Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1146/2021 21.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, kreditor İrşad Elektronics MMC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor – İrşad Elektronics MMC-nin Borclu qarşı borcunun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinin tələbinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də, borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud belə bir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istina edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 279.1-cu maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, hesab edirəm, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Bu səbəbdən də, işə iddia icraatı qaydasında baxılmalıdır. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264,276 və 279, maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Elektronics MMC-nin Borclu qarşı qarşı kredit borcunun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(074)-1146/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1146/2021
21.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver