Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1190/2023 19.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh X5 iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş 05 fevral 2011-ci il təvəllüdlü X9, 18 noyabr 2015-ci il təvəllüdlü X10 və 16 fevral 2021-ci il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi və alimentin tutulmasının əvvəlinin cavabdehə mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi tarixdən, yəni 17 mart 2023-cü il tarixindən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X12 ilə 08 iyun 2007-ci il tarixdə nikahlarını rəsmi qaydada rəsmiləşdirməklə ailə həyalı qurmuşdur. Birgə nikahlarında 05 fevral 2011-ci il təvəllüdlü X15, 18 noyabr 2015-ci il təvəllüdlü X16 və 16 fevral 2021-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrı yaşayırlar. Cavabdeh işi ilə bağlı olaraq Bakı şəhərində, o isə uşaqları ilə birlikdə atasına məxsus Şəki rayonu Daşüz kəndində yerləşən evdə yaşayır. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmır. Məhz buna görə də aliment ödənilməsi üçün mediasiya xidmətinə müraciət etmişdir. Mediasiya sessiyasında hər hansı razılıq əldə olunmamışdır. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər faktiki olaraq ayrılmışlar. Cavabdeh isə könüllü olaraq uşaqların saxlanılması üçün iddiaçı heç bir köməklik etmir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 iddia tələbinə etiraz edərək bildirmişdir ki, tələb edilən məbləğ yüksəkdir. Onun aldığı əmək haqqı həmin məbləğdən aşağıdır. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikah haqqında akt qeydi 08 iyun 2007-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd icra nümayəndəliyi tərərindən verilmiş 23 fevral 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 fevral 2011-ci il təvəllüdlü X9 atası X14, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd icra nümayəndəliyi tərərindən verilmiş 04 dekabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 noyabr 2015-ci il təvəllüdlü X10 atası X14, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd icra nümayəndəliyi tərərindən verilmiş 26 fevral 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 fevral 2021-ci il təvəllüdlü X6 atası X14, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" X7 tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, X14 "xxxx" X2 fəhlə işləməklə 350 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 08 iyun 2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə cavabdeh X14 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 05 fevral 2011-ci il təvəllüdlü X15, 18 noyabr 2015-ci il təvəllüdlü X16 və 16 fevral 2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. Cavabdeh, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün iddiaçıya heç bir köməklik göstərmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatıları, İddiaçı uşaqların saxlanılması üçün həmin tələbatları təkbaşına ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 05 fevral 2011-ci il təvəllüdlü X9, 18 noyabr 2015-ci il təvəllüdlü X10 və 16 fevral 2021-ci il təvəllüdlü X1 üçün cavabdeh X4 İddiaçı xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli iddiaçının qeyd etdiyi kimi mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi tarixdən, yəni 17 mart 2023-cü il tarixindən deyil, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni 20 aprel 2023-cü il tarixdən hesablanmaqla dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 05 fevral 2011-ci il təvəllüdlü X9, 18 noyabr 2015-ci il təvəllüdlü X10 və 16 fevral 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 20 aprel 2023-cü il tarixdən hesablanmalı, məhkəmə qətnaməsi dərhal icra edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh X4 60.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 05 fevral 2011-ci il təvəllüdlü X9, 18 noyabr 2015-ci il təvəllüdlü X10 və 16 fevral 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. X4 60.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1190/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1190/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver