Məhkəmə qərarları › İş №e-2(071)-430/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-430/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-430/2024 29.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “valideyindən uşaqın təhsil aldığı üçün əlavə xərclərin ödnəilməsinə cəlb edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan və yetkinlik yaşına çatmış xx.xx.2006-cı il təvəllüdlü X4 Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsil aldığı üçün onun əlavə xərclərinə görə atası Cavabdeh hər ay 235 manat sabit pul məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı qurmuşlar, lakin aralarında olan nikah müəyyən səbəblərdən pozulmuşdur. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı dörd uşaqları anadan olmuşdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Mediasiya prosesində tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmış və həmin barışıq sazişinə əsasən cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimenti ona ödəyir. Hazırda qızı xx.xx.2006-cı il təvəllüdlü X2 Dövlət Sosial-İqtisadi Kollecinin 1-ci kurs tələbəsidir. O, qızı Fatimənin təhsil xərclərini və digər ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşı olsa da, qızına maddi köməklik etmir. Cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X4 Sabirabad Dövlət Sosial-İqtisadi Kollecini bitirənədək təhsil haqqının ödənilməsində əlavə xərclərə cəlb edilməsinə köməklik etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qızı xx.xx.2006-cı il təvəllüdlü X2 Dövlət Sosial-İqtisadi Kollecinin 1-ci kursunda təhsil alır. F.Bədəlovanın təhsil alması ilə əlaqədar yaranmış xərclərin ödənilməsi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, mediasiyada barşıq sazişi bağlanarkən iddiaçı özü yalnız iki uşaq üçün aliment ödəməsini istəmişdir. Onun əlavə xərclərdə iştirak etməsi üçün maddi imkanı yoxdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 111 nömrə ilə qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 anadan olmuşdur. Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X2 Dövlət Sosial-İqtisadi Kollecinin əyani şöbəsinin “arxiv işi kargüzarlıq” ixtisasınını İ kursunda təhsil alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göstərilən qanunvericilik normalasının məzmunundan görünür ki, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi üçün müstəsna hallar olmalıdır. Qanunvericilik normasında qeyd edilmiş müstəsna halların siyahısına nəzər saldıqda, həmin halların uşağın ağır xəstəliyi, əlilliyi ilə əlaqədar olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara kənar xidmətin göstərilməsi ilə bağlı olması qeyd edilir. Hazırki, mülki iş üzrə sənədlərdən məlum olur ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur, yəni həmin şəxs yetkinlik yaşına çatmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, X2 Dövlət Sosial-İqtisadi Kollecinin əyani şöbəsinin “arxiv işi kargüzarlıq” ixtisasında ödənişsiz şəkildə təhsil alır. Belə ki, iddiaçı övladına qarşı valideyindən uşaqın təhsil aldığı üçün əlavə xərclərin tutulması tələbi irəli sürmək üçün həm də əmək qabiliyyətli olmamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında təklif edilməsinə baxmayaraq, iddiaçı bu barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iddiaçı əmək qabiliyyətli olduğunu bildirmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, iddiaçının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə istinad edərək cavabdehdən valideyindən uşaqın təhsil aldığı üçün əlavə xərclərin tutulması tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cəmallədin qızının Cavabdeh qarşı “valideyindən uşağın təhsil aldığı üçün əlavə xərclərin ödənilməsinə cəlb ediməsi tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar