Məhkəmə qərarları › İş №e-2(075)-1318/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1318/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1318/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21104” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1560 manat (min beş yüz altmış manat) pulun və iddianın verilməsi üçün ödənilmiş 35.60 manat (otuz beş manat altmış qəpik) dövlət rüsumunun və 0.40 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21154” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21104” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 131659 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı zərərçəkən “VAZ 21104” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş PAT********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən göründüyü kimi zərərvuran Cavabdeh da idarə etdiyi “VAZ 21154” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də hadisə baş verən tarixdə iddiaçı sığorta şirkətində sığortalı olmuşdur. Beləliklə, hər iki nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, hadisə nəticəsində “VAZ 21104” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və görülən işlərlə birlikdə cəmi 1560 AZN (min beş yüz altmış manat) sığorta ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı zərərçəkən sığortalı X1 hesabına 1560 AZN (min beş yüz altmış manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh sığorta hadisəsinin baş verməsində təqsirli olmuş, habelə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Həmçinin, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.2 və 332.3-cü maddələri ilə təqsirli bilinərək, 300 AZN məbləğində cərimə edilmişdir. Cavabdeh icbari qaydada sığortalamış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdeh qeydiyyat ünvanına pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılsa da, bu günə qədər ödəniş geri qaytarılmamışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, “İcbari sığortalar haqqında” qanunun 23.1.6, 25.1.2, 25.2-ci, Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1560 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 35.60 manat dövlət rüsumunun əvəzi və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1560 (min beş yüz altmış manat) manat zərər məbləği, 35.60 (otuz beş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar