baş verən tarixdən bu günə kimi 1980 (bir min doqquz yüz səksən) manat kirayə haqqını, orta hesabla 600 (altı yüz) manat kommunal ödənişləri, rəsmi və qeyri-rəsmi müalicə və digər xərcləri qohuməqrəbadan alınmış borclar və xəstə, yaşlı valideynlərinin köməkliyi ilə ödəmişdir. Eyni zamanda, müalicə xərcləri, iynə-dərmanın alınması, tibb bacısı xidmətləri və sair kimi xərclərin mövcudluğu da bəlli məqamlardır. Son əməliyyatı zamanı zəruri olan protezi sığorta təmin etmədiyi və ödənişini qarşılamadığı üçün, 700 (yeddi yüz) manat, qan üçün isə 150 (bir yüzəlli) manat rəsmi ödəniş etmişdir. Baş vermiş hadisə nəticəsində ona dəymiş və gözlənilən maddi, eləcə də mənəvi ziyan aşağıdakılardan ibarətdir: 1. Maddi ziyan cəmi - 17.436 (on yeddi min dörd yüz otuz altı) manat, açıqlaması aşağıdakı kimidir: 1.1. Taksi fəaliyyəti ilə məşğul olmaqla orta hesabla gündəlik qazandığım 35 (otuz beş) manat – hadisə baş verdiyi gündən xx.xx.2024-cü il tarixə kimi (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) 320 təqvim gününə - 11.200 (on bir min iki yüz) manat; 1.2. Aylıq kirayə haqqı 180 (yüz səksən) manat – 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayına kimi, (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) – 1980 (bir min doqquz yüz səksən) manat; 1.3. Aylıq kommunal xərclər yay-qış ayları üzrə sərfiyyat nəzərə alınmaqla 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayına kimi, (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) orta hesabla – 600 (altı yüz) manat; 1.4. Medistyle Hospitalda protezə və qana görə ödədiyim cəmi 850 (səkkiz yüz əlli) manat; 1.5. Müalicə reseptləri – 476 (dörd yüz yetmiş altı) manat; 1.6. Müalicəmlə bağlı bu günə qədər olan digər xərcləri (nəqliyyat, tibb bacısı, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyrirəsmi ödənişlər və sair) – təqribi hesablamalarıma əsasən ağılabat məbləğ - 2000 (iki min) manat; 1.7. Bu məhkəmə işi ilə əlaqədar çəkdiyi ehtimal olunan xərclər (yaşadığı Bakı şəhərindən Hacıqabul şəhərinə gediş-gəliş və digər yol xərcləri) – 300 (üç yüz) manat; 1.8. X2 verdiyi etibarnamə (dövlət rüsumu və xidmət haqqı) - 30 (otuz) manat. 3. Mənəvi ziyan – 20000 (iyirmi min) manat. İddianın ədalətli şəkildə həll edilməsini və hüququ pozulmuş vətəndaş kimi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, barışıq ərizəsinə imza atsa da, onu oxumamışdır. Məhkəmə iclasında razılığa gəlmişdir. Cavabdeh ona kömək edəcəyinə söz vermiş və o, buna inanaraq cavabdehlə barışmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini rədd edir. Bakı şəhər Qaradağ rayon məhkəməsində iddiaçı ilə onun arasında barışıq əldə olunmuşdur. Axırıncı dəfə iddiaçıya 2024-cü ilin sentyabr ayında maddi cəhətdən köməklik etmişdir. Ümumilikdə iddiaçıya 2500-3000 manat civarında maddi cəhətdən kömək etmişdir. O, iddiaçıya heç bir vəd verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin, iş materiallarında ola sübutları araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh 17 dekabr 2023-cü il tarixdə saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 69,2-ci kilometrində idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində yolun sol, Bakı şəhəri istiqamətinə hərəkətdə olan nəqliyyat vəsitələrin geri qayıtmaq üçün nəzərdə tutulmuş zolaqla 30 km/saat sürətlə hərəkətdə olarkən, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan təhlükəsiz manevr etməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, yolun sağ kənarındakı yanacaqdoldurma məntəqəsinə keçmək üçün baş yola daxil olaraq Qazax rayonu istiqamətində X4 70-75 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz C250D” minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi “KAMAZ 53212” yük markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə Cavabdeh ehtiyatsızlıqdan X1 uzun müddətə pozulmasına səbəb olan döş qəfəsinin soldan Vİ-Vİİ qabırğaların sınıqları və başın sol gicgah nahiyəsinin sıyrığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərar vurmasına, “Mercedes Benz C250D” minik markalı avtomobildə olan sərnişin İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı və sol said nahiyəsinin əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Daha sonra İddiaçı (hazırki mülki iş üzrə iddiaçı) oğlu ərizə təqdim edərək təqsirləndirilən şəxs Cavabdeh (hazırki mülki iş üzrə cavabdeh) ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəticədə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilmişdir. - Məhkəmənin sorğusuna əsasən, Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasi CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər almışdır. Həmin cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş və həmin qərarla cinayət işi üzrə icraata zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi əsası ilə xitam verilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixindən etibarən qanuni qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarət olmuşdur ki, iş üzrə İddiaçı Cavabdeh tərəfindən törədilmiş cinayət əməli üzrə zərərçəkmiş şəxs qismində iştirakçı olmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı İddiaçı Cavabdehla barışaraq bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. Cinayət işinə baxan Bakı şəhər Qaradağ rayon məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin mövqeyini nəzərə almaqla təqsirləndirlən şəxsi cinayət məsuliyyətindən azad edərək cinayət işi üzrə məhkəmə baxışına xitam vermişdir. Göründüyü kimi, iş üzrə iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak edərkən öz mövqeyini bildirməklə təqsirləndirilən şəxslə barışmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cinayət işi üzrə məhkəmə baxışı zamanı öz hüquqi mövqeyini bildirməklə cavabdehlə barışmış və nəticədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntulardan əmələ gələn maddi və mənəvi zərərin ödənilməsinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar