Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1373/2023 31.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər İHB-nın Cumakənd kəndindəki nümayəndəliyində 04 dekabr 2010-cu il tarixdə onunla Cavabdeh arasında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında № 15 ilə qeyd edilmiş nikahın pozulması, 30 avqust 2010-cu il tarixdə anadan olmuş X10, 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X13 və 20 sentyabr 2013-cü il tarixdə anadan olmuş X3 onun himayəsində saxlanılması, Şəki Rayon Məhkəməsinin 2(075)-1327/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 30 avqust 2010-cu il tarixdə anadan olmuş X10, 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X13 və 20 sentybr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün tutularaq ona ödənilən 90 manat alimentin miqdarını 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 220 manat olmaqla cəmi 3 uşağa görə 660 manat məbləğinə artırılması, eləcə də ödənilmiş 50 manat mediasiya və məhkəmə üçün əlavə olaraq ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavbdeh Cavabdeh el atədi ilə toy edib ailə quraraq Şəki şəhər İHB-nın Cumakənd kəndindəki nümayəndəliyində 04 dekabr 2010-cu il tarixdə nikahlarını bağlamış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 № ilə qeyd edilmişdir. Birgə nikahlarından üç övladları, X10 30 avqust 2010-cu ildə, X13 20 yanvar 2012-ci il tarixdə və X11 20 sentyabr 2013-cü il tarixdə anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamaqlarına baxmayaraq, sonradan Cavabdeh ailəsini ataraq uzun müddətdir ki, işləmək adı ilə evdən getmişdir. O, dəfələrlə cavabdehə ailəsinin yanında qalaraq hamı kimi kəntdə işləyib ailəsini dolandıraraq onlarla birlikdə yaşamasını xahiş etsə də onun sözlərinə məhəl qoymamışdır. Cavabdehin illər olaraq onlarla birlikdə yaşaması və ailəsinə baxmaması səbəbdən 2019-cu il tarixdə məhkəməyə müraciət edərək 30 avqust 2010-cu il tarixdə anadan olmuş X10, 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X13 və 20 sentyabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yаşınа çаtаnаdək mаddi təminаtları üçün hər аy Cavabdeh bütün növ qazancından sаbit pul məbləğində 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 160 manat olmaqla cəmi 3 uşağa görə 480 manat məbləğində alimentin tutulmasını müəyyən edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 1327/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 30 avqust 2010-cu il təvəllüdlü X10, 20 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Bütün olanlara baxmayaraq övladlarını düşünərək cavabdehdən boşanmaq istəməsə də, artıq yeddi ildən artıqdır ki, cavabdeh ailəsinin bərpa olunması üçün addım atmamış, onlarla maraqlanmamış, o cümlədən, onunla səmimi rəftar etmədiyi, habelə heç bir səbəb olmadan cavabdeh tərəfindən dəfələrlə təhqir olunaraq söyülməyi davam edib. Bundan sonra boşanma və sair tələblə qarşı tərəfə təklif göndərərək mübahisələri aidiyyəti üzrə Mediasiya Təşkilatında sülh yolu ilə həl etmək istəsə də, cavabdehin X8 iştrak etməməsi səbəbli arayış verilmişdir. Bütün olanlardan sonra cavabdehlə barışmaq və ailəni qoruyub saxlamaq mümkün olmadığından, o, cavbdehlə aralarında bağlanmış nikah müqaviləsi formal olduğundan nikahın pozulmasında israrlıdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-11327/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin оlunmuş аliment hаzırki şərаitdə uşaqlarının həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına, habelə məktəbə gedibgəlmələri üçün, məktəb ləvazımatları, məktəblilər üçün müəyyən olunmuş vahid geyim formaları almaq üçün uşаqlarının artan tələbatlarını ödəmir. Bu səbəbdən nikahın pozulması, övladlarının onun himayəsinə verilməsi və Şəki Rayon Məhkəməsinin 2(075)-11327/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 30 avqust 2010-cu il tarixdə anadan olmuş X10, 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X13 və 20 sentyabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün tutularaq ona ödənilən 90 manat alimentin miqdarını 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 220 manat olmaqla cəmi 3 uşağa görə 660 manat məbləğinə artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, məhkəmə tərəfindən onlara 3 ay müddətinə barışıq üçün vaxt verilsə də, aralarında barışıq əldə edilməmişdir. Cavabdeh birgə nikahlarından olan uşaqları ilə maraqlanmır. Ailəsinə, uşaqlarına biganə yanaşır, soyuq münasibət bəxş edir. Bundan sonra da ailələrinin bərpası, cavabdehlə bir ailə kimi yaşamaları mümkün deyil. Nikahları formal xarakter daşıyır. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləği hal-hazırda uşaqların zəruri tələbatlarını qarşılamır. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləği artırılmalıdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 04 dekabr 2010-cu il tarixli, AZ-İ 619162 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında 04 dekabr 2010-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cəmilova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 dekabr 2010-cu il tarixli, AZ-İİ 573377 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30 avqust 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X12r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 fevral 2012-ci il tarixli, AZ-İİ 810813 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 26 yanvar 2012-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X12r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 oktyabr 2013-cü il tarixli, AZ-İİİ 198244 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 20 sentyabr 2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsənin 05 iyul 2019-cu il tarixli, 2(075)-1327/2019 nömrəli qətnaməsindən görünür ki, 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 03 iyun 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli, MŞŞ/1/00638 nömrəli X8 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 17 mart 2023-cü il tarixdə, 11:00 - 13:00 saatlarında keçirilən X8 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X8 iştirak etməmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı Cavabdeh 04 dekabr 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X11 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuş və tərəflər faktiki olaraq ayrı yaşayırlar. İddiaçı ilə Cavabdeh arasında olan nikah formal xarakter daşıyır. Bundan sonra ailənin bərpası mümkün deyildir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclaslarına gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələblərinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinin tələblərinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərin birgə nikahdan olan uşağının valideynlərindən hansının himayəsində qalması məsələsini müzakirə edərkən uşaqların azyaşlı olmasını, ana nəvazişinə ehtiyacının olmasını, iddiaçının uşağın onun yanında saxlanılmasını xahiş etməsini nəzərə alır. Buna görə də məhkəmə 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 analarının yanında qalmalarını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(075)-1327/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya prosesində iddiaçı tərəfindən 50 manat mediasiya xərci və məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənildiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh ilə İddiaçı arasında 04 dekabr 2010-cu il tarixdə bağlanmış 15 nömrəli nikah pozulmalı, onların birgə nikahdan olan uşaqları - 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X11 anaları İddiaçı yanında qalmalı, birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(075)-1327/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı və əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 04 dekabr 2010-cu il tarixdə Şəki şəhər İHB-nin Cumakənd kəndindəki nümayəndəliyində bağlanmış 15 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşaqları – 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X1 İnci Mirzə qızının yanında saxlanılsınlar. 30 avqust 2010-cu il təvəllüdlü X10, 26 yanvar 2012-ci il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(075)-1327/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin artırılması hissəsində tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh X5 31 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1373/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1373/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver