Məhkəmə qərarları › İş №e-2(073)-1005/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1005/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1005/2024 18.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 2024cü il tarixli, MŞL/MT014/2023/MŞL-00075 saylı barışıq sazişinin təsdiq edilməsi, həmin barışıq sazişinə əsasən 31 dekabr 2007-ci il təvəllüdlü X1, 20 aprel 2009-cu il təvəllüdlü X2 29 mart 2012-ci il təvəllüdlü X3 və 03 aprel 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 01 fevral 2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşağa görə 150 manat olmaqla, dörd uşağa görə cəmi 600 manat alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh ilə faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından uşaqları 31 dekabr 2007-ci il təvəllüdlü X5, 20 aprel 2009-cu il təvəllüdlü X6, 29 mart 2012-ci il təvəllüdlü X7 və 03 aprel 2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığından uşaqların atalıq faktı cavabdeh tərəfindən Qeydiyyat orqanında təsdiq olunmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda o, azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh Şahin Zeynalov könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 02 fevral 2024-cü il tarixdə Cavabdeh ilə aralarında mediasiya prosesində MŞL/MT014/2023/MŞL-00075 saylı barışıq sazişi imzalamışlar. Aralarında olan razılaşmaya əsasən Cavabdeh uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, dörd uşağa görə cəmi 600 manat aliment pulunu 2024-cü ilin fevral ayının 01-dən başlayaraq hər ayın 01-də gün ərzində nəğd qaydada, köçürmə yolu ilə, poçt və bank vasitəsi ilə İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzaladıqları vaxdan hazırki vaxta kimi Cavabdeh sazişi icra etməkdən yayınmışdır. Sonda iddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 071647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 dekabr 2007-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 951208 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 aprel 2009-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ 911834 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 mart 2012-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ 092415 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 aprel 2013-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 02 fevral 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00075 salı barışıq sazişindən görünür ki, mediasiya prosesi dövründə tərəflər İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən, 31 dekabr 2007-ci il təvəllüdlü X1, 20 aprel 2009-cu il təvəllüdlü X2 29 mart 2012-ci il təvəllüdlü X3 və 03 aprel 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 01 fevral 2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşağa görə 150 manat olmaqla, dörd uşağa görə cəmi 600 manat aliment pulunu 2024-cü ilin fevral ayının 01-dən başlayaraq hər ayın 01-də gün ərzində nəğd qaydada, köçürmə yolu ilə, poçt və bank vasitəsi ilə İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə uşaqları - 31 dekabr 2007-ci il təvəllüdlü X5, 20 aprel 2009-cu il təvəllüdlü X6, 29 mart 2012-ci il təvəllüdlü X7 və 03 aprel 2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığından uşaqların atalıq faktı cavabdeh tərəfindən Qeydiyyat orqanında təsdiq olunmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh Şahin Zeynalov könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 02 fevral 2024-cü il tarixdə İddiaçı Cavabdeh ilə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-00075 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh uşaqların saxlanılması üçün 01 fevral 2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşağa görə 150 manat olmaqla, dörd uşağa görə cəmi 600 manat aliment pulunu 2024-cü ilin fevral ayının 01-dən başlayaraq hər ayın 01-də gün ərzində nəğd qaydada, köçürmə yolu ilə, poçt və bank vasitəsi ilə İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzaladıqları vaxdan hazırki vaxta kimi Cavabdeh sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 fevral 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00075 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 01 fevral 2024-cü il tarixdən başlayaraq 31 dekabr 2007-ci il təvəllüdlü X1, 20 aprel 2009-cu il təvəllüdlü X2 29 mart 2012-ci il təvəllüdlü X3 və 03 aprel 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün və alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 92 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə ödənilmiş mediasiya xərci qismində 55 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 fevral 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00075 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 01 fevral 2024-cü il tarixdən başlayaraq 31 dekabr 2007-ci il təvəllüdlü X1, 20 aprel 2009-cu il təvəllüdlü X2 29 mart 2012-ci il təvəllüdlü X3 və 03 aprel 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar