Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-737/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi ilə19 iyun 2016-cı il təvəllüdlü X3 saxlanılması üçün hər ay bir uşağ üçün 160 manat sabit pul məbləğinin (indeksasiyadan sonra olan 0.64 misli miqdarında olanı) azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zeynalov X5 Aidə Camal qızı ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 19 iyun 2016-cı il təvəllüdlü X6 adlı övladı doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi ilə 19 iyun 2016-cı il təvəllüdlü X3 saxlanılması üçün hər ay uşaq üçün 160 manat miqdarında alimentin ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsində olduğu bir vaxtda iş üzrə cavabdeh X10 həmin aliment məbləğinin indeksasiyası barədə ərizəsi Hacıqabul rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)- 53/2025 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmənin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı tutularaq iddiaçı Məmmədova (Zeynalova) Aidə Camal qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilmişdir. Həmin qərardaddan verdiyi şikayət Hacıqabul rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı ilə təmin edilməmişdir, şikayətə baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilmişdir. İş hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Hal-hazırda rəsmi nikahdan olan 19 iyun 2016-cı il təvəllüdlü X1 üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində (256 manat sabir pul məbləğində) sabit pul məbləğində aliment tutularaq X7 verilməsi onu həddindən artıq çətin vəziyyətə salmışdır. Əlavə olaraq qeyd edir ki, o, halhazırda işsizdir. O, iş üzrə cavabdeh X4 himayəsində olan 19 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməydən boyun qaçırmır, amma 256 manat yox, bu aliment ödəməyə maddi imkanı çatmır. Odur ki, Hacıqabul rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi ilə19 iyun 2016-cı il təvəllüdlü X3 saxlanılması üçün hər ay bir uşağ üçün 160 manat sabit pul məbləğinin (indeksasiyadan sonra olan 0.64 misli miqdarında olanı) azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 arasında bağlanmış 14 yanvar 2016-cı il tarixli, 18 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə X8 birgə nikahlarından olan 19 iyun 2016-cı il təvəllüdlü X6 anası X8 himayəsində saxlanılması, əvvəli 17 may 2021-ci il tarixdən hesablanmaqla 19 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 verilməsi qət edilmişdir. Bundan sonra tələbkar Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı ilə ərizə təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı tutularaq iddiaçı Məmmədova (Zeynalova) Aidə Camal qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilmiş, alimentin tutulması qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Məhkəmə uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdehin uşaqlara aliment ödəməsini və qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay tutulan 160 manat aliment məbləği Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-53/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının hər ay ödəməli olduğu aliment 160 manatdan 256 manata qalxmışdır. İddiaçı hazırda işləmir, maddi ehtiyacını və kommunal xərclərini ödəmək üçün əlavə qazancı olmalıdır, onun belə qazancının olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Lakin, iddiaçı ödəməli olduğu alimentin məsuliyyətini dərk edir və bir uşağının saxlanması üçün cavabdehin xeyrinə aliment ödəməsinə etiraz etmir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizəsində iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etdiyindən və bu hüquq aliment ödəyən şəxsə də şamil edildiyindən İddiaçı almentin azaldılması barədə tələbi uşağın saxlamasında hər iki valideynin borclu olması və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına və işin araşdırılan hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 256 manat aliment məbləği azaldılaraq 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, başqa sözlə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (220:400=0,55) həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi məqsədə müvafiqdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi ilə tutulan və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(071)-53/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, azaldılmış məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-315/2021 saylı qətnaməsi ilə tutulan və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(071)- 53/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-737/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-737/2025
06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver