Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-298/2024 08.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasında imtina olunmalıdır. Belə ki, kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, lakin tələb kredit təşkilatları ilə bağlanmış kredit müqavilələrindən irəli gəldiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən məhkəmə əmri verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 1222-VQD saylı, 29 iyun 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə əsasən bu Məcəllənin 276.2.2-ci maddəsində “bağlanmış əqdə” sözlərindən sonra “(lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Bununla yanaşı hesab edirəm ki, göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə “əmrinin qanuniliyi və əsaslılığı”na dair konkret norma olmadığı üçün bu hala dair oxşar maddə (qanunun analogiyası) ilə tənzimlənən “qətnamənin qanuniliyi və əsaslılığı”nı müəyyən edən normalar iş üzrə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbi kredit təşkilatları ilə bağlanmış kredit müqavilələrindən irəli gəldiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-298/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-298/2024
08.04.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver