Məhkəmə qərarları › İş №e-2(073)-3390/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3390/2025

26.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3390/2025 26.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 22 fevral 2020-ci il tarixdə 2 saylı Bakı "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsinin akt qeydləri kitabında 337 nömrə ilə qeydə alınmış rəsmi nikaha xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək işə işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 fevral 2020- ci il tarixdə 2 saylı Bakı "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsinin akt qeydləri kitabında 337 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 25 noyabr 2020-ci il təvəllüdlü X5 və 07 oktyabr 2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra yaşadıqları müddət ərzində zaman keçdikcə xarakterlərindəki, dünyaya baxış tərzlərindəki fərqlilik özünü birüzə verməyə başlamışdır. Nəticə etibarı ilə xasiyyətlərindəki uyğunsuzluq birgə yaşamaqlarını qeyri-mümkün etmişdir. Artıq cavabdehlə münasibətlərim pozulmuş və faktiki olaraq 6 aya yaxın müddətdir ki, ayrı yaşayırlar. Bu münasibətlər fonunda bundan sonra Cavabdeh ilə qarşılıqlı anlayış, hörmət və mehribançılıq şəraitində ailənin qorunub saxlanılması mümkün deyildir. Beləliklə, cavabdehlə ər-arvad kimi ailə münasibətlərinin bərpası qeyrimümkündür və onunla olan nikahı pozulmalıdır. Övladları 25 noyabr 2020-ci il təvəllüdlü X5 və 07 oktyabr 2022-ci il təvəllüdlü X8 onun himayəsindədir. Cavabdeh övladları ilə maraqlanmır, demək olar ki, 6 aya yaxın müdətdir evi tərk edib valideyinlərinin yanına getmişdir. O, 27 avqust 2025-ci il tarixdə “ilkin mediasiya sesssiyasi üçün müraciət ərizəsi” hazırlanması üçün Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. Nikahın ləğvi barədə ərizə vərməsinin səbəbi cavabdeh ilə nikahı rəsmi formal münasibət daşıyır. Bu səbəbdən birgə yaşamaqları mümkün olmamışdır. Həmçinin cavabdehlə nikaha xitam verilməsi barədə razılığa gəlmişlər. Cavabdehlə aralarında Masallı 1 saylı Mediasiya təşkilatında 29 oktyabr 2025-cü il tarixində, MŞM\MT036/2025-00878 saylı Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh 22 fevral 2020-ci il tarixdə 2 sayli Bakı "Asan xidmət" mərkəzində 337 nömrə ilə qeydiyyata alınmış nikahın, məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasina razı olduğunu və 25 noyabr 2020- ci il təvəllüdlü X5mun və 07 oktyabr 2022-ci il təvəllüdlü X4 onun (iddiaçının) yanında qalmasına razlaşmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 392651 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 nikahlarını 22 fevral 2020-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynzadə soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 537002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 noyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İV 797146 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 oktyabr 2022-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Masallı 1 sayı Mediasiya Təşkilatı tərəfindən verilmiş 29 oktyabr 2025-ci il tarixdə, MŞM/MT036/2025-00878 nömrə ilə təsdiq olunmuş barışıq sazişindən görünür ki, tərəflər İddiaçı və Cavabdeh 22 feral 2020-ci il tarixdə 2 saylı Bakı "Asan xidməf mərkəzində 337 nömrə ilə qeydiyyata alınmış nkahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına, 2-ci tərəf Cavabdeh 25 noyabr 2020-ci il təvəllüdlü X2 və 07 oktyabr 2022-ci il təvəllüdlü X4 1-ci tərəf İddiaçı yanında qalmasına, 2ci tərəf Cavabdeh ünvan 1 ünvanında olan əşyaları 10 gün müddətinə kimi çıxarılmasına, 1-ci tərəf İddiaçı 25 noyabr 2020-ci il təvəllüdlü X2 və 07 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Cavabdeh aliment tələb etməyəcəyinə, 1-ci tərəf İddiaçı nikah dövründə əldə olunmuş öhdəliyin bölünməsi (kredit) tələbindən imtina etməsinə 2-ci tərəf X6 ilə razılaşmışlar və 1-ci tərəf İddiaçı 2-ci X1 25 noyabr 2020-ci təvəllüdlü X5 və 07 oktyabr 2022-ci il təvəllüdlü X8 ilə ayda 2 dəfə bazar günləri saat 14:00-dan 18:00-a kimi olan vaxt ərzində sərbəst ünsiyyətə olmasına razılaşmışlar. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin birgə yaşamalarının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu müəyyən etdiyi üçün hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 22 fevral 2020-ci il tarixli, 337 saylı nikah pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən 30 oktyabr 2025-ci il tarixli ödəniş qəbzinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 22 fevral 2020-ci il tarixdə, 337 saylı akt qeydi əsasında bağlanmış nikah pozulsun. Nikahın pozulması Dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat dövlət rüsumu tutulsun. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar