Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-549/2024 19.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5431 saylı, 16 avqust 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi üzrə lizinq şirkəti tərəfindən “KHAZAR SD” markalı, (Tip:Sedan, Ban №:NVAW01HHFKE166649, Buraxılış ili:2019, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 11000 (on bir min) AZN məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış, Cavabdeh müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. Daxili lizinq müqaviləsinnin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə, aylıq 392.18 (üç yüz doxsan iki, on səkkiz) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 14119 (on dörd min yüz on doqquz) AZN məbləğində lizinq ödənişini İddiaçı MMC-nin xeyrinə həyata keçirməyi öz üzərinə öhdəlik götürmüşdür. Lavabdeh Cavabdeh daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti qarşısında öhdəliklərini tam icra etməmişdir. Bu səbəbdən də, İddiaçı MMC Cavabdeh qarşı “lizinq borcunun və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-314/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 489.62 (dörd yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas lizinq borcunun, 293.25 (iki yüz doxsan üç, iyirmi beş) AZN məbləğində mükafat borcu borcunun, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcunun, dəymiş maddi zərərin əvəzi olaraq 1145 (min yüz qırx beş) AZN məbləğində pulun, ümumilikdə 1977.87 (min doqquz yüz yetmiş yeddi, səksən yeddi) AZN məbləğində pul vəsaitinin və 35.82 (otuz beş, səksən iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “KHAZAR SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə edilmişdir. Belə ki, Cavabdeh 1. EQ 12319984 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 2. EQ 12321767 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 3. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 320 (üç yüz iyirmi) manat; 4. EQ 11812784 saylı “İnzibati xəta haqqında” qərara məsasən 45 (qırx beş) manat; 5. EQ 11736580 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 6. EQ 11725269 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 7. EQ 11705389 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 8. EQ 11682183 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 9. EQ 11682157 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 10. EQ 11639601 saylı “İnzibati xəta haqqında” qərara əsasən 135 (yüz otuz beş) manat; 11. EQ 11639595 “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 12. EQ 11638309 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 13. EQ 11615727 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 14. EQ 11599532 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 15. EQ 11418200 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 16. EQ 11418170 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 17. EQ 11392046 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 18. EQ 11374048 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 19. EQ 11375738 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 20. EQ 11322492 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 21. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 80 (səksən) manat; 22. EQ 11288249 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 23. EQ 11288248 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 24. EQ 11246682 saylı “İnzibati xəta haqqında” qərara əsasən 36 (otuz altı) manat; 25. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat; 26. EQ 11197487 “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 27. EQ 11170679 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat;
28. EQ 11176535 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 29. EQ 11082186 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 30. EQ 11006621 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 31. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat olmaqla, ümumilikdə 1312 (min üç yüz on iki) manat məbləğində inzibati cərimə edilmişdir. Lakin inzibati cərimə məbləği Cavabdeh tərəfindən dövlət nəfinə ödənilmədiyi üçün 1312 (min üç yüz on iki) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən dövlət nəfinə ödənilmişdir. Bu səbəbdən də, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 1312 (min üç yüz on iki) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 33.12 (otuz üç, on iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5431 saylı, 16 avqust 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh sifarişi üzrə lizinq şirkəti tərəfindən lizinq şirkəti tərəfindən “KHAZAR SD” markalı, (Tip:Sedan, Ban №:NVAW01HHFKE166649, Buraxılış ili:2019, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 11000 (on bir min) AZN məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış, Cavabdeh müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. İş materiallarında olan AD 585113 № Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “KHAZAR SD” markalı, (Tip:Sedan, Ban №:NVAW01HHFKE166649, Buraxılış ili:2019, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5431 saylı, 16 avqust 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əlavənin, yəni təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh “KHAZAR SD” markalı, (Tip:Sedan, Ban №:NVAW01HHFKE166649, Buraxılış ili:2019, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5431 saylı, 16 avqust 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti “lizinq alan” daşıyır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-314/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 489.62 (dörd yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas lizinq borcunun, 293.25 (iki yüz doxsan üç, iyirmi beş) AZN məbləğində mükafat borcu borcunun, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcunun, dəymiş maddi zərərin əvəzi olaraq 1145 (min yüz qırx beş) AZN məbləğində pulun, ümumilikdə 1977.87 (min doqquz yüz yetmiş yeddi, səksən yeddi) AZN məbləğində pul vəsaitinin və 35.82 (otuz beş, səksən iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi...qət edilmişdir. İş materiallarında olan “nəqliyyat vasitələri, etibarnamə və cərimələr” barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə, yəni 1. EQ 12319984 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 2. EQ 12321767 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 3. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 320 (üç yüz iyirmi) manat; 4. EQ 11812784 saylı “İnzibati xəta haqqında” qərara məsasən 45 (qırx beş) manat; 5. EQ 11736580 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 6. EQ 11725269 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 7. EQ 11705389 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 8. EQ 11682183 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 9. EQ 11682157 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 10. EQ 11639601 saylı “İnzibati xəta haqqında” qərara əsasən 135 (yüz otuz beş) manat; 11. EQ 11639595 “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 12. EQ 11638309 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 13. EQ 11615727 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 14. EQ 11599532 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 15. EQ 11418200 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 16. EQ 11418170 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 17. EQ 11392046 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 18. EQ 11374048 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 19. EQ 11375738 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 20. EQ 11322492 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 21. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 80 (səksən) manat; 22. EQ 11288249 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 23. EQ 11288248 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 24. EQ 11246682 saylı “İnzibati xəta haqqında” qərara əsasən 36 (otuz altı) manat; 25. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat; 26. EQ 11197487 “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 27. EQ 11170679 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat;
28. EQ 11176535 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat; 29. EQ 11082186 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 30. EQ 11006621 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat; 31. İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat olmaqla, ümumilikdə 1312 (min üç yüz on iki) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 12321767 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 12319984 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 320 (üç yüz iyirmi) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11812784 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11736580 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11725269 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********* saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11705389 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11682183 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11682157 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11639601 saylı “İnzibati xəta haqqında” qərara əsasən 135 (yüz otuz beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11639595 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11638309 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11615727 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11599532 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11418200 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11418170 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11392046 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11374048 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11375738 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11322492 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 80 (səksən) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11288249 saylı “İnzibati xəta haqqında” protokola əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində İXP 11288248 saylı “İnzibati xəta haqqında” protokola əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11246682 saylı “İnzibati xəta haqqında” protokola əsasən 36 (otuz altı) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11197487 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11170679 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11176535 saylı “İnzibati xəta haqqında” qərara əsasən 9 (doqquz) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11082186 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində EQ 11006621 saylı “İnzibati xəta haqqında” qərara əsasən 45 (qırx beş) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 yanvar 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh barəsində İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən 96 (doxsan altı) manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan 2294 saylı, 10 oktyabr 2024-cü il tarixli İddiaçı MMC-nin məktubunun surətindən və "xxxx" ASC-nin “hesab üzrə çıxarış”dan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-də olan biznes kartı vasitəsilə ümumilikdə 1312 (min üç yüz on iki) manat məbləğində inzibati cərimə dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan 635 saylı, 06 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh “dəymiş maddi zərərin ödənilməsi” barədə İddiaçı MMC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 27 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 33.12 (otuz üç, on iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC-yə məxsus lizinq obyekti olan “KHAZAR SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh daxili lizinq müqaviləsinə əsasən müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində məhz qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) nəticəsində tətbiq edilmiş inzibati tənbeh növü kimi “inzibati cərimə” məbləği onun əvəzinə “lizinq verən” tərəfindən dövlət nəfinə ödənildiyi üçün İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf məhkəməyə iddia tələbinə qarşı etiraz və mülahizələrini təqdim etmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 1312 (min üç yüz on iki) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 33.12 (otuz üç, on iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1312 (min üç yüz on iki) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 33.12 (otuz üç, on iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov