Məhkəmə qərarları › İş №e-2(074)-86/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-86/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-86/2025 24.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların onun yanında qalması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia əizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 27 iyun 2008-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 406 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh ilə əvvəllər yaxşı münasibəti olsa da, sonralar münasibətləri pozulmuşdur. Bir müddət normal ailələr kimi, biryerdə yaşamaqla birgə təsərrüfat aparmışlar, lakin sonralar münasibəti pozulmuş, heç bir səbəb olmadan Cavabdeh dəfələrlə evdə lazımsız olan söz-söhbət yaradıb, uşaqlarla kobudluq edib və sonun da, evdən çıxıb getmişdir. O, isə uşaqlarına himayədarlıq edərək, atalıq borcunu yerinə yetirmiş və bu günə kimi yetirir. Bunla bağlı maddi və mənəvi yük onun üzərindədir. Nəticədə, uşaqlar böyümüş, onun həmişə yanında olaraq, mənəvi dəstək olmuşlar. Dəfələrlə olub ki, Cavabdeh küsüb, inciyib əşyalarını yığıb getmiş, bir müddət sonra isə qayıdaraq onu bağışlamasını, əsəbi olduğu üçün uşaqları atıb getdiyini bildirmişdir. Maraqlısı odur ki, sonuncu dəfə yenə həmin vəziyyət təkrarlanmışdır. Uşaqları atıb gedən ana bu uşaqların nə yediklərini, nə içdikləri ilə maraqlanmamışdır. Əvvəllərdə evdə söz söhbət yaratmış, gedib məhkəməyə boşanma ərizəsi vermiş və bir müddət sonra ərizəsini geri götürmüşdür. Bundan sonra evdə sözsöhbətlər səngiməmişdir. Cavabdeh evdə nəsə xoşuna gəlmədikdə, dərhal əşyalarını yığıb atası evinə çıxıb gedir, sonra anasının, qohumlarının vasitəçiliyi ilə evə qayıdır və növbəti gedişatı barədə planlar cızma-qara eləməyə başlayırdır. Odur ki, bu sondur. Cavabdehlə birgə yaşamağı mümkün deyil. Buna görə, ailədə mütəmadi olaraq bilə- bilə söz-söhbət yaradır, dava-dalaş salır. Artıq onunla aralarında hörmət və məhəbbət hissi qalmayıb, münasibətləri son dərəcə kəskinləşib, aralarında olan ər-arvadlıq münasibətlərini tamamilə kəsilmiş (zatən uşaqları həmişə olduğu kimi üstünə atıb getmişdir), bu səbəbdən, gələcəkdə birgə yaşamaqları və ailənin saxlanması mümkün deyildir. Uzun müddətdir ki, ayrı yaşayırlar, uşaqları və anası ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramanı (sovxoz) qəsəbəsi Rəsul Rza döngə 2, ev 26-da yaşayırlar. Uşaqlar orada məktəbə gedir. Cavabdeh isə ailəsi və uşaqları ilə qətiyyən maraqlanmır, gedib-gəlmir, uşaqların təhsilləri ilə maraqlanmır. Ancaq öz həyatını yaşayır. Uşaqlar anaları tərəfindən tərk olduqları gündən onunla yaşayırdılar. Cavabdeh tərəfindən bir neçə dəfə uşağı xx.xx.2015-ci il X2, yəni balaca oğlunu ondan almaq niyyətinə gəlmiş və bir müddət əvvəl oğlunu telefon zəngləri ilə aldatmış, görüşə çağırmış və oradan atasının evinə aparmışdır. Balaca oğlu hal-hazırda cavabdehin yanındadır. Mediasiya prosesində iştirak edən Cavabdeh xx.xx.2015-ci il X1 ona verilməsini, iki uşağın isə yəni xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 onunla qalmalarına və aliment məbləğindən imtina etdiyini bildirmişdir. Lakin o, uşaqların ayrı şəraitdə böyümələrinin əleyhinədir, uşaqlar bir yerdə böyüməli, bir tərbiyə görməlidirlər. Ancaq Cavabdeh bir ana kimi öz vəzifələrini yerinə yetirə bilmir. Cavabdeh öz analıq vəzifəsini yerinə yetirə bilməyən bir insandır. Bunun bu hərəkətləri nəticəsində neçə illərdir ki, uşaqları anası və o əziyyət çəkir. Bu günə kimi uşaqlarına görə susmuş, hər bir hərəkətinə dözərək, göz yümmuşdur. Lakin, uşaqlar artıq böyüyüb yaxşınıda, pisi də ayıra bilirlər. Dəfələrlə özü öz uşaqlarını zorla istəklərinə zidd, aparmaq niyyəti olmuşdur. Lakin, uşaqlar böyük olduğundan hər bir şeyi yaxşı başa düşürlər, anlayırlar. Uşaqlarına onun haqqında daim olaraq nalayiq sözlər istfadə edir. Hər dəfə niyə belə etdiyini barədə maraqlandıqda həmişə “əsəbiyəm, əsəbləşmişəm” kimi cavablar verir. Hal-hazırda Sevinc nə işlə məşğul olması ona məlum deyil, son bu neçə ildə onun tərəfindən uşaqların tərbiyəsində iştirak etmir, saxlanılmasında heç bir mənəvi dəstək olmamışdır. Hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il X7 və xx.xx.2015-ci il X6 onun yanında qalmalıdır. O, ailəsi üçün lazım olan şəraiti yaratmış, lakin özünə və uşaqlarına qarşı cavabdeh tərəfındən nə qayğı görmüş nə diqqət. Dəfələrlə bu barədə danışsada cavabdeh özü üçün heç bir nəticə çıxarmamışdır. Cavabdeh uşaqlarının tərbiyyəsinə mənfı təsir edir, onların psixologiyasını pozur. Hal hazırdada min bir bəhanələrlə barışmağa cəhd edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçı ilə aralarında olan nikahın pozulmasına razı olduğunu, lakin birgə nikahdan olan uşaqların öz yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 atası ilə qaldığını, bundan sonra da, atasının yanında qalmaq istədiklərini, xx.xx.2015-ci il təvəllüdlü X6 isə anasının yanında qaldığını və bundan sonra da, anası ilə qalmaq istədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 406 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra, ərə Xələfov, arvada Xələfova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan qəyyumluq və himayəçilik komissiyasının rəyində göstərilir ki, azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə müvafiq söhbət aparılmışdır. Söhbət zamanı, azyaşlılar atalarının yanında qaldıqlarını, Bakı şəhərində təhsil aldıqlarını, qaldıqları şəraitdən razı olduqlarını və bundan sonra da, digər qardaşları Fəxrəddin ilə birlikdə atalarının himayəsində qalmaq istədiklərini bildirmişdirlər. Göstərilənlərə əsasən, komissiya İddiaçı valideynlik vəzifələrini layiqincə yerinə yetirdiyini, azyaşlıların bir-birindən ayrılmadan atalarının yanında qalmasının onların mənafeyinə tam uyğun olmasını nəzərə alaraq, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 11/209 saylı rəyində göstərilir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 hal-hazırda atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. xx.xx.2011-ci il təvəllüdlü X3 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2015-ci il təvəlüdlü X1 halhazırda anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 bir-birlərinə hissi-emosinal tələbatları üzə çıxmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları emosinal-iradi sferalarına neqativ təsir göstərə bilər. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədə uyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 hal-hazırda psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri və digər yaxın qohumları arasında qarşılıqlı münasibətlərdəki gərginlik xx.xx.2010-cu il təvəllüdlü X5, 10.09..2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X9 və X3 analarına olan münasibətlərinə neqativ təsir göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmışlar, onların barışması qeyri-mümkündür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə qeyd edir ki, tərəflər ayrı yaşadıqlarından, birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də, hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə baxışında müəyyən olundu ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri barədə tərəflər arasında razılıq əldə olunmamış, uşaqlardan xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X7 atasının yanında, xx.xx.2015-ci il təvəllüdlü X6 isə anasının yanında qalır, məhkəmə iclasında dinlənilən uşaqlar birlikdə qalmaq istədiklərini bildirmişlər və eyni zamanda, qəyyumluq və himayəçilik komissiyası da, uşaqların bir-birinə bağlığını nəzərə alaraq, atalarının yanında qalmasının məqsədəuyğun olması qənaətinə gəlmişdir. Həmçinin, tərəflərin bir-birlərinə qarşı aliment tələbləri yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia edilməli, tərəflər arasında olan nikah pozulmalı, uşaqların mənafeyi və bir-birinə bağlığı nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 atası İddiaçı yanında qalmalı, xx.xx.2015-ci il təvəllüdlü X6 isə Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilməlidir. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 406 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 atası İddiaçı yanında qalsın. xx.xx.2015-ci il təvəllüdlü X6 Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilsin. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar