Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1186/2021 31.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Kreditor ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmri çıxarılması barədə ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq MÜƏYYƏN ETDİM : Kreditor ASC ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci il 22 may tarixli, 07/00148 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1750 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1770 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Kreditor ASC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tələb tam təsdiq olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə iclası keçirilmədən, əlavə sübutların mövcudluğu müəyyən edilmədən, xüsusilə də tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən borca dair tələbin tam əsaslılığı hazırda aşkar hesab edilə bilməz. Ona görə də, ərizənin icraata qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 119, 275, 276, 280-282 və 284-cü maddələrinin tələblərini rəhbər tutub, QƏRARA ALDİM : Kreditor ASC-nin Borclu 2020-ci il 22 may tarixli, 07/00148 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1750 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1770 manat məbləğin xeyrinə tutulması ilə bağlı məhkəmə əmrinin qəbul olunması barədə ərizəsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Kreditor ASC-yə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1186/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1186/2021
31.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver