Məhkəmə qərarları › İş №e-2(075)-1835/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1835/2022

09.12.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1835/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X14 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X19 ölmüş elan edilməsi və X19 onun nənəsi olması hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X19 X.X.1953-cü il tarixdə ölməsi və X19 onun nənəsi olması hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, onun X12, anası isə X20 olmuşdur. Atası ilə anası nikah bağladıqdan sonra anası atasının soyadını, yəni “Həşimova” soyadını götürmüşdür. X6 onun ana nənəsi, yəni onun anası Bəstinin anası olmuşdur. Onun ana babası isə X4 olmuşdur. Atası X3 milis nəfəri olmuşdur. Onlar ailədə 6 bacı-qardaş olmuşlar. Bütün bacı və qardaşları vəfat etmişdir. Hal-hazırda sağ qalan bacısı və ya qardaşı yoxdur. X7 ailələrinin tək övladı olmuşdur. Nənəsinin başqa bir bacısı və ya qardaşı olmamışdır. Həmçinin X7nın da tək övladı olmuşdur, o da onun X2 olmuşdur. Onun nə dayısı, də ki, xalası olmamışdır. Bildirmişdir ki, 15 mart 1993-cü il tarixli № 17 saylı “Ev dəftəri” sənədinə əsasən Şəki şəhəri, “Damarlar” indiki A.Nuxəvi küçəsində yerləşən fərdi yaşayış evi mərhum nənəsi, yəni anasının anası X24 məxsus olmuşdur. Bildirmişdir ki, X7 1893-cü ildə anadan olmuş, 1953-cü ildə isə vəfat etmişdir. Nənəsini “Üç güyümlərdən” aşağıda yerləşən qəristanlıqda dəfn etmişlər. Göstərmişdir ki, ana nənəsinin yeganə övladı olan anası X29 nənəsindən qalan miras əmlakı qəbul etmişdir. Onlar ailələri ilə birlikdə qeyd edilən həmin evdə yaşamışlar. Belə ki, onun ata evini sel yuyub aparmışdır. Nənəsinin də başqa vərəsəsi olmadığı üçün anası həmin miras əmlakı qəbul etmiş, sonradan da həmin evdə yaşamışlar. X2 07 avqust 2009cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra da həmin mirası o qəbul edərək idarə etmişdir. Göstərmişdi ki, o, nənəsindən miras qalan həmin əmlak üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən ona bildirilmişdir ki, hazırda miras qoyan Vəsilə Paşa qızı ilə qohumluq əlaqələrinin müəyyən edilməsi üçün təqdim edilən arxiv arayşında verilən məlumata əsasən akt qeydində anasının soyadı yazılmadığına görə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyil, həmçinin miras qoyan Vəsilə Paşa qızının ölüm haqqında şəhadətnaməsi mövcud olmadığına görə notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra o, ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək nənəsi Vəsilə Paşa qızının ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsinin 21 iyul 2022-ci il tarixli məktubunda ona bildirilmişdir ki, X7nın ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin onun ölümünün qeydə alınması mümkün olmamış, X19 ölüm faktının təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bildirmişdir ki, o, X7ndan miras qalmış, həmin əmlakda anadan olmuşdur. Hal-hazırda da həmin əmlakda yaşayır. Onun X2nın ondan başqa vərəsəsi yoxdur. Çünki onun sağ qalan bacısı və ya qardaşı yoxdur. Mərhum atasından miras qalan əmlakı heç kim qəbul etməmişdir. Atasından miras qalan əmlakı yalnız o qəbul etmişdir. Ana nənəsi Vəsilənin adına olan əmlakı da o özü qəbul edir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil da Ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X30 nümayəndəsi X26 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X33 göstərmişdir ki, Ərizəçi yaxşı tanıyır. Onunla yaxın qonşudurlar. Bildirmişdir ki, Ərizəçigil 5 bacı, 1 qardaş olmuşlar. Ərizəçi atası Ağasəf kişi olmuşdur. Musanın anası isə Bəsti olmuşdur. Musanın atası Ağasəf kişini və anası Bəstini sağlıqlarında görmüşdür. O, Bəstinin anası Vəsilə xalanı da görmüş və tanımışdır. Vəsilə dildən bir az pəltək qadın olmuşdur. Xatırladığına görə Vəsilə təxminən 1951-ci ildən sonra vəfat etmişdir. Vəsilə vəfat edən zaman onun təxminən 10-11 yaşı olmuşdur. Bildirmişdir ki, o, Musagilin ailəsini yaxından tanıyır. Musanın iki bacısı, Həşimova Nüyvəri və Həşimova Səfurəni tanımışdır. Onların heç biri ailə qurmamış, hər iki bacısı subay vəfat etmişlər. Digər uşaqlar isə hələ uşaqkən ölmüşlər. Göstərmişdir ki, o, Musagilin evində ancaq Musanın nənəsi Vəsiləni, anası Bəstini və atası Ağasəfi görmüşdür. Həmin evdə başqa heç kimin yaşadığını görməmişdir. Musanın atası Ağasəfi də o, yaxşı tanımışdır. Ağasəf keçmişdə polis əməkdaşı olmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 15 mart 1933-cü il tarixli, 17 nömrəli ev dəftəri sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X19 adına qeydə alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 avqust 2009-cu il tarixli, AZ-İ 382222 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 07 avqust 2009-cu il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 314 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 mart 1993-cü il tarixli, İV-ЖГ 405035 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 08 mart 1993-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 99 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İ-ИЕ 665463 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi X12, X2dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin 21 iyul 2022-ci il tarixli, 05/Q-2572/15 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş müraciətinə baxılmış, lakin Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində X7nın ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Ərizəçin X19 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 22 iyul 2022-ci il tarixli, 2734 nömrəli məktubundan görünür ki, Ərizəçi Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Qeyd edilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu madddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Hazırda miras qoyan Vəsilə Paşa qızı ilə qohumluq əlaqələrinin müəyyən edilməsi üçün təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin arayışında verilən məlumata əsasən akt qeydində anasının soyadı yazılmadığına görə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. Həmçinin, miras qoyan Vəsilə Paşa qızının ölüm haqqında şəhadətnaməsi mövcud olmadığına görə müvafiq notariat hərəkətlərinin aparılması mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 iyun 2022-ci il tarixli, TA-00416-2022 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1924-cü ilə dair qeydiyyat kitabında Bəsti İlyas qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, 01 dekabr 1924-cü il təvəllüdlü Bəsti İlyas qızının atası X13, anası Vəsilə Paşa qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş, X25 vərəsəsi Ərizəçidur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv.metr olan fərdi yaşayış evindən və 0.0984 ha torpaq sahəsindən ibarətdir. İşdə olan “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 356 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında 1/12 saylı evdə yaşamış Vəsilə Paşa qızının X16 başqa oğlu və qızı olmamışdır. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli, 05/Q-1241/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X17 15 sentyabr 1955ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 259 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli, 05/Q-1240/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X10 14 noyabr 1955-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli, 05/Q-1238/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X22 18 dekabr 1966-cı il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 263 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli, 05/Q-1239/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X5 12 dekabr 1963-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 349 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 05/Q-1286/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X11 25 fevral 1994-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 05/Q-1287/70 nömrəli ölüm haqqında arayışdan görünür ki, X18 10 noyabr 2014-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 469 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, **********03- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 4 ünvanında 65.6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X25 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Ərizəçi yaşadığı ünvan 2 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ana X7ndan miras qalmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən, şahidin və ərizəçinin izahatlarından müəyyən edildi ki, X28 ailənin tək övladı olmuşdur. Bundan başqa ərizəçinin anası X1 Vəsilə Paşa qızının tək övladı olmuşdur. X28 1953-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin də hal-hazırda sağ qalan bacısı və ya qardaşı yoxdur. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək X19 X.X.1953-cü il tarixdə ölməsi və X19 Ərizəçi nənəsi olması faktları müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X19 (Vəsilə Paşa qızı) X.X.1953-cü il tarixdə Şəki şəhərində ölməsi və X19 (Vəsilə Paşa qızı) Ərizəçi ana tərəfdən nənəsi (qohumu) olması faktları müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar