Məhkəmə qərarları › İş №e-2(075)-1028/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1028/2022

29.06.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1028/2022 29.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Maraqlı şəxs2 nümayəndəsi X9 iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsi hüquqi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X17 ölmüş elan edilməsi və onun Ərizəçi babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi nümayəndəsi Vəkil iddia tələbinin həcmini “X10 ərizəçinin babası olması faktının müəyyən edilməsi” hissəsində azaldaraq yalnız “X10 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1931-cı il tarixli № 717 saylı “Земельная запис” sənədinə əsasən Şəki şəhəri, 5-ci rayon “Гызыл Аскер”(hazırkı A.Əhmədov) küçəsi 3/3-də yerləşən fərdi yaşayış evi Mustafa Cabbar oğlunun adına qeydiyyata alınmışdır. Tahir Abduləvvəl oğlu ərizəçi X3 babasıdır. Sitarə Abdulla qızı isə Bəxtiyar və Tahirin anaları, ərizəçinin isə ulu nənəsidir. Ərizəçinin atası X18 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Ərizəçi halhazırda babasından miras qalmış evdə yaşayır və evə çıxarış almaq istəyir. Lakin babası müharibəyə gedib qayıtmadığı üçün həmin evə reyestr çıxarışı almaq mümkün olmamışdır. Ərizəçi babası X7 miras qalan, atası X14 düşən hissədən ona çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən bildirmişdir ki, miras qoyan X10 ölüm haqqında şəhadətnaməsi təqdim edilmədiyi üçün notaris tərəfindən notariat hərəkətlərinin aparılması mümkün deyil. Bu barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Səfərbərlik və Həqiqi Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilən xx.xx.2022-i il tarixli 343 saylı arayışda əsasən ərizəçinin babası X5 rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarına göndərilmiş, xx.xx.1947-ci il tarixdə SSRİ Müdafiə Nazirliyindən onun X22 itkin düşməsi ilə bağlı bildiriş daxil olduğu göstərilmişdir. Ərizəçi Maraqlı şəxs2nə müraciət edərək babası X11 ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, C.Alıyevin ölümü haqqındaakt qeydi aşkar edilməmişdir. Həmçinin onun ölümünün qeydə alınması mümkün deyildir. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ərizəyə uyğun izzahat verərək və ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Şəki Regonal “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X10 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X23 göstərdi ki, X17 onun əmisidir. Əmisi X2 Vətən Müharibəsinə getmiş və qayıtmamışdır. Onlar hər il X15 yas-il mərasimi təşkil etmişlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X24 göstərdi ki, Ərizəçi atası X1 ilə birlikdə işləmişlər. Münasibətləri yaxşı olmuş, ailəliklə gediş-gəlişləri olmuşdur. Teyfuqdan eşitmişdir ki, atası X2 Vətən Müharibəsindən qayıtmamışdır. X15 verilən il mərasimlərində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən göndərilmiş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəçinin müraciətinə əsasən bildirmişlər ki, Şəki rayon şöbəsinin arxivində Ərizəçi babası X10 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Maraqlı şəxs2ndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan notariat hərəkətinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X20 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Nuxa rayonu Zaqs bürosu tərəfindən verilmiş AA 673067 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 atası X17, anası isə X8r. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilmiş 21 ferval 2022-ci il tarixli, 343 nömrəli arayışdan görünür ki, Ərizəçi babası X6 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq sovet ordusu sıralarına göndərilmiş və 1942-ci ilin noyabrında X22 itkin düşmüşdür. xx.xx.1947-ci il tarixdə Şəki rayon hərbi komissarlığına X10 X22 itkin düşməsi barədə SSRİ Müdafiə Nazirliyindən bildiriş daxil olmuşdur. İşdə olan Şəki şəhəri VVAQ bürosu tərəfindən verilmiş 31 avqust 1988 ci il tarixli İİİ ЖГ 355994 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 30 avqust 1988-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, ərizəçi X6 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq sovet ordusu sıralarına göndərilmiş və X22 itkin düşmüşdür. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi babası X10 ölməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X17 ölmüş elan edilsin. X10 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar