Məhkəmə qərarları › İş №e-2(075)-1271/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1271/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1271/2022 15.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 2016-cı ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Nikahlarını isə 23 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və 28 dekabr 2018-ci il təvəllüdlü X3 anasının yanında saxlanılması qət edilmişdir. Ayrıldıqları vaxtdan 28 dekabr 2018-ci il təvəllüdlü X8 anasının himayəsində olmuşdur. Uşağa baxmaqda Cavabdeh kömək etmişdir. Göstərmişdir ki, Arifə onun ikinci arvadı olmuşdur. Arifə ilə boşandıqdan sonra üçüncü dəfə ailə qurmuş, həmin nikahdan dsa 1 uşağı olduğu üçün müəyyən müddət Arifəyə uşağın saxlanması üçün kömək etməmişdir. Buna görə də, Cavabdeh aliment tələbi lə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)- 915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul bləğində 130 manat məbləğində alimentin ondan tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Bildirmişdi ki, o, Cavabdeh ilə ailə qurmamışdan qabaq başqa adamla ailəli olmuş, lakin nikahları pozulmuşdur. Onun həmin nikahdan da hazırda 16 yaşında olan bir övladı olmuşdur. Lakin keçmiş həyat yoldaşı onun əlilliyini nəzərə alaraq ondan aliment tələb etməmişdir. Göstərmişdir ki, Arifədən ayrıldıqdan sonra isə X9 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahlarını isə 16 fevral 2021-ci ildə rəsmiləşdirmişlər. Onun Güldanə ilə birgə nikahlarından 21 mart 2021-ci il təvəllüdlü oğlu X7 adlı uşağı anadan olmuşdur. Arvadı Güldanə əlildir. Oğlu Rzaqulu isə xəstə uşaqdır. Bundan başqa həyat yoldaşı Güldanə 14-15 həftəlik hamilədir. O, hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar 1-ci qrup əlilliyə görə 248,81 manat aylıq pensiya alır. Həmçinin 400 manat da sosial müavinat alir. Əvvəllər dövlət tərəfindən ona verilmiş avtomobildən istifadə edib qazanc əldə edə bilsə də hazırda gözlərində olan problemlə əlaqədar avtomobildən istifadə edə bilmir. Heç bir maddi imkanı yoxdur. Qazancı yalnız pensiyasıdır. Adına heç bir əmlak yoxdur. Mingəçevir şəhər Polis Şöbəsində qeydiyyatdadır. Hal-hazırda kirayədə yaşayır. Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimenti ödəyə bilmir.Təxminən 970 manat aliment borcu yaranmışdır. O, aliment ödəməkdən boyun qaçırmır. Başqa gəlirləri olmadığı üçün qanunda nəzərdə tutulmuş qaydada pensiyasının dörddə bir hissəsini ödəyə bilər. Əgər uşaq həftənin altıncı və bazar günləri onun yanında qalsa alimenti ödəyəcəkdir. 130 manat aliment onun pensiyasının 60 faizidir. Mingəçevir şəhər Rayonlararası X11 qeydiyyatdadır. Xəstəliyi tutanda xüsusi dərmanlardan istifadə etsə də, özünə belə nəzarət edə bilir. Birinci qrup əlilə, X11 qeydiyyatda olan şəxsə normalda aliment ödəmək qabiliyyəti olan şəxslərə nəzərdə tutulmuş həddə aliment məbləği müəyyən edilmişdir. Bildirmişdir ki, himayəsində əlil arvadı, xəstə uşağı var. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini və ona verilən 248.8 manat pensiyanın ¼ hissəsində aliment müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı vəkili Vəkil1 da İddiaçı ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 2016cı ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Nikahlarını isə 23 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların 28 dekabr 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və 28 dekabr 2018-ci il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Göstərmişdir ki, İddiaçı uşağın saxlanılması üçün heç bir maddi yardım etməmişdir. O, uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-915/2021 saylı qətnaməsinə əsasən 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi, alimentin tutulmasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Lakin İddiaçı alimenti indiyədək tam ödəyə bilməmişdir. Göstərmişdir ki, iddiaçı 400 manat sosial müavinat, 248.8 manat pensiya, həmçinin ona dövlət tərəfindən verilmiş avtomobillə taxsi fəaliyyəti göstərməklə əlavə qazanc əldə edir. Bildirmişdir ki, uşağın saxlanılmasında çətinlik çəkir. Belə ki, uşaq azyaşlı olduğu üçün özü heç yerdə işləyə bilmir, evi yoxdur. Mingəçevir şəhərində bacısı qızı ilə birlikdə kirayədə qalır. Kirayə pulunun ödənilməsində hər ay anasının pensiyasından 50 manat bacısı qızına köməklik edir. Heç bir yerdən gəlir yeri yoxdur. Yaşyış minimumu artıqca da uşağın saxlanılmasında daha da çətinlik çəkir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh vəkili Vəkil2 da Cavabdeh ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(075)-1763/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında 23 noyabr 2018-ci il tarixdə Mingəçevir regional «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış 497 nömrəli nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 28 dekabr 2018-ci il təvəllüdlü X3 anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-915/2021 saylı qətnaməsindən görünür ki, 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində aliment cavabdeh İddiaçı tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi, alimentin tutulmasının əvvəli 20 aprel 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 fevral 2021-ci il tarixli, AZ-İİ 407124 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında 16 fevral 2021-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli, AZ-İV 560628 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 mart 2021-ci il təvəllüdlü X2 atası İddiaçı, anası isə X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli, 4519 saylı arayışdan görünür ki, İddiaçı dair Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reystrində keçmiş İT və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Mərkəzi xəstəxanası tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 2343 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X6 11 sentyabr 2013-cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində şəxsiyyətin isterik tipli diaqnozu ilə qeydiyyata düşmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Spsial X19 Hüquqi Şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir şəhər qəbul şöbəsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, **********2 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İ qrup əlilliyə görə müddətsiz əmək pensiyası alır və aylıq pensiyasının məbləği 240,81 manatdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixli, 437/16957 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 22 aprel 2022-ci il tarixdə, 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan 29 iyun 2022-ci il tarixli, 405 saylı müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü X1 şəhəri, arzu bağlar yaşayış massivində 29 iyun 2023-cü ilədək qeydiyyata düşmüşdür. İşdə olan 06 iyul 2022-ci il tarixli analizlərdən görünür ki, X9 14-15 həftəlik hamilədir. İşdə olan elektron informasiya portalından çıxarılmış 16 iyun 2022-ci il tarixli məlumatlardan görünür ki, İddiaçı 400 manat məbləğində sosial ödəniş və 248.8 manat pensiya alır. İşdə olan Mingəçevir şəhər xəstəxanası PHŞ poliknikası tərəfindən verilmiş, 12 iyul 2022-ci il tarixli, 1588 saylı arayışdan görünür ki, İddiaçı daxili çəplik vardır. İşdə olan Mingəçevir Şəhər Mərkəzi xəstəxanası tərəfindən verilmiş 17 iyul 2022-ci il tarixli, 1129 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X6 11 sentyabr 2013cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində şəxsiyyətin isterik tipli pozuntusu, özünü kəsmələrlə və psixopata bənzər diaqnozla qeydiyyata düşmüşdür. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı əvvəllər ailəli olmuş, 1 övladı anadan olmuş, həmin qadınla boşanmış, uşaq anasının yanında qalmışdır. İddiaçı ilk ikahdan olan uşağ üçün aliment ödəmir, onun hazırda 16 yaşı var. Sonradan iddiaçı hazırkı cavabdehlə ailə qurmuş və həmin nikahdan 28 dekabr 2018-ci il tarixdə Nuray adlı qızı anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(075)-1763/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızı arasında olan nikah pozulmuş və Nuray anası Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-915/2021 saylı qətnaməsi 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat məbləğində alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına verilməsi qət edilmişdir. İddiaçı sonradan başqa bir qadınla üçüncü dəfə nikaha daxil olmuş və həmin nikahdan da 1 övladı anadan olmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının 3-cü arvadı hazırda 14-15 həftəlik hamilədir. İddiaçı maddi imkanının aşağı, ikinci nikahından da bir övladının olması, həmçinin həyat yoldaşının hamilə ollması səbəbindən Cavabdeh qarşı alimentin azaldılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Göründüyü kimi birincisi, iddiaçının cavabdehlə birgə nikahlarından olan övladı Nuray 4 yaşının içərisindədir. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş 130 manat aliment məbləği Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi müəyyən olunmuşdur. Həmin aliment məbləği müəyyən olunarkən iddiaçının üçüncü nikahdan 21 mart 2021-ci ildə anadan doğulmuş Rzaqulu adlı övladı mövcud olmuşdur. İkincisi, müəyyən edilmişdir ki, iddiaçı İ nikahdan olan uşağı üçün aliment ödəmir və İİİ nikahda olduğu arvadı ilə boşanmamışdır. Üçüncü müəyyən edilir ki, iddiaçı 400 manat sosial müavinat və 248.8 manat pensiya olmaqla dövlət tərəfindən hər ay daimi ödənilən 648.8 manat pul vəsaitinə malikdir. Həmçinin Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi müəyyən olunmuşdur ki, iddiaçı əvvəllər taxsi fəaliyyəti ilə məşğul olaraq gündə 3-5 manat qazanc əldə etmişdir. Dördüncüsü, azyaşlı Nuray 3 yaşı tamam olmaqla 4 yaşının içərisindədir və iddiaçının doğma övladıdır. İddiaçı tərəfindən ödənilən 130 manat aliment məbləği məhz onun doğma qızının saxlanılması üçün ödənilən vəsaitdir. Beşincisi, iddiaçı Nuray üçün yalnız aliment ödəyir, onunla vaxt keçirmir, ona ata nəvazişi, ata qayğısı göstərmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər alimentin azaldılmamasına dəlalət edən hallardır. Göründüyü kimi iddiaçı məhkəmənin 19 may 2021-ci il tarixli qətnaməsi müəyyən olunmuş aliment məbləğindən sonrakı dövrdə onun gəlirlərinin azalması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldılaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 2(075)-915/2021 saylı, 19 may 2021-ci il tаrixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat sabit pul məbləğində alimentin azaldılaraq (dəyişərək) qanunda nəzərdə tutulmuş qaydada bir uşaq üçün pensiyasının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 28 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayeva (Məmmədrəhimova) Arifə Təmraz qızına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar