Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şamaxı rayonu İş № e-2(074)-1022/2021 27.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Kreditor MMC-nin Borclu qarşı “borc” tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş sənədlərdən görünür ki, Borclu ilə Kreditor MMC arasında 17.08.2020-ci il tarixli ********* saylı və 18.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqavilələri imzalanmışdır. Kreditor MMC məhkəməyə müraciət edərək Borclu 17.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 819 manat əsas, 245 manat dəbbə pulu olmaqla, cəmi 1064 manat, 18.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 1346 manat əsas, 403 manat dəbbə pulu olmaqla, cəmi 1749 manat, ümumilikdə 2813 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Kreditor həmin məbləği ödədiyindən hesab edirəm ki, borcludan tələbkarın xeyrinə 20 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Borclu (xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan) 17.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 819 manat əsas, 245 manat dəbbə pulu olmaqla, cəmi 1064 manat, 18.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqı müqavilə üzrə 1346 manat əsas, 403 manat dəbbə pulu olmaqla, cəmi 1749 manat, ümumilikdə 2813 manat borcun və 20 manat məbləğində dövlət rüsumu alınaraq Kreditor MMC-yə (Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəblı küçəsi 1, bina 9) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-1022/2021
Şamaxı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(074)-1022/2021
27.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver