Məhkəmə qərarları › İş №e-2(073)-2618/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2618/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2618/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin Cavabdeh qarşı 1050 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Atəşgah” Siğorta Şirkəti” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1050 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ««Atəşgah” Siğorta Şirkəti” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Atəşgah” Siğorta Şirkəti” ilə Cavabdeh arasında 06 fevral 2024-cü il tarixli PAT ********** nömrəli siğorta müüqaviləsi bağlanmışdır. «Atəşgah” Siğorta Şirkəti” ASC tərəfindən 10 NX426 dövlət qeydiyyat nişanlı “QAZ 33021” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində Ələt- Astara yolunun 56 km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatla, ** ZO *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat ilə toqquşmuşdur. Sözügedan yol-naqliyyat hadisəsi nəticəsinda hər iki tərəf təqsirli bilinmişdir. TP seriyalı ******* nömrəli və TP6218733 nömrəli inzibati tənbeh vermə haqqında protokollardan görünür ki, baş vermiş hadisə nəticəsində hər iki sürücü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. ** NX *** dövlət qeydiyyat nişanlı “QAZ 33021” markalı avtomobilə 2100 manat ziyan dəymişdir. Cəmiyyət tərəfindan siğorta hadisəsi kimi tanınmış və ZBT qaydalarına uyğun olaraq ** NX *** dövlət qeydiyyat nişanlı “QAZ 33021” markalı avtomobilə 128214 saylı siğorta aktına və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 2100 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi Cavabdeh ödənilmişdir. Hadisə zamanı hər iki tərəf təqsirli olduğundan dəymiş zərərin ümumi məbləğinin yarısı 1050 manat ödəilməlidir. İcbari siğorta haqqında qanunun 58.3.2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, siğorta hallarının baş verməsində siğorta onunla yanaşı, üçüncü şəxsində təqsiri müəyyənləşdirilirsə, vurulmuş zərərə görə siğorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. İddiaçı «Atəşgah” Siğorta Şirkəti” ASC-i avtonəqliyyat vasitsainə dəymiş zərərə görə ödənilməli olan 2100 (iki min yüz) manat məbləğində pulun yarısı, 1050 manat pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Ələt-Astara yolunun 56 km də yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində 10 NX426 dövlət qeydiyyat nişanlı “QAZ 33021” markalı avtonəqliyyat vasitəsinə 2100 (iki min bir yüz) manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli rekvitidən görünür ki, Cavabdeh hesabına 2100 (iki min yüz) manat məbləində pul köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30,50 (otuz manat əlli qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,50 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat borcun və 30,50 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar