Məhkəmə qərarları › İş №e-2(073)-2829/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2829/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2829/2024 25.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia verərək, cavabdehlər X1 və Cavabdeh2 414.60 (dörd yüz on altı manat altmış qəpik) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus olan, "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta qaydasında sığortalanmış “Hyundai Elantra minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X5 məxsus olan “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və hadisə yerindən yayınmasına görə onun barəsində AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsi ilə “Hyundai Elantra minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a əsasən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Hyundai Elantra minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. “İcbari Sığorta Bürosu”nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. "xxxx" ASC-nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə 356.40 (üç yüz əlli altı manat, qırx qəpik) manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı 356.40 (üç yüz əlli altı manat, qırx qəpik) məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. xx.xx.2024cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 414.60 (dörd yüz on dörd manat, altmış qəpik) manat məbləğində vəsait tutulmuşdur. Cavabdehlə mübahisənin nizama salınması üçün xx.xx.2024-cü il tarixli, BS-S-24/1603 saylı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, hər iki cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılaraq borcun ödənilməsi tələb edilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 414.60 (dörd yüz on dörd manat, altmış qəpik) manat sığorta ödənişi, 30.00 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 445.00 (dörd yüz qırx beş) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi nə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki,“Hyundai Elantra minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan görünür ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Hyundai Elantra minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İşdə olan “İcbari Sığorta Bürosu”nun informasiya sistemindən çıxarışdan görünür ki, hadisə törədilən vaxt zərər dəymiş “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İşdə olan "xxxx" ASC-nin zərər aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə 356.40 (üç yüz əlli altı manat, qırx qəpik) manat məbləğində ziyan dəymişdir. İşdə olan "xxxx" ASC -nin sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9 minik” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı 356.40 (üç yüz əlli altı manat, qırx qəpik) məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, X6 ** DY *** dövlət nömrə nişanlı avtomobi üçün 356.40 (üç yüz əlli altı manat, qırx qəpik) məbləğində sığorta ödənişi almışdır. İşdə olan çıxarışdan görünür ki, "xxxx" ASC-nin hesabından Cavabdeh2 tərəfindən idarə olunan və X5 məxsus avtomobilin “icbari qaydada” sığortalanması səbəbindən "xxxx" ASC-nin xeyrinə 414.60 (dörd yüz on dörd manat, altmış qəpik) manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, BS-S-24/1603 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 2650 (iki min altı yüz əlli) manat alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ subroqasiya hüququnun icrası ilə bağlı olan reqres tələbidir və tam qanuni olmaqla iddiaya əlavə edilmiş sənədlərlə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 414.60 (dörd yüz on altı manat altmış qəpik) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar