Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2212/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı yataq və qonaq mebel dəsti, yumuşaq mebel, künc divanını, onlar olmadıqda dəyərləri olan 4000 manatın, təkərli çarpayını, olmadıqda isə onun dəyəri olan 70 manatın, uşaq beşiyini, olmadıqda dəyəri olan 400 manatın, üç ədəd adyalın, olmadıqda dəyəri olan 100 manatın, paltaryuyan maşını, olmadıqda dəyəri olan 150 manatın, iki ədəd xalçanı, olmadıqda onun dəyəri olan 220 manatın, üç ədəd pərdəni, olmadıqda onların dəyəri olan 162 manatın, beş ədəd döşək, 6 ədəd yorğan, 12 ədəd döşəkçə, 12 ədəd balışın, olmadıqda onların cəmi dəyəri olan 1500 manatın, bir ədəd taxt üstlüyünü, olmadıqda onun dəyəri olan 300 manatın, ətçəkən maşını, olmadıqda onun dəyəri olan 150 manatın, elektrodalğalı sobanı, olmadıqda dəyəri olan 150 manatın, bir ədəd emala olunmuş tiyan, 1 ədəd emala olunmuş vedrə, 2 ədəd adi dəmir vedrəni, onlar olmadıqda onların cəmi dəyəri olan 120 manatın, 2 ədəd aş süzəni, olmadıqda onların dəyəri olan 15 manatın, 10 ədəd çexol-mələfə dəstini, olmadıqda onların dəyəri olan 250 manatın, 10 ədəd dəsmalı, olmadıqda onun dəyəri olan 70 manatın, yelpik vuranı, olmadıqda onun dəyəri olan 35 manatın, 2 dəst yemək servisini, olmadıqda onun qiyməti olan 350 manatın, 4 ədəd böyük, 3 ədəd orta ölçüdə qazan dəstini, olmadıqda onun dəyəri olan 200 manatın, su qaynadan çaydanı, olmadıqda dəyəri olan 20 manatın, dəm çaydanını, olmadıqda dəyəri olan 110 manatın, çilçırağın, olmadıqda onun dəyəri olan 105 manatın, 2 ədəd ləpə qabı, 6 ədəd meyvə qabı, 24 ədədli bıçaq dəsti, 24 ədədli qaşıq dəsti, 40 ədədli çəngəl dəsti, 30 ədəd balaca qaşığın, olmadıqda onların cəmi dəyəri olan 260 manatın, bir ədəd ləpə çəkən, 1 ədəd soğan doğrayan, 2 ədəd salat doğrayan maşını, olmadıqda onların cəmi dəyəri olan 75 manatın, bir ədəd böyük gül qabı, 4 ədəd dolça, 20 ədəd qənd qabı, 20 ədəd şirniyyat qabı, 4 ədəd çörək tabaxı, 4 ədəd çörək qabı, 12 ədəd çay stəkanı, 12 ədəd nəlbəki, 12 ədəd armudu stəkan və nəlbəki, 12 ədəd xrustal stəkanı, olmadıqda onların cəmi dəyəri olan 412 manatın, 10 ədəd kasa, 10 ədəd su stəkanı, çömçə dəsti, 1 ədəd ütü, 6 ədəd kabab şişi, 1 dəst tort qabı, 1 ədəd adi, bir ədəd bagima dolça, 2 ədəd tort qabı, 1 ədəd stolüsütü örtük, 1ədəd saç fenini, olmadıqda onların cəmi dəyəri olan 195 manatın, Mersedes-benz 190 model avtomobilin, olmadıqda onun dəyəri olan 5500 manatın; komplekt qızıl sırğa, sep, bilərzik, üzüyü, olmadıqda onların cəmi dəyəri olan 1700 manatın, nişan üzüyünü, olmadıqda onun dəyəri olan 400 manatın, brilyant qaşlı üzüyü, olmadıqda onun dəyəri olan 600 manatın, atasının hədiyyə verdiyi qolbaq və sırğanı, olmadıqda onların dəyəri olan 400 manatın; xx.xx.2016-ci il tarixdə doğulmuş X3, 01.07. 2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin 31 dekabr tarixinə kimi hər uşağa görə sabit pul məbləğində, minimum əmək haqqının 0,70 faizi miqdarında (növbəti illərdə minimum əmək haqqının miqdarının artması mütləq nəzərə alınmaqla), yəni hər uşağa görə hər ay sabit pul məbləğində 280 manat (400 x 0,70 =280 manat) üç uşağa görə hər ay sabit pul məbləğində 840 manat (280 x 3 = 840 manat) alimentin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişlər. Göründüyü kimi, iddia tələbi həm cavabdehdən cehiz əmlakın tələb edilməsi, həm Mersedes-Benz 190 model avtomobilin, həm qızıl-zinət əşyaların tələbi, həm də aliment tələbindən ibarət olmaqla, birlikdə baxılması mümkün olmayan, bir-bir ilə birbaşa əlaqədar olmayan bir neçə iddia tələbini özündə birləşdirir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul (qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-2212/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2212/2025
03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver