Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3373/2025 26.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsəinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Qiymət adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. İddiaçı uşağı ilə birlikdə yaşayır. Hazırda iddiaçı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə həmin uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında (hazırlıq iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uşağı neyrofiziolji xəstədir, bunu cavabdeh özü də bilir və uşağın xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim edib, uşağın müalicəsi üçün aylıq xeyli xərci çıxır. Cavabdehdən uşağı ilə maraqlanmasını, onun xərclərini ödəməyi əvvəllər də tələb edib. Əvvəlki məhkəmə iclasında (hazırlıq iclasında) Cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişdirlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Qiymət adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşağa münasibətdə onun (cavabdehin) atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Bundan sonra o (cavabdeh), başqa şəxslə evlənmiş və həmin evlilikdən üç uşağı var. Özü də şəkər xəstəsidir. Özəl şirkətdə işləyir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2012-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Naxçıvan şəhər “Nikah evi” tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2014-cü il tarixdə 510 nömrəli nikah bağlanmış, nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Naxçıvan MR Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İşdə olan Naxçıvan MR Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İşdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İşdə olan tibbi sənədlərin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş Qiymət adlı uşaqda neyrofizioloji xəstəlik müşahidə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Qiymət adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşağa münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. İddiaçı uşağı ilə birlikdə yaşayır və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının xeyrinə hər ay bir uşaq üçün cavabdehin gəlirlərinin dörddə bir hisəsi miqdarında alimentin təyin edilməsinə dair tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, onun (cavabdehin) rəsmi iş yeri mövcuddur və aylıq əmək haqqı 1050 manatdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh xarici şirkətin Azərbaycan Respublikasındakı filialında elektrik montyoru işləyir və 1347.83 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 60.41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29 oktyabr 2025-ci ildən başlayaraq xx.xx.2012-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 60.41 (altmış manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3373/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3373/2025
26.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver