Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-694/2024 20.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pul, 40 manat ödənilmiş dövlət rüsumu və 500 manat ödənilmiş hüquqi yardım olaraq, cəmi 2540 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə şəxsi bank hesabından digər bank hesabına 2000 manat göndərmək istəyərkən, kart hesab nömrəsini səhv salmışdır. Nəticədə həmin pulu sonradan tanıdığı iş üzrə Cavabdeh bank hesab nömrəsini göndərdiyi 2000 manat pulu ondan geri istəsə də, o müxtəlif bəhanələr gətirərək pulu almadığını, sonradan isə aidiyyatı üzrə polisə şikayət etdikdən sonra iş üzrə cavabdeh həmin pulu aldığını və hazırda geri qaytarmağa imkanı olmadığını bildirmişdir. Qeyd edir ki, iş üzrə borclu Cavabdeh 2000 manat pulu geri qaytarmasını istəsə də, o həmin pulu bu günə kimi geri qaytarmamışdır. Ona görə də, aidiyyatı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə zalında iddianı müdafiə edərək cavabdehdən pulun alınaraq ona verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı bank köçürmələrini edərkən kartın son rəqəmlərini səhv qeyd edərək pulu yalnışlıqla Cavabdeh kart hesabına atmışdır. Daha sonra iddiaçı pulunu geri istəsədə cavabdeh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Cavabdehdən 2000 manat pul, hüquqi yardımın əvəzi kimi 500 manat pul və 40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hacıqabul rayon məhkəməsinin e-2(071)-694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC-də Cavabdeh məxsus 412720*****8167 saylı bank hesabına xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus 4098 0944 2136 9289 saylı plastik kartdan pul köçürməsi olub-olmaması, olduğu təqdirdə nə vaxt və hansı məbləğdə pul köçürülməsinə dair məlumatlar "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır. "xxxx" ASC-dən daxil olmuş 6-2-41/2-40880/2024 xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin müştərisi X1 məxsus 4127******8167 saylı plastik karta xx.xx.2024-cü il tarixdə "xxxx" KB ASC-yə məxsus palstik kartdan 1990 manat məbləğində pul vəsaiti köçürlmüşdür. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatəti əsasında Hacıqabul rayon məhkəməsinin e-2(071)-694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair e-2(071)-694/2024 saylı mülki iş üzrə işə baxılması müddəti Azərbaycan Respublikası MPM-nin 172.2-ci maddəsinə əsasən 2 ay müddətinə uzadılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci madəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclası zamanı işin digər materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2000 manat pul vəsaitini kart hesabından digər kart hesabına atarkən kartın son rəqəmlərini səhv yazaraq Cavabdeh kart hesabına köçürmüşdür. İddiaçı daha sonra cavabdehlə əlaqə saxlayaraq pulunu geri istəsədə cavabdeh ona məhəl qoymamış və pulu geri qaytarmamışdır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul və 500 manat ödənilmiş hüquqi yardım olaraq, cəmi 2500 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul, 40 manat ödənilmiş dövlət rüsumu və 500 manat ödənilmiş hüquqi yardım olaraq, cəmi 2540 (iki min beş yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-694/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-694/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver