Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1277/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 140 (yüz qırx) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı olmaqla, cəmi 170.4 (yüz yetmiş manat, qırx qəpik) məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh2 məxsus olan "xxxx" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** TJ *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə maddizərər vurulmuşdur. Yol - nəqliyyat hadisəsinin törədilməsində həm "xxxx" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobiloin sürücüsü Cavabdeh3, həm də "xxxx" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Cavabdeh1 təqsirli bilinərək, inzibati cərimə edilmişlər. ASC tərəfindən "xxxx" markalı, ** TJ *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin yarısı, yəni 140 (yüz qırx) manat məbləğində olan hissəsi Cavabdeh3 məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** TJ *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “əmlak sığortası” qaydasında sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişlər. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına əsasən hadisə baş verən anda "xxxx" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2001 saylı sığorta aktından müəyyən olunur ki, Ford Fusion” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 (yüz) manat məbləğində .ərtsiz azadolma məbləği çıxıldıqdan sonra 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişinin 140 (yüz qırx) manat məbləğində olan hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 140 (yüz qırx) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı olmaqla, cəmi 170.4 (yüz yetmiş manat, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 140 (yüz qırx) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı olmaqla, cəmi 170.4 (yüz yetmiş manat, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1277/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1277/2023
03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver