Məhkəmə qərarları › İş №e-2(071)-46/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-46/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-46/2025 25.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun məbləğinin azaldılması, aliment öhdəliyinin götürülməsi və birgə nikahdan olan uşaqların atanın himayəsinə verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun məbləğinin azaldılması, aliment öhdəliyinin götürülməsi və birgə nikahdan olan uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış aliment borcunun 9000 (doqquz min) manat hissəsində azaldılması, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh ödəməli olduğu aliment öhdəliklərindən azad edilməsi və xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi atası İddiaçı himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanması və aliment tələbi” barədə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən məhkəmə qət etmişdir ki, iddia qismən təmin edilsin və Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun və tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılsınlar. Həmçinin həmin qətnaməyə əsasən məhkəmə qət etmişdir ki, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilsin. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-688/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Hacıqabul rayon məhkəməsinin 2(071)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldığı üçün 2(071)- 35/2024 saylı, xx.xx.2024 il tarixli icra vərəqəsi verilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikah aktının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasına görə cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qətnamədən görünür ki, uşaqların hər üçü hazırda Bakı şəhərində yerləşən 8 saylı internat məktəbində oxuyurlar. Hazırki vəziyyətdə uşaqlar faktiki olaraq ata-ana qayğısından məhrumdurlar. Cavabdeh isə uşaqlarına baxa biləcəyini bildirir. Odur ki, iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan olan uşaqların cavabdehin yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı hazırda mülki iş üzrə iddiaçı bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması və İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq internat məktəbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən qarşılanmışdır. Hazırda cavabdeh yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Uşaqlar həftənin şənbə və bazar günləri nənə və babaları ilə qalsa da, uşaqların bir çox ehtiyacları atası İddiaçı tərəfindən qarşılanmışdır. Bu müddət ərzində Cavabdeh uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Həmçinin icra sənədində aliment ödənilməsinin başlandığı tarixdən, bu günə kimi 15 ay ərzində yığılmış ümumi aliment borcu 9000 (doqquz min) manat təşkil edir. Uşaqlar faktiki olaraq cavabdehin himayəsində deyil, ünvan 1 ünvanında 8 nömrəli sanatoriya tipli internat məktəbində təhsil alırlar və cavabdeh tərəfindən onlaraq hər-hansı qayğı göstərilmir. Bu baxımdan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış, toplam 9000 (doqquz min) manat məbləğindəki ümumi aliment borcunun silinməsi zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixindən 01 noyabr 2024-cü il tarixinədək olan bütün dövr üzrə uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 3 uşaq Cavabdeh himayəsinə verilmiş və məhkəmə tərəfindən ondan aylıq aliment məbləği tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin uşaqlar hal hazırda 8 saylı internat məktəbində qalırlar. Anaları uşaqları gedib görmür, iddiaçı uşaqlarını gedib görmək istəsə də, buna şərait yaratmırlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 3 uşaqları doğulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahından doğulmuş 3 uşaq Cavabdeh himayəsinə verilmiş və məhkəmə tərəfindən İddiaçı aylıq aliment məbləği tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı aylıq aliment ödəsə də, bu pul uşaqlara çatdırılmır, çünki uşaqlar internat məktəbinə verilmişdir. Anaları isə uşaqları ilə maraqlanmır, arada uşaqların babası və yaxud da xalası uşaqları gedib görür. Dəfərlərlə İddiaçı uşaqları gedib görmək istəsə də, internat məktəbində müəllimlər buna şərait yaratmamışlar. Uşaqların hər üçü hazırda Bakı şəhərində yerləşən 8 sayl internat məktəbində oxuyurlar və azyaşlı uşaqların anası Cavabdeh verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq internat məktəbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən qarşılanmışdır. Həmçinin, cavabdeh ilkin məhkəmə iclasında qeyd edib ki, hazırda yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Bu müddət ərzində Cavabdeh uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Cavabdeh azyaşlı uşaqlara baxması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh internat məktəbinə gedərək uşaqlarını görür, onlarla daima əlaqədədir. Alimentin ləğv edilməsi üçün heç bir əsaslar mövcud deyil. Belə ki, alimentin ödənilməsi İddiaçı ata olaraq olaraq borcudur. Uşaqlarının maddi ehtiyaclarını qarşılamaq onun vəzifəsidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanması və aliment tələbi” barədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması və İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayət vermiş, şikayətində Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini alimentlə bağlı hissəsdə ləğv edilməsini və azyaşlı övladlarının onun himayəmdə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-688/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 35/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(071)-1196/2024 saylı sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 1-ci sinifinə daxil olmuşdurlar. Hal-hazırda 2-ci sinifdə təhsil alırlar. İş materiallarında olan 3 vərəqdən ibarət olmaqla, sonunda “imza Zəhra” sözləri yazılan və xx.xx.2015-ci il təvəllüdlü X12 tərəfindən yazılması ehtimal edilən mətnin məzmunundan görünür ki, azyaşlı Zəhra Həmzəyeva qəti surətdə atasının, yəni İddiaçı himayəsində qalmaq istəmir. Belə ki, o, atası və anası arasında olan, eyni zamanda hazırki mülki iş üzrə iddiaçının övladlarına qarşı olan kəskin münasibətləri barəsində ətraflı məlumat verdiyi müşahidə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki mülki iş üzrə İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəza tədbiri seçilmişdir. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı bundan əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş, bir halda zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad edilmiş, digər halda isə barəsində azadlıqdan məhrumetmə növündə cəzanın şərti olaraq icra edilməsi müəyyən edilmişdir. Eyni zamanda informasiya sistemindən məlum olur ki, Həmzəyev X7 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir. Bundan başqa, İddiaçı aliment öhdəliklərini icra etmədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan və Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin xx.xx.2024-cü il tarixli, 122 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 1-ci sinifinə daxil olmuşdurlar. Uşaqlar tətil günlərində anaları Cavabdeh tərəfindən məktəbə gətirilərək qeydiyyat olunmuşdur. Uşaqlar tətil günlərində anaları Cavabdeh və yaxud bəzi vaxtlarda ana nənə və babasına təhvil verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci tarixində vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, uşaqların hər üçü də hazırda Bakı şəhərində internat məktəbində oxuyurlar və azyaşlı uşaqların anası Cavabdeh verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq internat məktəbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən qarşılanmışdır. Həmçinin cavabdeh ilkin məhkəmə iclasında qeyd edib ki, hazırda yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Bu müddət ərzində Cavabdeh uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Cavabdeh azyaşlı uşaqlara baxması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Cavabdeh həqiqətəndə azyaşlı uşaqlarla görüşdüyünü, onlara qayğı göstərdiyini sübut etmək üçün onun istifadə etdiyi 050- ***-**-** saylı mobil telefon nömrəsi üzrə Azercell mobil operatoruna sorğu verilməli və Cavabdeh istifadə etdiyi nömrənin radio anten dairələri müəyyənləşdirilməlidir. Vəsatət təmin ediləcəyi halda bu ziddiyətlərə kifayət qədər aydınlıq gətiriləcəyi qeyd olunmuşdur. Cavabdeh özüdə qeyd etdiyi kimi yenidən ailə qurmuş və yeni ailəsi ilə Hacıqabul rayonunda yaşayır. Uşaqlar isə faktiki olaraq cavabdehin anası və ya atası tərəfindən Bakı şəhərində yerləşən internat məktəbindən şənbə bazar günləri götürülür. Cavabdeh istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin radio anten dairələrinin müəyyənləşdirilməsi barədə Azercell mobil operatoruna məhkəmə tərəfindən sorğu verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-46/2025 saylı qərardadı ilə, vəsatət təmin edilmiş, mülki iş üzrə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 2024-cü ilin noyabr-dekabr ayları ərzində anten dairəsi üzrə məlumatlar "xxxx" MMC-dən götürülməsi və həmin məlumatların Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərardadına əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu və 1 ədəd CD disk xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və CD diskə əlavə edilmiş Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 2024-cü ilin noyabr-dekabr ayları ərzində anten dairəsi üzrə məlumatlar məhkəmə tərəfindən tədqiq edildiyi zaman müəyyən edilmişdir ki, vəsatətdə qeyd olunmuş 2024-cü ilin noyabr-dekabr ayları aralığında Cavabdeh anten dairəsi üzrə məlumatları onun həftə sonları (şənbə və bazar) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin yerləşdiyi Bakı şəhəri, Buzovna qəsəbəsində (tam ünvan: ünvan 3i döngə 8/Khazar) olduğu müəyyən edilmişdir. Anten məlumatları əldə edilib tədqiq edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixində elektron qaydada məhkəməyə vəsatətlər müraciət edərək qeyd etmişdir ki, vəsatəti təmin edilmiş Cavabdeh istifadə etdiyini ehtimal etdiyi ***-***-**-** saylı mobil nömrənin radio anten dairələri üzrə müvafiq operatordan çıxarış məhkəməyə təqdim edilib. Həmin nömrə digər mülki iş üzrə iddia ərizəsində qeyd edildiyi üçün ehtimal etmişdir ki, həmin mobil telefon nömrəsi hazırkı cavabdehə məxsusdur. Amma hazırda müəyyən etmişdir ki, qeyd edilən mobil telefon nömrəsi Cavabdeh bacısının istifadəsində olub və hazırda da onun istifadəsindədir. Belə olan halda mobil operator tərəfindən məhkəməyə təqdim edilmiş çıxarış mötəbər sübut hesab edilə bilməyəcəyini, məhkəmə tərəfindən Cavabdeh adına qeydə alınmış bütün mobil telefon nömrəsi üzrə müvafiq mobil operatorlara sorğu verilməli olduğunu qeyd etmişdir. Yuxarıda yazılanları nəzərə alaraq Cavabdeh adına qeydə alınmış bütün mobil telefon nömrələri üzrə radio anten dairələrinin müəyyən edilməsi ilə bağlı müvafiq mobil operatorlara məhkəmə tərəfindən təkrar sorğu verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-46/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun məbləğinin azaldılması, aliment öhdəliyinin götürülməsi və birgə nikahdan olan uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair e-2(071)-46/2025 saylı mülki iş üzrə işə baxılması müddəti Azərbaycan Respublikası MPM-in 172.2-ci maddəsinə əsasən 2 (iki) ay müddətinə uzadılması qərara alınmışdır. İş materiallarının tədqiqindən məlum olur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 35/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, nikahdan olan azyaşlı uşaqların qəyyumluğu Cavabdeh verilməsi barədə iddia tələbi qismən təmin edilmiş və eyni zamanda, iddiaçıdan cavabdehin xeyrinə aliment ödənilməsi müəyyən olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Beləliklə, iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası tərəfindən azyaşlı uşaqların cavabdehin (ananın) himayəsində saxlanılması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edilmişdir. Məhkəmələrin qətnamələrində xüsusilə vurğulanmışdır ki, uşağın ananın himayəsində saxlanılmasının əsas səbəbi yalnız onun azyaşlı statusu deyil, eyni zamanda uşağın inkişafı üçün ana qayğısına, emosional və psixoloji dəstəyə ehtiyacının üstünlük təşkil etməsidir. Əlavə olaraq, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı barəsində cinayət məsuliyyətinə cəlbetmə halları mövcuddur. Bu fakt isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri baxımından uşağın mənafeyinin müdafiəsi prinsipinə uyğun olaraq, uşağın iddiaçının himayəsinə verilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəlməyə əsas verir. İddiaçı tərəfindən qaldırılmış digər tələb – aliment məbləğinin azaldılması və ya tamamilə ləğv edilməsi məsələsinə gəldikdə isə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, alimentin təyin edilməsində əsas məqsəd valideynin uşağın maddi təminatına və sosial müdafiəsinə dair qanunla müəyyən olunmuş vəzifələrinin icrasını təmin etməkdir. Belə ki, tərəflərin nikahdan olan uşaqların hazırda 8 saylı internat məktəbində təhsil almaqda davam edir. Məhkəmənin iş üzrə apardığı araşdırmalar və göndərilmiş sorğulara cavablar əsasında müəyyən olunmuşdur ki, azyaşlılar hal-hazırda internat məktəbinin İİ sinfində oxuyur və təhsil-tərbiyə prosesi ilə yanaşı, onun gündəlik həyat və inkişaf ehtiyacları da həmin müəssisə çərçivəsində qarşılanır. Lakin iş materialları və cavabdehin nümayəndəsi və vəkilinin izahatından aydın olur ki, cavabdeh ana uşaqlarla müntəzəm olaraq əlaqə saxlayır, həftə sonları onları internatdan götürür, şəxsi qayğı və nəzarət göstərir və bu vəzifələrin icrasından yayınmır. Beləliklə, uşağın yalnız internat məktəbində təhsil alması faktı onun üzərində valideyn məsuliyyətinin ortadan qalxması və ya aliment öhdəliyinin ləğv edilməsi üçün hüquqi əsas yarada bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normaları valideynin aliment öhdəliyini uşağın maddi rifahı, mənəvi inkişafı və sosial hüquqlarının müdafiəsi məqsədilə müəyyən etdiyindən, sadəcə təhsil müəssisəsində yerləşdirilmə faktı bu öhdəliyin aradan qalxmasına səbəb ola bilməz. Bundan əlavə, iş materiallarından aşkar edilir ki, iddiaçı tərəfindən aliment öhdəliyi faktiki olaraq icra edilməmiş, təyin olunmuş aliment məbləği ödənilməmiş və nəticə etibarilə yüksək məbləğdə aliment borcu yığılmışdır. Mövcud durumda, aliment məbləğinin təyinatı üzrə xərclənməsini təsdiqləyən sübutlar təqdim edilməsi qeyri-mümkün olmuşdur, çünki faktiki olaraq aliment məbləği ödənilməmişdir. Başqa sözlə, aliment vəsaitinin necə xərcləndiyini müəyyən etmək texniki və hüquqi baxımdan mümkün olmamışdır, çünki ortada ödənilmiş vəsait mövcud deyildir. İddiaçının iddia ərizəsində göstərdiyi əsaslandırmalara – uşağın internat məktəbində saxlanılması səbəbilə aliment ehtiyacının aradan qalxdığı və cavabdehin aliment vəsaitini mənimsədiyi iddialarına gəldikdə isə, məhkəmə tərəfindən bu arqumentlər əsassız hesab edilmişdir. Belə ki, internat məktəbində saxlanma uşağın yalnız təhsil və gündəlik ehtiyaclarının qismən qarşılanmasına xidmət edir, lakin uşağın ailə mühitində mənəvi və psixoloji ehtiyaclarının ödənilməsi, valideynlə ünsiyyətin davam etdirilməsi, şəxsi qayğı və nəzarətin təmin olunması kimi hüquqları valideyn öhdəliyinin dəyişməz məzmununu təşkil edir. Nəticə etibarilə, məhkəmə gəldiyi nəticəyə görə, iddiaçının aliment məbləğinin azaldılması və ya ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsində uşağın mənafeyi əsas götürülərək müəyyən edilmiş aliment öhdəliyi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar