Məhkəmə qərarları › İş №e-2(074)-1252/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1252/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1252/2023 18.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X14 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X17 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X20 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat olmaqla, cəmi 3000 manat pulun və ödənilmiş 50,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə X15 tərəfindən idarə olunan “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X15 vəfat etmiş, X25 az ağır dərəcəli xəsarət, X16 yüngül dərəcəli xəsarət və X23 yüngül dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq X14 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X17 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X20 az ağır dərəcəli xəsaətinə görə 1500 manat sığorta ödənişləri həyata keçirmişdir. X8 rayon Məhkəməsinin 1(074)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin hadisə zamanı öldüyündən ona cəza təyin edilməmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı X6 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. X15 yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. vərəsəliyin müəyyən edilməsi ilə bağlı Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən verilmiş 06 oktaybr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən aydın olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X11 qalmış Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD397664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: XTA**********3214, mühərrik nömrəsi: ******* və buraxılış ili 2009-cu il olan “VAZ 21074” minik markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən hər birinə ½ hissədə pay düşmüşdür. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə ödənilmiş, cəmi 3000 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və cavabdehlər iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə etiraz edərək, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin onlardan 3000 manat pul tələbi tam əsassız olduğundan həmin iddia tələbinin rədd edilməsi haqında qətnamə qət edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 115715 saylı sığorta aktından görünür ki, “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta olunmuşdur. xx.xx.2021-ci il tarixdə sığortalanmış avtomobil “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Sığortalı avtomobilin YNH-si zamanı X7 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500,00 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 7776 nömərli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X4 vurulan zərərə görə 1500,00 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 114267 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində X5 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750,00 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 114269 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750,00 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X3 vurulan zərər görə 750,00 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X1 vurulan zərər görə 750,00 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1(074)-38/2022 nömrəli Şamaxı Rayon Məhkəməsinin hökmündən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236-1.1 maddəsi ilə təqsirli bilinib, hadisə zamanı öldüyündən ona cəza təyin edilməməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 vərəsələri Cavabdeh1 və Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD397664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********3214, mühərrik nömrəsi ******* və buraxılış ili 2009-cu il olan “VAZ 21074” minik markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, O-AS-20231407 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən borcunu 10 günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, O-AS-20231407 nömrəli pretenziya məktubunun surətindən görünür ki, X12 İddiaçı ASC tərəfindən borcunu 10 günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə X6 hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İddiaçı ASC tərəfindən X20 bədən xəsarətinə görə 1500,00 manat, X17 bədən xəsarətinə görə 750,00 manat və X14 bədən xəsarətinə görə 750,00 manat sığorta ödənişi edilmişdir. Hadisə nəticəsində X15 ölmüşdür. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-38/2022 nömrəli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236-1.1 maddəsi ilə təqsirli bilinib, hadisə zamanı öldüyündən ona cəza təyin edilməmişdir. Ondan miras qalmış əmlaka dair Cavabdeh2 və X10 adına xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan X13 vərəsələri Cavabdeh2 və X12 qarşı, subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh2 və X9 müştərək qaydada 3000 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 50,40 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 3000,00 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,40 manat pul müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar