Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-539/2025 29.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı, İddiaçı nümayəndəsi (vəkil): Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 18 noyabr 2010-cu ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 30 noyabr 2011-ci ildə “Nigar” və 15 yanvar 2013-cü ildə “Nuray” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili mübahisələrə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11322/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsinə ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 30 noyabr 2011-ci ildə anadan olmuş X1, 15 yanvar 2013-cü ildə anadan olmuş X2 (ana) Cavabdeh yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində, ümumilikdə 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin tutularaq, (ana) Cavabdeh xeyirinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11322/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 (iki yüz yetmiş dörd) AZN sabit pul məbləğində aliment miqdarının 308 (üç yüz səkkiz) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7330/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-252/2025 saylı saylı, 05 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadına əsasən hər ay 944 (doqquz yüz qırx dörd) AZN (400x1.18x2=944) sabit pul məbləğində aliment ödəməlidir. Hal-hazırda o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə “gözətçi” vəzifəsində işləyir və əmək haqqısı 476.30 (dörd yüz yetmiş altı, otuz) AZN məbləği təşkil edir. Onun əmək haqqısından başqa gəliri yoxdur. Onu da qeyd edir ki, o, ikinci dəfə 11 mart 2025-ci il tarixdə “Gülnar” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Gəcələkdə onların rəsmi nikahından uşaqları anadan olacaqdır. Hesab edir ki, hazırki aliment məbləği ikinci ailəsinə və ikinci nikahdan doğulacaq uşaqlarının maddi təminatına da təsiri olacaqdır. Ümumiyyətlə, onun hər ay ümumilikdə 944 (doqquz yüz qırx dörd) AZN məbləğində alimenti tələbkar Cavabdeh xeyirinə ödəməyə maddi cəhətdən imkanı yoxdur. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq, aylıq əmək haqqısının 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 18 noyabr 2010-cu ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 30 noyabr 2011-ci ildə “Nigar” və 15 yanvar 2013-cü ildə “Nuray” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili mübahisələrə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11322/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 30 noyabr 2011-ci ildə anadan olmuş X1, 15 yanvar 2013-cü ildə anadan olmuş X2 özünün yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı Münariz oğlunun qazancından hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində, ümumilikdə 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin tutularaq, özünün xeyirinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11322/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 (iki yüz yetmiş dörd) AZN sabit pul məbləğində aliment miqdarının 308 (üç yüz səkkiz) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7330/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-252/2025 saylı saylı, 05 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Onu da qeyd edir ki, rəsmi nikahlarından anadan olmuş uşaqları X5 və X6 orta məktəbdə təhsil alırlar, o, uşaqları saxlamaqda, onların gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Bundan başqa, İddiaçı növbəli iş rejimi əsasında əmək fəaliyyəti göstərir. İşdə olmadığı müddət ərzində “TAXİ” fəaliyyəti ilə məşğul olur və təxminən 1000- 1500 AZN məbləği həddində gəlir əldə edir. Lakin İddiaçı məqsədli şəkildə, yəni aşağı həddə aliment ödəməsi üçün bu yaxınlarda VÖEN-i bağlatdırmışdır. Bundan başqa, İddiaçı heç bir xəstəliyi, əlilliyi yoxdur və tam əmək qabiliyyətli şəxsdir. Əgər bir şəxs 2 dəfə nikaha daxil olaraq, ailə qurursa, o, bunun məsuliyyətini dərk etməli və gələcəkdəki hüquqi nəticələri nəzərə almalıdır. Hesab edir ki, aliment məbləğinin azaldılması və (və ya) alimentin tutulma qaydasının dəyişdirilməsi məqsədəuyğun deyildir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 11322/2017 saylı saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 30 noyabr 2011-ci ildə anadan olmuş X1, 15 yanvar 2013-cü ildə anadan olmuş X2 iddiaçı X3 yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı Münariz oğlunun qazancından hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində, ümumilikdə 274 (iki yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı saylı, 26 senyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11322/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 (iki yüz yetmiş dörd) AZN sabit pul məbləğində aliment miqdarının 308 (üç yüz səkkiz) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7330/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-252/2025 saylı saylı, 05 iyun 2025-ci il tarixli qərardadından görünür ki, şikayət rədd edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-314/2025 saylı saylı, 22 aprel 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan AZ-İİ 665196 №-li, 11 mart 2025-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 11 mart 2025-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 396 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Heydərova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı hərbi hissənin 95/321 saylı N iyul 2025-ci tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə “gözətçi” vəzifəsində işləyir və əmək haqqısı 476.30 (dörd yüz yetmiş altı, otuz) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə “gözətçi” vəzifəsində işləyir və əmək haqqısı 476.30 (dörd yüz yetmiş altı, otuz) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh “X8”na məxsus mağazada “satıcı” vəzifəsində işləyir və əmək haqqısı 345 (üç yüz qırx beş) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı rəsmi nikahlarından anadan olmuş 30 noyabr 2011-ci il təvəllüdlü X1 və 15 yanvar 2013-cü il təvəllüdlü X2 mənafeyi baxımından deyil, məhz hüquqdan sui-istifadə edərək, qərəzli şəkildə, uşaqların mənafeləri üstün tutulmadan şəxsi mənafeyi baxımından Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbini irəli sürmüşdür. Bu səbəbdən də, qeyd edilən bu hallar aliment məbləğinin azaldılması və (və ya) alimentin tutulma qaydasının dəyişdirilməsi üçün əsaslı hesab edilə bilməz və iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Lakin İddiaçı “aliment məbləğinin azaldılması və (və ya) alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbi sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirmək məqsədi daşımır. Məhkəmə qeyd edir ki, Cavabdeh himayəsində olan 2 (iki) uşaq yalnız bir valideyn tərəfindən (ana tərəfindən) saxlanılır və bu, onun üzərinə bütövlükdə maddi, mənəvi və sosial yük qoyur. Əgər aliment məbləği azaldılarsa və (və ya) alimentin tutulma qaydası dəyişərsə, bu uşaq digərləri ilə müqayisədə əsas ehtiyaclarını qarşılamaq baxımından bərabər imkanlardan məhrum olacaq və bu da uşağın maraqlarına zidd olacaqdır. Bundan başqa, İddiaçı arqumentləri arasında maddi çətinliklər, yeni ailənin olması və yeni ailənin, eləcə də doğulacaq uşağın saxlanılması zərurəti göstərilsə də, bunlar aliment öhdəliyinin azaldılması üçün hüquqi əsas yaratmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən bu məsələdə uşağın ehtiyaclarını və valideynin real maddi imkanlarını kompleks qiymətləndirməyi tələb edir. Habelə məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinə də lazımi qiymət verməlidir. Belə ki, məhkəmə yalnız iddiaçı (ata) İddiaçı gəlirinə deyil, həm də cavabdeh (ana) Cavabdeh üzərinə düşən yükə, uşaqların faktiki xərclərinə və rifahına dair balanslaşdırılmış yanaşma ilə nəticəyə gəlməlidir. İddiaçı alimentin azaldılması ilə bağlı iddia tələbinin təmin olunması, uşaqların maddi rifahına mənfi təsir göstərmək riskini artırır və bu baxımdan hüquq sistemi tərəfindən qorunan uşağın üstün maraqları prinsipinə ziddir. Belə olduğu halda, aliment məbləğinin azaldılması və (və ya) alimentin tutulma qaydasının dəyişdirilməsi uşağın inkişafı, təhsili, qidalanması, psixoloji sağlamlığı və sosial həyatdakı balanslı iştirakı üçün zəruri olan maddi təminatın pozulmasına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında uşaqlarla bağlı mübahisələrə baxılan zaman hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Valideynlər arasındakı nikah pozulduqdan sonra uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, aliment öhdəliyi nisbi yox, fərdi xarakter daşıyır. Hər bir uşaq qanun qarşısında bərabər hüquqludur və hər bir valideyn övladını təmin etmək üçün şəxsi maraqlarından imtina etmək məsuliyyəti daşıyır. Daha aşağı miqdarda aliment təyin ediləcəyi təqdirdə bu uşaqların maddi vəziyyətinə mənfi təsir göstərə bilər və həm də ədalətli sayıla bilməz. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Bundan başqa, məhkəmə “aliment məbləğinin azaldılacağı təqdirdə bunun iddiaçı X4 ikinci ailəsinə və ikinci rəsmi nikahından anadan olacaq uşağa təsiri” ilə qeyd edir ki, iddiaçının ikinci rəsmi nikahından anadan olacaq uşaqları faktiki olaraq hər iki valideynin yanında qalacağı üçün o bilavasitə və birbaşa ana-ata qayğısı və nəvazişi ilə əhatə olunacaq. Yəni həmin uşaq öz valideynləri ilə birgə bütöv bir ailədə yaşayacaq, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları bilavasitə himayəsində olduqları hər iki valideyn tərəfindən qarşılanacaq, başqa sözlə valideynlərinin qayğısından real şəkildə istifadə edəcəkdir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə və uşaq hüquqlarının müdafiəsi ilə beynəlxalq normalara əsasən uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi onu deməyə əsas verir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşür və bu zaman yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması nəzərə alınmalıdır. Qeyd edilən bu hallar nəzərə alınmaqla, aliment məbləğinin azaldılmayacağı və (və ya) alimentin tutulma qaydasının dəyişdirilməyəcəyi təqdirdə bunun hər iki valideyn ilə birlikdə yaşayan uşaqlara mənfi təsiri olmayacaq, tam əksinə aliment məbləğinin azaldılacağı və (və ya) alimentin tutulma qaydasının dəyişdiriləcəyi təqdirdə bunun valideyndən ayrı yaşayan uşaqların maddi vəziyyətinə mənfi təsiri olacaqdır. Məhkəmə qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür və indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessaul mexanizmdir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aliment təyin edildiyinə görə onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Alimentin indeksasiyasının yeganə meyarı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Bu Məcəllənin vəzifələrindəndir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər... “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, “aliment məbləğinin azaldılması” tələbi hüquqdan sui-istifadə edilərək, qərəzli şəkildə, uşağın mənafeləri üstün tutulmadan və yalnız şəxsi mənafe baxımından ödənilməyən, yığılmış aliment borcunun ödənilməsinin təmini məqsədi daşıdığı, eləcə də aliment məbləğinin azaldılacağı və (və ya) alimentin tutulma qaydasının dəyişdiriləcəyi təqdirdə bunun valideyndən ayrı yaşayan uşaqların maddi vəziyyətinə mənfi təsiri olacağı üçün İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-539/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-539/2025
29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver