Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1271/2023 26.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 mart 2020-ci il təvəllüdlü uşağın atasının o olması hüquqi faktının müəyyən edilməsi, həmin uşağın doğum haqqında şəhadətnaməsinin ata qrafasında uşağın ata adının İddiaçı kimi qeyd edilməsi və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində 200 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onun uşağın atası olması hüquqi faktının təsdiq edilməsi, uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında uşağın atasının adının İddiaçı kimi qeyd edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmasını Şəki rayon qeydiyyat şöbəsinə tapşırılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 29 sentyabr 2020ci il tarixindən hesablanması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ondan 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)- 4730/2022 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qənamə icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Təbii ki, bu müddət ərzində onun aliment ödəməsi qeyri-mümkün idi. Bu səbəbdən də həmin müddət ərzində onun tərəfindən heç bir aliment ödənişi həyata keçirilməmişdir və nəticədə onun 4000 manatdan yuxarı aliment borcu yaranmışdır. Aliment məbləği 29 sentyabr 2020-ci il tarindən hesablanmağa başlamışdır. Bu müddətin böyük bir hissəsini isə o, həqiqi hərbi xidmətdə olmuş, yalnız cari ilin yanvar ayında tərxis olunmuşdur. Yəni xidmətdən qayıtdığı cəmi üç aydır və bü müddət ərzində o, işsiz olmuşdur. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi onun hərbi xidmətdə olmasını, işsiz olmasını nəzərə almayaraq ondan yığılmış aliment borcunu tələb etmiş, onun tərəfindən üzrlü səbəbdən aliment ödənişi olmadığı təqdirdə isə təqdimat ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilmişdir. Ona görə də hesab edir ki, hərbi xidmət dövründə, yəni 18 ay ərzində hər ay 150 manat olmaqla hesablanmış 2700 manat borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, uşağına təkbəşına özü baxır. Təyin edilmiş aliment məbləği azlıq edir. İddiaçı bu vaxta kimi aprel və may ayları ərzində cəmi 1000 manat məbləğində alimet ödəmiş, qalan məbləği isə ödəməmişdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4730/2022 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, İddiaçı uşağın atası olması hüquqi faktının təsdiq edilməsi, uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında uşağın atasının adının İddiaçı kimi qeyd edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmasını Şəki rayon qeydiyyat şöbəsinə tapşırılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 29 sentyabr 2020-ci il tarixindən hesablanması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4730/2022 saylı qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-83/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında 25 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 mart 2020-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 29 sentyabr 2020-ci il tarixindən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alımış və icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı 05 iyul 2021-ci il tarixdə həqiqi hərbi yollanmış və 05 yanvar 2023-cü il tarixdə hərbi xidməti başa vuraraq tərxis edilmişdir. İddiaçı, 05 iyul 2021-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək hərbi xidmətdə olduğu 18 ay müddətində hesablanmış və ödənilməmiş 2700 manat məbləğində aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, onlаrı tərbiyə etmək vаlideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 75.1-ci mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаğа borcludurlаr. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 78.2-ci mаddəsinə əsаsən sаbit pul məbləğinin miqdаrı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq olаn digər hаllаr nəzərə аlınmаqlа, uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. Azərbаycаn Respublikаsı «Uşаq hüquqlаrı hаqqındа» qаnunun 3-cü mаddəsinə görə uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğа zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə olunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi formаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən Azərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dolаnаcаq xərclərindən аz olmаyаn mаddi təminаt аlmаq hüququ vаrdır. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 107.2-ci mаddəsinə görə məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edə bilər. Sözügedən Qanunun mənasından göründüyü kimi xəstəliyi, ailə və mаddi vəziyyətinin aşağı olması səbəbindən аliment ödəməli şəxsin bu borclаrı ödəyə bilməməsi sübuta yetirilərsə, o, həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edilə bilər. Lakin hazırkı vəziyyətdə qeyd olunan hаllаr müəyyən edilmədiyindən və iddiаçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, yaranmış borcun üzrlü səbəbdən əmələ gəlməsi hesаb edilə bilməz. İddiaçının həqiqi hərbi xidmətdə olması onun aliment ödənişindən azad etmir və qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)- 103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 05 iyul 2021-ci il tarixindən 05 yanvar 2023-cü il tarixədək hesablanmış 2700 manat hissəsinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1271/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1271/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver