Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1023/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, iddiaçı həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2ə Cəmil qızına qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən onlara vurulmuş 3000 manat maddi və 25000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 174 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçı həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 13 aprel 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n tərəfindən onlara vurulmuş 3000 manat maddi, 25000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 174 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 17 may 2023-cü il tarixdə məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair elektron ərizə ünvanlayaraq cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 əsl cavabdeh X6 mama ginekoloqu Cavabdeh2ə Cəmil qızı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 MPM-nin 54.1-ci maddəsinə əsasən əsl Cavabdeh2ə Cəmil qızı ilə əvəz edilmişdir. Həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 13 iyun 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n tərəfindən onlara vurulmuş 28000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 174 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslndırmışdılar ki, onlar, yəni İddiaçı2 və İddiaçı1 22 avqust 2014-cü il tarixdə Şəki şəhər İHB-nın Baş Kəldək kənd İcra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 27 iyun 2020-ci il tarixdə X1 adlı övladları olmuşdur. Həmin vaxtı övladları normal doğuşla anadan olmuşdur. 2022-ci ilin fevral ayında İddiaçı1 yenidən hamilə qalmış və hamiləlik dövründə bütün müayinə və müalicələri olunmuş və hamiləliyi tamamilə normal keçmişdir. Hamiləliyi dövründə heç bir fəsad və ya ağırlaşma olmamışdır. Müalicə həkimi Ləman həkim bildirdi ki, maksimum 07 noyabr 2022-ci il tarixinədək doğuş olmalıdır. 05 noyabr 2022-ci il tarixdə İddiaçı1 doğuş sancıları başladığından onlar İddiaçı1 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n Perinatal Mərkəzinə gətirmişlər. Həmin günü növbədə Gülnar həkim idi. İddiaçı1 tibb bacısı tərəfindən yuxarı mərtəbəyə qaldırıldı. Həmin vaxtı onlar tələb etdilər ki, onlardan da bir şəxs doğuşda iştirak etsin. Lakin tibb bacısı bildirdi ki, ehtiyac yoxdur, zərurət olarsa deyərlər. Bir müddət sonra tibb bacıları bildirdi ki, doğuş baş tutmur. Belə olub anasını da doğuş şöbəsinə qaldırdılar. Lakin anasının ürəyi pisləşdiyindən onun yerinə bacısı qalxdı yuxarı. Bir müddət sonra dedilər ki, saat 8-də növbə dəyişiləcək, onlar gəlsin hər şey yaxşı olacaq. Narahat olmasınlar. Lakin növbə saat 8-də yox saat 10-da dəyişdi. O, orada gözləyəndə Ruziyə həkimə zəng etdi ki, doğuşda nəsə problem var, xahiş etmişdir ki, gəlib kömək etsin. Ruziyə həkim isə ona bildirdi ki, bilir zəng edib deyiblər ki, ağır doğuş var 3 dəyiqədə gəlir. Lakin 30 dəqiqə ötməsinə baxmayaraq Ruziyə həkim gəlmədi o, yenidən Ruziyə həkimə zəng etmişdir, lakin Ruziyə həkim, bu dəfə onun telefonunu götürməmişdir. Təxmini saat 10-da Ruziyə həkim gəldi. Bir müddət sonra bacısına zəng etdi ki, necə oldu doğuş, bacısı da ona ağlayaraq bildirdi ki, bəs uşaq doğuş zamanı səhlənkarlıq ucbatından öldü. Belə ki, doğuş zamanı həkimin səhlənkarlığı nəticəsində vaxtında çölə çıxarıla bilməyib və orada boğularaq vəfat etmişdir. Bunun isə səbəbi doğuşun ağır keçməsinə baxmayaraq doğuş həkiminin səhlənkarlığı və digər həkimin əməliyyata geç gəlməsi olmuşdur. Əgər növbə vaxtında dəyişilsə və digər həkim köməyə vaxtında gəlsə idi övladları hal-hazırda sağ olardı. Göstərmişdir ki, doğuşla bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n Perinatal Mərkəzinə getməyə 2 həftə qalmış yəni, xx.xx.2022-ci il tarixli “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n həkimi Fəttahova tərəfindən arvadı İddiaçı1 hamiləliyin ultrasəs müayinəsindən keçirilmişdir. X14 tərəfindən verilmiş sənəddə qeyd edilmişdir ki, ananın doğuşa hazırlığı və dölün inkişafı tamamilə normaldır. Şifahi olaraq da ultrasəs həkimi bildirmişdir ki, dölün və ananın sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Bundan əlavə “BONUM” X7 həkimləri Aysel Əlizadə və Günel Məmmədovanın xx.xx.2022-ci il tarixli Hamiləliyin Dopler ultrasonoqrafiyası sənədindən də görünür ki, hamiləlik keçirən ananın və dölün sağlamlığı yaxud inkişafı ilə bağlı heç bir problem aşkar edilməmişdir. Qeyd edilən sənədlərdən də aydın olur ki, dölün öldürülərək çıxarılması həkimlərin məsuliyyətsizliyi və lazımı tədbirlərin görülməməsi, digər mütəxəssis həkimlərin köməyə çağırılmaması nəticəsində olmuşdur. Sağlam ana və sağlam döl olduğu halda “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n Perinatal Mərkəzinin tibb personalının işlərinə laqeyd və məsuliyyətsiz yanaşması nəticəsində onlara ağır maddi və mənəvi vurmaqla, ən azından onları övladlarından etmişdir. Övladlarının doğuş zamanı həkimlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində ölməsi ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparıldı və həmin araşdırmanın nəticəsində doğuşu həyata keçirmiş Gülnar həkimə axırıncı xəbərdarlıqla şiddətli tövmət verilmişdir. Lakin cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 həkimlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində səhhətində ağırlaşmalar olmuş və halhazıradək müalicə almaqdadır. Həmin fəsadlarından əmələ gələn müalicə və müayinələrinə 500 manat vəsait xərcləmişdir. Lakin hal-hazıradək səhhəti normallaşmamış və müalicələri davam edir. Həmçinin həkimlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində övladları vəfat etdiyindən onun yas mərasiminə 2500 manat pul xərcləmişdir. Bildirmişdir ki, övladlarının həkimlərin səhlənkarlığı və məsuliyyətsizi nəticəsində doğuş zamanı öldürülməsi onlar mənəvi cəhətdən sarsılmışlar. Hal-hazıradək də istər o, istər sə də həyat yoldaşı özlərinə gələ bilməmişlər. Beləliklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n tibb personalının səhlənkarlığı, məsuliyyətsizliyi və işinə laqeyd münasibət bəsləməsi nəticəsində onlara mənəvi ziyan dəymişdir. İddiaçı həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 22 avqust 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə İddiaçı1 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 27 iyun 2020-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Sonradan yenidən həyat yoldaşı İddiaçı1 hamilə qalmışdır. Bildirmişdir ki, onlar doğuş üçün İddiaçı1 05 noyabr 2022-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15nə gətirmişlər. Onlar həyat yoldaşı İddiaçı1 05 noyabr 2022-ci il tarixdə təxminən saat 05:00 – 06:00 radələrində xəstəxanaya gətirmişlər. Həmin vaxt onlara növbədə Gülnarə həkimin olduğu bildirilmişdir. Bundan sonra onun həyat yoldaşı əməliyyat üçün yuxarı mərtəbəyə qaldırılmışdır. Təxminən bir, iki saat keçdikdən sonra onlara bildirmişdir ki, uşaq anadan olmur, digər həkimi gözləyirlər. Saat təxminən 10:00 – 11:00 radələrində uşaqlarının öldüyünü bildirmişlər. Göstərmişdir ki, doğuşdan bir müddət əvvəl onun həyat yoldaşı yoxlanılan zaman dölün və ananın tam sağlam olması və doğuşa hazır olması bildirilmişdir. Hesab edir ki, onların övladları X6 mama ginekoloqu Cavabdeh2ə Cəmil qızının səhvi səbəbli vəfat etmişdir. Bildirmişdir ki, övladlarının ölməsi səbəbli onlar güclü sarsıntı keçirmişlər. Hələ də özlərinə gələ bilməmişlər. Bundan başqa vəfat edən övladının yas mərasiminin təşkili ilə əlaqədar ona maddi ziyanda dəymişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2ə Cəmil qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 avqust 2014-cü il tarixli, AZ-İ 940762 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ilə X4 arasında 22 avqust 2014-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ramazanova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli hamiləliyin doppler ultrasonoqrafiya rəyindən görünür ki, İddiaçı1 yoxlama zamanı müyyən olunmuşdur ki, uşaqlıqda döl ölçülərinə əsasən 28.3 həftəlik izləndi Amniotik suların miqdarı normaldır. Plasentanın qalınlığı normaldır, strukturu heterogendir. Servikal kanal bağlıdır, uzunluğu 4 sm-dir. MCA sürət 32.8 sm/san-dir normaldır, doppleroqrafiya zamanı fetoplasentar və uşaqlıq-plasentar qan dövranında normal rezistentik izləndi. Umblikal aretriyada S/D normaldır – hipoksiya yoxdur. İşdə olan Şəki Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Nurlan Məmmədli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:25-də X2 rayon prokurorluğuna daxil olmuş Şəki rayonu, Aşağı Kəldək kəndində yaşayan 1994-cü il təvəllüdlü İddiaçı1 X8 Mərkəzdə doğuş zamanı dölün ölü doğulması ilə bağlı olan 172c-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n direktoru Məcid Əliyevin 16 yanvar 2023-cü il tarixli, 105 saylı əmrindən görünür ki, hamilə qadın İddiaçı1 xx.xx.2022ci il tarixdə X9 doğuşun idarə olunmasında düzgün doğuş taktikası seçmədiyinə, doğuşun ağırlıq dərəcəsini düzgün qiymətləndirmədiyinə və dölün doğuş yollarında ləngiməsi səbəbli asfiksiya halının baş verərək doğuşdan dərhal sonra dölün tələf olmasını, diri, yaşama qabiliyyəti dölə səhv diaqnoz qoyularaq “Ölü döl” kimi qiymətləndirildiyinə görə doğuşu idarə etmiş həkim mama-ginekoloq Cavabdeh2ə Cəmil qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 22 avqust 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 27 iyun 2020-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Bir müddətdən sənra İddiaçı1 yenidən hamilə qalmışdır. 05 noyabr 2022-ci il tarixdə İddiaçı1 doğuş sancıları başladığından onlar İddiaçı1 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n Perinatal Mərkəzinə gətirmişlər. Doğuş zamanı iddiaçıların uşaqları ölmüşdür. Buna görə də iddiaçılar maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciıt etmişlə. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Şəki Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Nurlan Məmmədli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərarın məzmunundan göründüyü kimi Şəki Rayon Prokurorluğunda araşdırma aparılan zaman cavabdeh X6 mama ginekoloqu Cavabdeh2ə Cəmil qızının izahatı alınmış, o, izahatında göstərmişdir ki, doğuş zamanı xəstə İddiaçı1 nə qədər gücənsə də, dölün doğulması baş verməmişdir. O, xəstənin əzab çəkdiyini görmüş, onun göstərişinə əsasən yanlarında olan tibb bacıları “Ringer-500 qram” və “2 qram oksitasin” qarışdıraraq xəstənin venasına vurmuşlar. Həmin inyeksiyanın məqsədi doğuş prosesini artırmaq olmuşdur. Lakin yenə də uşağın doğuş prosesi getməmişdir. Bundan sonra o, xəstəyə hər hansı tibbi müdaxilə etməmişdir. Həmin gün saat 09:50 radələrində Ruziyyə həkim gəlmiş, Ruziyyə həkim gəldikdən təxminən 5 dəqiqə sonra uşaq çıxmış, lakin uşaq çıxdıqda ölü olduğunu görmüşlər, uşaqda heç bir həyat əlaməti olmamışdır. Həmçinin izahatında onu da qeyd etmişdir ki, uşaq doğuşundan əvvəl qara qan gəlmişdir, bu daciftin gəlişini göstərə bilər. Bundan başqa qeyd edilən qərarın məzmununda göstərilmişdir ki, İddiaçı1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 66 saylı rəyindən görünür ki, İddiaçı1 təbii yol ilə qadın cinsli yenidoğulmuşun meyitinin məhkəmə-tibb ekspertizası zamanı aşağıdakı aşkar edilmişdir: 40 həftəlik hamiləlikdən təbii yolla doğulmuş qadın cinsli, vaxtında doğulmı yetkin, yaşama qabiliyyətli döl, ağciyərlərdə birincili ocaqlı atelektaz, visseral plevralar perivaskulyar qansızmalar, baş beyin maddəsinin ocaqlar şəklində subaroxnoidal qansızn İddiaçı1 təbii yolla qadın cinsli yenidoğulmuşun bədəni üzərində İ hansı travmatik zədələnmə aşkar edilmədi, sonuncunun təbii yolla qadın cinsli doğduğu döl yenidoğulmuşdur, döl yetkindir, bətndaxili həyat müddəti 39-40 həftəlikdir, döl yaşamı qabiliyyətlidir, hər hansı bir anomaliya aşkar edilməmişdir. İddiaçı1 təbii yol ilə doğduğu qadın cinsli yenidoğulmuşun ölümünə səbəb doğuş yollarında ləngilm ləticəsində asfiksiyadan baş vermiş tənəffüs çatışmazlığı olmuşdur və dölün doğuş yollarır ləngiməsi nəticəsində asfiksiyadan baş beyin toxumasında olan dəyişiklikdən döl doğulduqdan qısa müddət sonra ölmüşdür, ölümün müddəti meyitin məhkəmə-tibii ekspertizasından 5-6 saat əvvəl olmaqla, qərarda və tibbi sənəddə qeyd edilən müddətə uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X11 xx.xx.2023-cü il tarixli, 226 nömrəli komisyon məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, X8 Mərkəzdə Təranə R;ıı lazanovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 06:25-də mərkəzin doğum şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “40 həftəlik hamiləlik. Dölyanı mayenin axması, ölü döl. RH(-). Fəsadlı mamalıq anamnezi” diaqnozu düzgün təyin edilmişdir. Saat 10-da gücenmalarin birində ölü, çəkisi 3.300 qr, boyu 50, baş dairəsinin ölçüsü 36 sm olan qız uşağı doğulmuşdur. xx.xx.2022-ci il tarixdə zahı kafi vəziyyətdə evə yazılmışdır. 2.3. İddiaçı1 yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Dölün doğuş yollarında ləngiməsi nəticəsində asfiksiyadan baş vermiş tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, dölün doğuş yollarında ləngiməsi doğuş yolu açıqlığı ilə dölün antropometrik ölçülərinin uyğunsuzluğu ilə bağlı ola bilərdi. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı1 dölün doğuş yollarında ləngiməsi ilə əlaqədar düzgün seçim olaraq doğuş sürətləndirilmiş, yəni oksitasin dərman preparatı inyeksiya edirmişdir. İddiaçı1 doğuşunun ləngiməsi ilə əlaqədar mama-ginekoloc tərəfindən onun qarın nahiyəsindən üzüaşağı istiqamətdə əlləri ilə basması” ana bətnindək dölün asfiksiyadan diri doğulub qısa müddət sonra ölməsinə səbəb ola bilməsi istisna edilir. X8 Mərkəzində növbətçiliyinə düzgün əməl edilməməsi, habelə xx.xx.2022-ci il tarixdə saat 08:00-da növbədə olmalı olan həkimin növbəni 1 saat gec təhvil alması xəstəxana daxili nizam-intizam qaydaları ilə tənzimlənir. İddiaçı1yi aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydaların uyğun olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (TƏBİB) xx.xx.2023-cü il tarixli, PHŞ-6/2-482/2023 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə saat 06:25 radələrində X5 Doğum şöbəsinə daxil olmuşdur. Daxil olarkən hamiləni həmin vaxt qrafik üzı növbədə olmuş mama-ginekoloq Gülnarə Cəfərova qəbul etmiş, müayinə etmiş, anamnest və obyektiv müayinələr əsasında “34 həftəlik hamiləlik, ölü döl” diaqnozu təyin edilmişdir. Hamiləyə doğuşayardım xidməti göstərilmiş, ölü döl doğulmuşdur. Araşdırma nəticəsinc müəyyən edilmişdir ki, mama-ginekoloq Cavabdeh2 tərəfindən hamilə İddiaçı1 vəziyyəti düzgün dəyərləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş, müayinə taktikası adekvat seçilməmişdir. Hamiləyə doğuşayardım xidməti qəbul edilmiş qaydalara tibbi protokola uyğun göstərilməmişdir. Diaqnoz təyinində yol verilmiş nöqsanları və ondan irəli gələn tibbi xidmətin fəsadlarını nəzərə alaraq, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15n direktorunun əmri ilə X6 mamaginekoloqu Cavabdeh2ə Cəmil qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndi əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi Şəki Rayon Prokurorluğunda idtintaq hərəkətləri aparılan zaman İddiaçı1 X8 Mərkəzdə doğuşu zamanı dölün ölü doğulmasında hər hansı həkim səhvinin və kənar şəxslərin təqsirinin olması istisna edilmiş, dölün doğuş yollarında ləngiyərək asfiksiyadan doğulduqdan qısa müddət sonra ölməsi doğuş yolu açıqlığı ilə dölün antropometrik ölçülərinin uyğunsuzluğu ilə bağlı olmuşdur. Buna görə də hazırki iş üzrə Cavabdeh2ə Cəmil qızının barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, X8 Mərkəzində növbətçiliyinə düzgün əməl edilməsi, habelə xx.xx.2022-ci il tarixdə saat 08:00-da növbədə olan həkimin növbəni 1 saat gec təhvil alması xəstəxananın daxili nizam-iltizam qaydaları ilə tənzimlənir. İddiaçı1 aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı1 xx.xx.2022-ci dünyana gətirdiyi övladının ölü doğulmasında Cavabdeh2ə Cəmil qızının hər hansı təqsirinin olması iş materialları ilə sübuta yetirilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2ə Cəmil qızına “Şəki RMX” X15 tərəfindən 16 yanvar 2023-cü il tarixli, 105 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsə də, Şəki Rayon Prokurorluğunda araşdırma zamanı İddiaçı1 xx.xx.2022-ci dünyana gətirdiyi övladının ölü doğulmasında Cavabdeh2ə Cəmil qızının hər hansı təqsirinin olmaması sübuta yetirilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı da cavabdehin İddiaçı1 xx.xx.2022-ci dünyana gətirdiyi övladının ölü doğulmasında hər hansı təqsiri sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2ə Cəmil qızına qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə görə mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ... şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iclasında iddiaçının izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçıların birgə nikah münasibətlərindən yaranmış övladlarının ölü doğulması dölün doğuş yollarında ləngiyərək asfiksiyadan doğulduqdan qısa müddət sonra ölməsi doğuş yolu açıqlığı ilə dölün antropometrik ölçülərinin uyğunsuzluğu ilə bağlı olmuşdur. İddiaçıları övladlarının “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 əsl cavabdeh X6 mama ginekoloqu Cavabdeh2ə Cəmil qızının səhvi səbəbli ölü doğulmasını iddia etsələr də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçıların özləri də bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim etməmişdilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2ə Cəmil qızına qarşı onlara vurulmuş 28000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 174 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçıların iddiaçı ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 174 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2ə Cəmil qızına qarşı onlara vurulmuş 28000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 174 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin Ödənilmiş 174 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1023/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1023/2023
15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver