Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1441/2024 08.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4625.28 manat ödənişin və iddianın qaldırılması üçün ödənilmiş 66.26 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yolnəqliyyat hadisəsi törətmişdir. **********1 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Rəsmi servis olan "xxxx" MMC tərəfindən təqdim edilən “icra edilmiş xidmətlərə dair akt”a və elektron qaiməyə əsasən, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9722.43 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10477 saylı ödəniş tapşırığına əsasən, sığortalanmış “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9722.43 AZN (doqquz min yeddi yüz iyirmi iki manat qırx üç qəpik) sığorta ödənişini təmir ilə əlaqəli olaraq rəsmi servisin hesabına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə, ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan digər sənədlər: forma 4 arayışı, izahatlar, hadisənin sxemi də, mülki zərərin məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edir. Lakin, inzibati tənbeh vermə haqqında qərarın əldə olunması ilə bağlı dəfələrlə polis orqanına sorğular yazılsa da, yekun prosessual qərar təqdim olunmamışdır. Habelə, işdə olan bütün materiallar mülki zərərin cavabdehin təqsiri üzündən baş verdiyini sübut edir, bunun üçün hər hansısa qərarın olması vacib deyil. Cavabdehin idarə etdiyi “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğundan, dəymiş zərərin 4897.15 manat hissəsi icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, 200 manat azadolma məbləği çıxılmaqla, qalan 4625.28 manat sığorta ödənişi cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də, şifahi qaydada müraciət edilsə də, ödənişi ödəməmişdir. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 4625.28 AZN (dörd min altı yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, **********1 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarından görünür ki, rəsmi servis olan "xxxx" MMC tərəfindən təqdim edilən “İcra edilmiş xidmətlərə dair akt”a və elektron qaiməyə əsasən, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9722.43 manat ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2023-cü il tarixli, 10477 saylı ödəniş tapşırığına əsasən sığortalanmış “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9722.43 AZN (doqquz min yeddi yüz iyirmi iki manat qırx üç qəpik) sığorta ödənişini hesaba köçürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4625.28 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh Məhəməd oğluna iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21043” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. **********1 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 122787 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Bununla da, iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 2250 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 66,26 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. “Skoda Rapid” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4625.28 manat vəsait və ödənilmiş 66.26 manat dövlət rüsumu Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1441/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1441/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver