Məhkəmə qərarları › İş №e-2(074)-822/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-822/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-822/2025 12.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atasının yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəbiyeva Vüsalə Qəhrəman qızı ilə aralarında xx.xx.2007-ci il tarixində bağlanmış nikahın ləğv edilməsi, nikah ləğv edildikdən sonra birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun onun himayəsində saxlanması, cavabdeh Nəbiyeva Vüsalə Qəhrəman qızından xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Nəbiyev Elgün İlkin oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, hazırki mülki işin məhkəmənin icraatında olan digər işlə birləşdirilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat izahat verərək, hazırki mülki işin məhkəmənin icraatında olan digər işlə birləşdirilməsinə razı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” təlbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(074)-626/2025 nömrəli mülki iş vardır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olması müəyyən edildiyindən və bu işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab olunduğundan, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atasının yanında saxlanılması və aliment” tələbinə dair iddia üzrə 2(074)-822/2025 nömrəli mülki işlə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” təlbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(074)-626/2025 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atasının yanında saxlanılması və aliment” tələbinə dair iddia üzrə 2(074)-822/2025 nömrəli mülki işlə Şamaxı rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” təlbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(074)-626/2025 nömrəli mülki iş bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 2(074)-626/2025 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar