Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1209/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, cavabdeh Azərbayan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Bakı şəhərində yerləşir. Belə olduğu halda iddia cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi mülki iş məhkəmənin icraatına götürülməmişdir. Ona görə də iddia ərizəsi cavabdeh Azərbayan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin yerləşdiyi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalıdır. Məhkəmə iddiaçıya cavabdeh qarşı hazırkı iddia tələbi üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsinə, yəni Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1209/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1209/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver