Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-736/2025 03.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3960 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 59,60 manat dövlət rüsumunun və 0,48 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********17 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 139002 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər sığorta dəyəri 16500 manat olmaqla könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan aydın olur ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 8960 manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, 8960 manat sığorta ödənişi zərərçəkən X1 hesabına ödənilmişdir. Cavabdehin icbari sığortası olan "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli qəbzə əsasən, 4500 manat sığorta ödənişi tərəfimizə ödənildiyi üçün 500 manat azadolma məbləği (franşiza) də çıxılmaqla geri qalan 3960 manat (üç min doqquz yüz altmış manat) sığorta ödənişi Cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılmış, lakin ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, üzrlü səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixində iştirak edə bilməcəkdir. Odur ki, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********17 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 139002 saylı sığorta aktından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər sığorta dəyəri 16500 manat olmaqla könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Sonata” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 8960 manat zərər dəymişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, 8960 manat sığorta ödənişi zərərçəkən X1 hesabına ödənilmişdir. TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3960 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini, sonuncu tərəfindən mülki məsuliyyətin aradan qaldırılması ilə bağlı icbari sığorta müqaviləsinin bağlanması öhdəliyinin yerinə yetirilməməsini, eyni zamanda iddiaçı tərəfindən 3960 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını, lakin iddiaçının 3960 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 3960 manat məbləğində pulun cavabdehdən tələb edilməsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 3960 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,08 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3960 (üç min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,08 (altmış manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3960 (üç min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,08 (altmış manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-736/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-736/2025
03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver