Məhkəmə qərarları › İş №e-2(075)-1126/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1126/2022

16.08.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1126/2022 16.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Vəkil, (məhkəmə hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi Nümayəndə) iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X13 ölmüş elan edilməsi və X13 onun babası olması faktının müəyyən edilməsi, X4 ölmüş elan edilsin və X4 onun atasının əmisi olması faktı müəyyən edilməsi, X16 onun ulu nənəsi olması faktı müəyyən edilməsi, həmçinin Ərizəçi Sitarə Abdulla qızı, Bəxtiyar və Tahir Abduləvvəl uşaqlarının adlaına olan Şəki şəhəri, 19-cu rayon Proletarskaya küçəsində yerləşən miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, o, xx xxxx 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Onlar dörd qardaş, bir bacı olmuşlar. Qardaşları Məzahir, Qalib, Sahib, bacısı isə Xatirədir. Bildirmişdir ki, xx.xx.1936cı il tarixli 3358 saylı “Земельная запись” sənədinə əsasən Şəki şəhəri, 19-cu rayon Proletarskaya küçəsində yerləşən fərdi yaşayış evi onun ulu nənəsi Sitarə Abdulla qızının, ulu babası Tahir və ulu babası Tahirin qardaşı Bəxtiyar Abduləvvəl uşaqlarının adına qeydiyyata alınmışdır. Göstərmişdir ki, Tahir Abduləvvəl oğlu onun atasının atası, onun isə babasıdır. Sitarə Abdulla qızı isə Bəxtiyar və Tahirin anası, onun isə ulu nənəsidir. Rzayev Bəxtiyar atası Adilin əmisi olmuşdur. O, 1908-ci ildə anadan olmuşdur. Qeyd etmişdir ki, babası Tahir və X50 Müharibəsinə getmiş və bir daha geri qayıtmamışlar. Müharibəyə əvvəlcə Bəxtiyar sonra isə Tahir getmişdir. Bildirmişdir ki, onun atası X25 08 fevral 2013cü il tarixdə vəfat etmişdir. O, ulu nənəsi və babasından miras qalan ünvan 1, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən bildirmişdir ki, miras qoyan şəxslərin ölüm haqqında şəhadətnamələrini və qohumluğu təsdiq edən doğum haqqında şəhadətnamələr təqdim edilməmiş, elektron informasiya sistemində axtarış nəticəsində mərhumlara aid məlumat aşkar edilməmiş və qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün şəhadətnamə verilməsi mümkün deyildir. Bu səbəbə görə notaris tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina olunması barədə 08 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Göstərmişdir ki, Səfərbərlik və Həqiqi Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilən arayışa əsasən 1904-cü il təvəllüdlü babası X26 13 yanvar 1942-ci il tarixdə Şəki rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarına göndərilmişdir. Onun X32 geri qayıtması barədə SHXÇDX-də Şəki Rayon Şöbəsində heç bir məlumat yoxdur. Səfərbərlik və Həqiqi Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilən arayışa əsasən 1908-ci il təvəllüdlü babsının qardaşı X14 20 iyul 1941-ci il tarixdə Şəki rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarına göndərilmişdir. Onun X32 geri qayıtması barədə SHXÇDX-də Şəki Rayon Şöbəsində heç bir məlumat yoxdur. Bildirmişdir ki, hal-hazırda sözügedən miras əmlakda heç kəs yaşamır. Hazırda həmin ev sökülmüş vəziyyətdədir. Həmin torpağa o baxır, bağçadan istifadə edir. Belə ki, evin bağında meyvə, tərəvəz, kartof, pomidor, xiyar əkib becərir. Həmin məhsulları yığaraq istifadə edir. Sözügrdən əmlakda yaşamasa da, ora baxır və istifadə edir. Həmin evdə nə qaz nə də elektrik yoxdur. Orada yalnız su vardır. Göstərmişdir ki, o, Maraqlı şəxsnə müraciət edərək babası X13 ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Tahir Rzayevin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin onun ölümünün qeydə alınması mümkün deyildir. Eyni zamanda o, Maraqlı şəxsnə müraciət edərək babasının qardaşı X4 ölümü haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs 10 fevral 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, B.Rzayevlə onun qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin ona verilməsi mümkün olmamışdır. Ona görə də bu məsələ ilə də bağlı məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi (vəkili) Vəkil da Ərizəçi ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X48 və Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak etmiş maraqlı şəxs X40 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, 18 dekabr 1942-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Əvvəllər maşınist katibə işləmişdir. Bildirmişdir ki, Abduləvvəlov Adil onun həyat yoldaşı olmuşdur. Onların birgə nikahlarından Məzahir, Qalib, Sahib, Rəfail və Xatirə adlı beş uşaqları olmuşdur. Övladlarının hamısı sağdır. O, hal-hazırda oğlu Rəfaillə birlikdə yaşayır. Göstərmişdir ki, əri Adilin atası Rzayev Tahir olmuşdur. Bəxtiyar isə Tahirin qardaşı olmuşdur. Tahir ərizəçi Rəfailin babasıdır. Bildirmişdir ki, Bəxtiyar və X54 müharibəsinə getmiş, müharibədən geri qayıtmamışlar. Onlar ayrı-ayrı vaxtlarda müharibəyə getmişdilər. Birinci Bəxtiyar, sonra isə qardaşı X54 müharibəsinə getmişlər. Bəxtiyar ümumiyyətlə ailə qurmamışdır, onun övladları olmamışdır. Sitarə isə Tahirlə Bəxtiyarın anası, Rəfailin isə ulu nənəsidir. Bildirmişdir ki, ünvan 1, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda Sitarə Abdulla qızının, Tahir və Bəxtiyar Abduləvvəl uşaqlarının adına torpaq sahəsi və ev olmuşdur. Həmin ev hazırda sökülüb dağılmış və yararsız vəziyyətdədir. Həmin evə və torpaq sahəsinə həmişə əri Adil və oğlu Rəfail baxmışdır. Adil vəfat edəndən sonra həmin torpaq sahəsi və ev Rəfailin istifadəsində və nəzarətində olmuşdur. Belə ki, Rəfail həmin torpaqda evin bağında meyvə, tərəvəz, kartof, pomidor, xiyar əkib becərir və onlardan istifadə edirlər. Göstərmişdir ki, digər övladlarının və özünün həmin torpağa heç bir iddiaları yoxdur. Rəafil həmin torpağı faktiki olaraq miras kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27, X37 və X38 ifadə verərək digər şahid X1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 15 avqust 2022-ci il tarixli, 147 saylı arayışdan görünür ki, Ərizəçi mərhum atası 06 fevral 2013-cü il tarixdə vəfat etdikdən sonra, ünvan 1 ünvan hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı fərdi yaşayış evi və torpaq sahəsi atası X10 miras qalmışdır və miras əmlakı, oğlu Ərizəçi idarə etmişdir və həmin torpaq sahəsi 2013cü ildən bu günədək oğlu Ərizəçi istifadəsindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 avqust 1962-ci il tarixli, AЗ 002271 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X6 arasında 25 avqust 1962-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abduləvvəlova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 avqust 1972-ci il tarixli, İ-ЖГ 415110 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi atası X25, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş AA 217069 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07 fevral 1933-cü il təvəllüdlü X15 atası X26, anası XXXX Sitarə Abdulla qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 may 1936-cı il tarixli 3358 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Şəki şəhəri, 19-cu rayon Proletarskaya küçəsində yerləşən fərdi yaşayış evi Sitarə Abdulla qızı, Bəxtiyar və Tahir Abduləvvəl uşaqlarının adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli, 70 saylı arayışdan görünür ki, X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 133/3 saylı evdə yaşamışdır. Ailə tərkibi həyat yoldaşı X7, oğlu X17 (qeydiyyatdan çıxıb), oğlu X27, oğlu X28 (qeydiyyatdan çıxıb), qızı X18 (qeydiyyatdan çıxıb), oğlu Ərizəçi (qeydiyyatdan çıxıb), gəlini X11, nəvəsi X39, nəvəsi X23 və gəlini X3 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Maraqlı şəxs 10 fevral 2022-ci il tarixli, 05/Q-564/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində X12 ölümü haqqında kat qeydi aşkar edilməmişdir. Həmçinin, Maraqlı şəxsndə onun ölümümüm qeydə alınması mümkün deyildir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli, 535 saylı arayışdan görünür ki, 1904-cü il təvəllüdlü X24 xx.xx.1942-ci il tarixdə Şəki rayon Hərbi Komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarına göndərilmişdir. X12 X32 geri qayıtması haqqında SHDÇDX-nin Şəki rayon şöbəsində heç bir məlumat yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 yanvar 2022-ci il tarixli, AZ-İİ 163104 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 06 fevral 2013-cü il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli, 672 saylı arayışdan görünür ki, 1908-ci il təvəllüdlü X14 xx.xx.1941-ci il tarixdə Şəki rayon Hərbi Komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarına göndərilmişdir. X4 X32 geri qayıtması haqqında SHDÇDX-nin Şəki rayon şöbəsində heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış 29 iyun 2022-ci il tarixli, 05/Q- 2341/13 saylı məktubdan görünür ki, X4 və Rzayeva (Rizayeva) Sitarə Abdulla qızının doğum haqqında akt qeydəri Maraqlı şəxs arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkarlanmamışdır. İşdə olan 07 avqust 2022-ci il tarixli, **********925 saylı notarial təsdiq edilmiş ərizədən görünür ki, həmin ərizəylə X17 qardaşı Ərizəçi Şəki rayon məhkəməsində mirasın qəbulu ilə bağlı iddiadan xəbəri olmasını göstərmiş və miras əmlakdan pay tələbi olmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan 07 avqust 2022-ci il tarixli, **********924 saylı notarial təsdiq edilmiş ərizədən görünür ki, həmin ərizəylə X28 qardaşı Ərizəçi Şəki rayon məhkəməsində mirasın qəbulu ilə bağlı iddiadan xəbəri olmasını göstərmiş və miras əmlakdan pay tələbi olmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Presussual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxs Sitarə Abdulla qızı, Tahir və Bəxtiyar Abduləvvəl uşaqları 2000-ci ilədək ölmüş olmuşlar. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Ərizəçinin və onun nümayəndəsinin (vəkili) izahatından, şahidlərin ifadələrindən və mülki iş materialları ilə müəyyən edildi ki, 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, atası X25 anası isə X2r. ünvan 1, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda Sitarə Abdulla qızının, Tahir və Bəxtiyar Abduləvvəl uşaqlarının adına torpaq sahəsi və ev olmuşdur. Həmin Torpaq qeydində adı göstərilən (Tahir və Bəxtiyar Abduləvvəl uşaqları) -Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu ərizəçi Rəfailin babası, - Rzayev (Rizayev) X9 babası Tahirin qardaşı, həmçinin ərizəçinin qohumu, Sitarə Abdulla qızı, yəni Rzayeva (Rizayeva) Sitarə Abdulla qızı isə Tahirlə Bəxtiyarın anası, ərizəçi R. Abduləvvəlovun isə ulu nənəsidir. Həmçinin müəyyən edildi ki, ərizəçinin babası atası Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu və babasının qardaşı Rzayev (Rizayev) X19 rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış Sovet Ordusu sıralarına göndərilmiş və X36 döyüşlərdə itkin düşmüşlər. Həmçinin sorğu edilərək işə əlavə edilmiş “Zemelnaya Zapisə” əlavə edilmiş aktın məzmunundan görünür ki, X33 və Bəxtiyar Abduləvvəl uşaqlarının anasıdır. Bundan başqa müəyyən olundu ki, ünvan 1, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda Sitarə Abdulla qızının, Tahir və Bəxtiyar Abduləvvəl uşaqlarının adına olan torpaq sahəsi və evdən ibarət olan miras əmlakı ərizəçi faktiki olaraq qəbul etmişdir. Göründüyü kimi məhkəmə iclasında iştirak edən şahidlər ərizəçinin anası Xalidə, qardaşı Qalib, bacısı Xatirə məhkəmə iclasında iştirak edərək miras əmlakın Rəfail tərəfindən qəbul edildiyini bildirmişlər. Həmçinin ərizəçinin digər qardaşları Məzahir və Sahib də məhkəməyə təsdiq edilmiş ərizə göndərərək Ərizəçi Şəki rayon məhkəməsində mirasın qəbulu ilə bağlı iddiadan xəbərlərinin olmasını göstərmiş və miras əmlakdan pay tələbi olmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 1904-cü ildə Şəki şəhərində anadan olmuş Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu və 1908-ci ildə Şəki şəhərində anadan olmuş Rzayev (Rizayev) Bəxtiyar Abduləvvəl oğlu ölmüş elan edilməli, Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu Ərizəçi babası olması; Rzayev (Rizayev) Bəxtiyar Abduləvvəl oğlu Ərizəçi atası X15 əmisi – qohumu olması; Rzayeva (Rizayeva) Sitarə Abdulla qızının Ərizəçi ulu nənəsi (qohumu) olması; Ərizəçi Şəki şəhəri, (keçmiş) Proletarskaya küçəsi döngə 1 ev 4 saylı, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda Sitarə Abdulla qızının, Tahir və Bəxtiyar Abduləvvəl uşaqlarının adına olan 19 may 1936-cı il tarixli, 3358 nömrəli “Torpaq Qeydindən” ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 1.1904-cü ildə Şəki şəhərində anadan olmuş Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu və 1908-ci ildə Şəki şəhərində anadan olmuş Rzayev (Rizayev) Bəxtiyar Abduləvvəl oğlu ölmüş elan edilsinlər. Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlunun və Rzayev (Rizayev) Bəxtiyar Abduləvvəl oğlunun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gün onların ölüm günü hesab edilsin.

2. Rzayev (Rizayev) Tahir Abduləvvəl oğlu Ərizəçi babası olması; Rzayev (Rizayev) Bəxtiyar Abduləvvəl oğlu Ərizəçi atası X15 əmisi – qohumu olması; Rzayeva (Rizayeva) Sitarə Abdulla qızının Ərizəçi ulu nənəsi (qohumu) olması;

4. Ərizəçi Şəki şəhəri, (keçmiş) Proletarskaya küçəsi döngə 1 ev 4 saylı, hazırda M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 4 saylı ünvanda Sitarə Abdulla qızının, Tahir və Bəxtiyar Abduləvvəl uşaqlarının adına olan 19 may 1936-cı il tarixli, 3358 nömrəli “Torpaq Qeydindən” ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar