Məhkəmə qərarları › İş №e-2(072)-385/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-385/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-385/2024 23.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, rəsmi nikahlarından 26 yanvar 2013-cü ildə anadan olmuş X1, 05 sentyabr 2014-cü ildə anadan olmuş X3 və 07 aprel 2017-ci ildə anadan olmuş X2 Cavabdeh himayəsindən alınaraq, özünün himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 705 (yeddi yüz beş) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, o, tərəflər arasında müəyyən qarşılıqlı şərtlər çərçivəsində barışıq sazişinin bağlanmasının mümkün ola biləcəyini də bildirmişdir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini rədd edərək, rəsmi nikahlarından 26 yanvar 2013-cü ildə anadan olmuş X1, 05 sentyabr 2014-cü ildə anadan olmuş X3 və 07 aprel 2017-ci ildə anadan olmuş X2 özünün himayəsindən alınaraq, İddiaçı himayəsinə verilməməsi və qazancından aliment tutulmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Onu da qeyd edir ki, qız uşaqları Menesenin hərəkət və davranışında xoşagəlməz halları gördüyü və eşitdiyi üçün bir valideyn kimi onu tənbeh edərək, cəzalandırmışdır. Hesab edir ki, heç bir ana ciddi əsas olmadan öz doğma övladını tənbeh etməz. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil2 iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, o, tərəflər arasında müəyyən qarşılıqlı şərtlər çərçivəsində barışıq sazişinin bağlanmasının mümkün ola biləcəyini də bildirmişdir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında tərəflərin rəsmi nikahından anadan olmuş 26 yanvar 2013-cü il təvəllüdlü X5 bildirmişdir ki, valideynləri eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Özü orta məktəbin 6-cı sinfində təhsil alır. Bir müddətdir atası İddiaçı yanındadır. Anası Cavabdeh yanında qaldığı müddət ərzində anası bir neçə dəfə onu tənbeh edərək, cəzalandırmışdır. Qardaşları Murad və Ədalət ilə birlikdə atası Şəfanın yanında qalmaq istəyir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında tərəflərin rəsmi nikahından anadan olmuş 05 sentyabr 2014-cü il təvəllüdlü X7 bildirmişdir ki, valideynləri eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayır. Özü orta məktəbin 4-cü sinfində təhsil alır. Artıq uzun müddətdir qardaşı Ədalət ilə birlikdə anası Cavabdeh yanındadır, anası da hər zaman onların qayğısına qalır və onlara ana qayğısı, nəzazişi göstərir. Eyni həyətdə qaldıqları üçün bacısı Menese ilə də tez-tez görüşür. Onu da qeyd edir ki, valideynləri nə onu, nə də qardaşı Ədaləti döymüş və təhqir etmişlər. O, bacısı Menese və qardaşı Ədalət ilə birlikdə birlikdə yenidən bütöv ailə kimi yaşamaq istəyir. 01 iyul 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında tərəflərin rəsmi nikahından anadan olmuş 07 aprel 2017-ci il təvəllüdlü X6 bildirmişdir ki, valideynləri eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayır. Özü orta məktəbin 1-ci sinfində təhsil alır. Artıq uzun müddətdir qardaşı Murad ilə birlikdə anası Cavabdeh yanındadır, anası da hər zaman onların qayğısına qalır və onlara ana qayğısı, nəzazişi göstərir. Eyni həyətdə qaldıqları üçün bacısı Menese ilə də tez-tez görüşür. O, bacısı Menese və qardaşı Murad ilə birlikdə birlikdə yenidən bütöv ailə kimi yaşamaq istəyir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, tərəflərin rəsmi nikahına xitam verilməsi, tərəflərin rəsmi nikahından 26 yanvar 2013-cü ildə anadan olmuş X1, 05 sentyabr 2014-cü ildə anadan olmuş X3, 07 aprel 2017-ci ildə anadan olmuş X2 iddiaçı (ana) Cavabdeh yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 450 (dörd yüz əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı (ana) Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəflərin və onların birgə nikahından anadan olmuş uşaqların fikrini dinləyib, iş materiallarını tam və obyektiv araşdıraraq, eləcə də ailədə yaranmış gərgin münasibətləri nəzərə alaraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu və eləcə də qətnamə qanuni qüvvəyə mindikdən sonra uşaqların hüquq və mənafelərinə zidd olan yeni hallar (yeni əsaslar...) aşkar edilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə tədqiqi zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonra tərəflərin rəsmi nikahından 26 yanvar 2013-cü ildə anadan olmuş X1, 05 sentyabr 2014-cü ildə anadan olmuş X3 və 07 aprel 2017-ci ildə anadan olmuş X2 cavabdeh (ana) Cavabdeh yanında qalmasına ciddi mane törədəcək, yəni uşaqların hüquq və mənafelərinə zidd olan yeni hallar (yeni əsaslar...) aşkar edilməmişdir. Bununla yanaşı, İddiaçı uşaqların mənafeyi nəzərə alınmadan, məhz özünün mənafeyinə uyğun olaraq, heç bir yeni əsaslar olmadan israrla birgə nikahlarından 26 yanvar 2013-cü ildə anadan olmuş X1, 05 sentyabr 2014-cü ildə anadan olmuş X3 və 07 aprel 2017-ci ildə anadan olmuş X2 anaları Cavabdeh alınaraq, özünün himayəsinə verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı bir valideyn kimi valideynlik hüququnun həyata keçirilməsi məqsədi ilə Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olsa da, lakin o, ilk növbədə məhz uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirmədən, onların hüquq və mənafelərini üstün tutmaqla valideynlik hüququnu həyata keçirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən biridir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hokkanen Finlandiyaya qarşı” iş üzrə 23 sentyabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi valideynlərin uşaqla birləşməsinə yönəldilmiş tədbirlər görülməsi hüququnu, həmçinin milli hakimiyyətlərin belə tədbirlər görməsi öhdəliyini da öz tərkibinə daxil edir. Bu yalnız uşaqların məcburi dövlət himayəsinə verilməsi işlərinə deyil, həmçinin valideynlər və ailənin digər üzvləri arasında uşaqla ünsiyyət və yaşama məsələsi ilə bağlı mübahisə yarandığı hallara aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Olsson İsveçə qarşı” iş üzrə 30 oktyabr 1992-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi pozulmuşdur. Belə ki, ancaq pozuntu uşaqlar üzərində himayəçiliyin müəyyən edilməsi ilə bağlı deyil, onun icra olunması metodları ilə bağlı müəyyən edilmişdir: uşaqların valideynlərindən ayrılması, həmçinin onların bir-birindən ayrılması, valideynlərinin uşaqlarla ünsiyyətinin məhdudlaşdırılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu və eləcə də qətnamə qanuni qüvvəyə mindikdən sonra uşaqların hüquq və mənafelərinə zidd olan yeni hallar (yeni əsaslar...) aşkar edilmədiyi üçün İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar