Məhkəmə qərarları › İş №e-2(075)-1353/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1353/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1353/2022 28.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2011-ci il tarixdə anadan olmuş X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 26 iyul 2022-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Nihal, xx.xx.2013-cü il tarixdə Natella və xx.xx.2019-cu il tarixdə Nihad adlı övladları olmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da sonradan cavadehin təqsiri üzündən pozulmağa başladı. Ailə münasibətləri pozulduğu üçün aralarında formal olan nikahın pozulması, uşağın himayə verilməsi, aliment, nişan-cehiz əşyaları, evin yarısı, evdən istifadə, evə köçürülmə və əmlak tələbi ilə qanunvericiliyin tələbinə uyğun olaraq ilk növbədə mediasiya xidmətinə müraciət etmişdir. Mediyasiya mərhələsində nikahın pozulması, uşaqların onun himayəsində qalması və nişan-cehiz əşyalarının ona qaytarılması barədə razılığa gəlsələr də digər tələblərlə bağlı mediasiya prosesinə xitam verilmişdir. Hazırda o 3 uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə bu tələbatlarını qarşılamadığı üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 02 avqust 2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 27 sentyabr 2016-cı il tarixdə bağlanmış nikah 243 nömrə ilə qeydə alınmışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 02 oktyabr 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 29 avqust 2011ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 09 yanvar 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 19 dekabr 2013cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki regional “ASAN xidmət mərkəzində” qeydiyyat şöbəsi tərəfindən 09 yanvar 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 19 dekabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 19 aprel 2022-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları 29 avqust 2011-ci il təvəllüdlü X2, 19 dekabr 2013-cü il təvəllüdlü X1 və 19 dekabr 2019-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmalarına və digər məsələlərə dair hər iki tərəf razı olmuşdur. Mediasiya prosesinə xitam verilməsi barədə 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı və Cavabdeh arasında mediasiya sessiyalarının keçirilməsi üçün ilkin mediasiya sessiyalarının keçirilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiya xərcini İddiaçı tam ödəmişdir. Göründüyü kimi İddiaçı 02 avqust 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 29 avqust 2011-ci il tarixdə X5, 19 dekabr 2013-cü il tarixdə X4 və 19 dekabr 2019-cu il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 29 avqust 2011-ci il təvəllüdlü X2, 19 dekabr 2013-cü il təvəllüdlü X1 və 19 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 avqust 2011-ci il təvəllüdlü X2, 19 dekabr 2013-cü il təvəllüdlü X1 və 19 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 27 may 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 59.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 avqust 2011-ci il təvəllüdlü X2, 19 dekabr 2013-cü il təvəllüdlü X1 və 19 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat məbləğində manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 59,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar