Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2387/2023 31.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx"-nin Cavabdeh qarşı 510 manat məbləğində vurulmuş zərər və 30.40 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti”-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 510 manat borcun və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçı «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” tərəfindən **-TL-*** dövlət qeydiyyat nişanlı “VOLKSWOGEN AMAROK MİNİK” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Sülh- Koroğlu küçələrinin kəsişməsində etibarnamə əsasında Cavabdeh idarə etdiyi “Toyota Pirus minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat, **-TL-*** dövlət qeydiyyat nişanlı “VOLKSWOGEN AMAROK MİNİK” markalı avtonəqliyyat ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində **-TL-*** dövlət qeydiyyat nişanlı “VOLKSWOGEN AMAROK MİNİK” markalı avtonəqliyyata 510 manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30.40 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Hermes Avto MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində **-TL-*** dövlət qeydiyyat nişanlı “VOLKSWOGEN AMAROK MİNİK” markalı avtonəqliyyata 510 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30.40 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 510 manat borcun və 30.40 manat dövlət rüsumunun tutularaq «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti”-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev İş № 2-(073)-463/2023 İcra vərəqəsi Cəlilabad rayon məhkəməsi 24 fevral 2023-cü il İddiaçı «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” ASC-nin Cavabdeh qarşı 510 manat borcun və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçı «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” ASC-nin hesabına ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 510 manat borc və 30.40 (otuz) manat dövlət rüsumu tutularaq «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” ASC-nin hesabına ödənilsin. (qərarın nəticəvi hissəsini dəqiq göstərməli) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurunun öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı,ünvanı, bankda hesablaşma hesabının №-si Cavabdeh-xx.xx.1991- Cəlilabad rayonu, Məmmədrzalı kəndi Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si «Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti” ASC –Bakı şəhəri, İnşaatçılar pr-ti 22 L İcra vərəqəsi “___” _________ 2023-cü il tarixdə verilmişdir. Hakim: Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 «___» ___________2023-cü il № 2-(073)-463/2023 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab İsmayıl Abazəliyevə Cəlilabad rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-(073)-463/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi 01 vərəqədə Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2387/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2387/2023
31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver