Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1844/2024 15.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 19127 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçıCavabdeh qarşı cavabdehdən 19127 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdiki, Cavabdeh ilə İddiaçı arasında 05 sentyabr 2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əsasən Greenvilla yayayış kompleksi, blok E2, mərtəbə 7, ev 10-da təmir işləri görülməli idi. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 19127 manat ödəniş etmişdir. Cavabdeh təmirə etinasız yanaşmış, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və mənzili təmir edərək təhvil verməmişdir. Mənzilin döşəməsi düz vurulmamış, divar alçıları keyfiyyətsiz və əyri vurulmuş, digər işlər də eyni qaydada keyfiyyətsiz yerinə yetirilmişdir. İddiaçı təmirin nəzərdə tutulan keyfiyyətdə yerinə yetirilmədiyini gördükdən sonra məcbur olub digər ustalar dəvət etmiş və pullarını ödəyərək mənzilini təmir etdirmişdir. Bundan sonra cavabdehdən ödənilmiş təmir xərcləri geri tələb edilsə də pulu geri qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesabe tmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan 05 sentyabr 2023-cü il tarixli, 03/2023 saylı podrat müqaviləsindən görünür ki, Lənkəran şəhəri 28 qala xiyabanı, ev-4 də yaşayan İddiaçı ilə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs Cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh (podratçı) ümumi sahəsi 72,17 kv.m olan Greenvilla yaşayış kompleksi, blok E2, mərtəbə 7, ev 10-da görüləcək işləri yerinə yetirməyi, İddiaçı (sifarişçi) isə bu müqavilə ilə razılaşdırılmış qaydada muzd ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 05 sentyabr 2023-cü il tarixli, 03/2023 saylı podrat müqaviləsinin 4.1 və 4.2ci maddələrindən görünür ki, Podratçı müqavilənin əlavəsi ilə müəyyənləşdirilmiş şərtlərlə yüksək peşəkarlıqla və qüsursuz şəkildə həyata keçirilir və razılaşdırılmış müddətdə Sifarişçiyə təhvil verir. Göstərilən xidmətdə qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa bu barədə müvafiq akt tərtibedilməklə Sifarişçi Podratçıdan onların qaradan qaldırılmasını tələb edə bilər. İşdə olan 05 sentyabr 2023-cü il tarixli, 03/2023 nömrəli podrat müqaviləsinə əlavədən görünür ki, cavabdeh Greenvilla yaşayış kompleksi, blok E2, mənzil 10-da, ümumi sahəsi 72,17 kv.metrlik mənzili təmir etməyi öhdəsinə götürmüş və dizayn planlama, mal-material və görüləcək işlər təsvir olunmuşdur. İşdə olan 03 noyabr 2023-cü il tarixli, 306609 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı X1 hesabına 6000 manat pul köçürmüşdür. İşdə olan 29 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh bank kartı hesabına 3847 manat pul köçürülmüşdür. İşdə olan 05 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh bank kartı hesabına 9280 manat pul köçürülmüşdür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçıya məxsus Greenvilla yaşayış kompleksi, blok E2, mərtəbə 7, ev 10-da təmir işlərinin yüksək keyfiyətdə və qüsursuz şəkildə yerinə yetirmədiyini bildirsə də həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, 05 sentyabr 2023-cü il tarixli, 03/2023 saylı podrat müqaviləsinin 4.2-ci bəndində göstərilən xidmətdə qüsur, noqsan və ya çatışmazlıqlar aşkar olunarsa bu barədə müvafiq akt tərtib edilməklə Sifarişçinin Podratçıdan onların aradan qaldırılmasının tələb edilməsi qaydası müəyyən olunmuşdur, lakin iddiaçı müqavilənin bu bəndinə əməl etməmiş və təmir işlərinə digər işçiləri cəlb etməklə mənzilin təmirini yekunlaşdırmışdır. Nəticə etibarı ilə cavabdeh tərəfindən təmir işlərinin hansı qüsurlarla, çatışmazlıqlarla və hansı həcmdə və məbləğdə yerinə yetrilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 19127 manat pulun alınaraq ona verilməsi tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 19127 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 19127 (on doqquz min bir yüz iyirmi yeddi) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1844/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1844/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver