Məhkəmə qərarları › İş №e-2(074)-640/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-640/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-640/2024 20.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7233,28 manat (yeddi min iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) əsas pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 92,34 (doxsan iki manat otuz dörd qəpik) manat, ümumilikdə, 7325,62 (yeddi min üç yüz iyirmi beş manat altmış iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 22.30-da Şamaxı rayonu ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyətində “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsus olan və onun tərəfindən idarə edilən “VAZ 21150” markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Lada Granta” markalı, “**-AS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Şamaxı RPŞ DYPB-in İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoluna və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla, 11449 (on bir min dörd yüz qırx doqquz) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Sığorta ödənişinin 4215,72 (dörd min iki yüz on beş manat yetmiş iki qəpik) manat məbləğində hissəsi zərərvuran “VAZ 21150” markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, CM-0095/2023-AKT8/2024 saylı sığorta aktından görünür ki, “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığorta olunmuşdur. Sığortalanmış avtomobil, xx.xx.2023-cü il tarixdə “VAZ 21150” markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığortalı avtomobilə vurulan zərərə görə sığorta ödənişinin məbləği 11749 manat təşkil etmişdir. İş materiallarında olan Şamaxı RPŞ DYPB-in İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə 11 449 manat pul ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesabatından görünür ki, “Lada Granta” markalı, “**-AJ- ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri ilə birlikdə 11 749 manat olması müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 22.30-da Şamaxı rayonu ərazisində “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsus olan və onun tərəfindən idarə edilən “VAZ 21150” markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı, “**-AJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla, 11449 (on bir min dörd yüz qırx doqquz) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Sığorta ödənişinin 4215,72 (dörd min iki yüz on beş manat yetmiş iki qəpik) manat məbləğində hissəsi zərərvuran “VAZ 21150” markalı, “**-BS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən ASCyə ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 7233,28 manat pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92,34 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7233,28 manat (yeddi min iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) pul və dövlət rüsumu kimi ödənilmiş 92,34 (doxsan iki manat otuz dörd qəpik) manat, ümumilikdə, 7325,62 (yeddi min üç yüz iyirmi beş manat altmış iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar