Məhkəmə qərarları › İş №e-2(075)-1378/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1378/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1378/2022 15.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2014-cü təvəllüdlü X7 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 2013-cü ildə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahlarından iki övladları 12 mart 2014-cü tarixdə X7 və 14 fevral 2015-ci il tarixdə isə X6 anadan olmuşlar. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli AZ-İ 350755 nömrəli və 17 avqust 2018-ci il tarixli AZİ 350756 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrlə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X10 oğlunun və 14 fevral 2015-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh hesab edilmişdir. 2018-ci ilin fevral ayından etibarən Cavabdeh ayrı yaşayır. Cavabdehdən ayrılan gündən uşaqlar onun himayəsindədirlər. Hazırda o və uşaqları atasına məxsus evdə yaşayır. Cavabdehdən ayrılandan sonra cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Uşaqların saxlanılmasında və onların maddi təminatlarının ödənilməsində çətinliklər çəkir. Özü heç bir yerdə işləmir. Göründüyü kimi uşaqların saxlanılması yükü onun üzərindədir. Təkbaşına uşaqların palpaltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaqda çətinlik çəkir. Uşaqlar böyüdükcə tələbatları gün-gündən daha da artır. Lakin buna baxmayaraq cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, cavabdehlə barışacaqlarını gözlədiyi üçün indiyə kimi aliment tələb etməmişdir. Bildirmişdir ki, o, məhkəməyə müraciət etməmişdən əvvəl alment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 25 may 2022-ci il tarixdə keçirilən mediasiya prosesində aralarındakı problemin həlli mümkün olmamışdır. Bu barədə 25 may 2022-ci il tarixli MŞİH- 2022-17832 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etimişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 2013-cü ildə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahlarından iki övladları 12 mart 2014-cü tarixdə X7 və 14 fevral 2015-ci il tarixdə isə X6 anadan olmuşlar. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli AZ-İ 350755 nömrəli və 17 avqust 2018-ci il tarixli AZİ 350756 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X10 oğlunun və 14 fevral 2015-ci il tarixdə anadan olmuş X3 atası o hesab edilmişdir. Bildirmişdir ki, münasibətləri pozulduğundan beş ildir ki, onlar ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar analarının himayəsində olmuşdur. O, uşaqların saxlanılmaları üçün həmişə maddi yardım etmişdir. Onun maddi imkanı olduqca aşağıdır. Daimi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə qazanc əldə edir. Gündə olanda 10, 15, 20, 30 manat qazancı olur. Aliment ödəməyə imkanı yoxdur. Sadəcə uşaqların saxlanılması üçün hər uşaq üçün 100 manat olmaqla 200 manat məbləğində maddi yardım edə biləcəyini bildirmişdir. Göstərmişdir ki, heç bir halda aliment ödəməyəcəkdir. Lakin imkanı daxilində əlinə pul keçən kimi uşaqlarına maddi yardım edəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2018-ci il tarixli, AZ-İV 146563 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 mart 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2018-ci il tarixli, AZ-İV 146564 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2018-ci il tarixli, AZ-İ 350755 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 12 mart 2014-cü il təvəllüdlü X4 atasının X5 hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2018-ci il tarixli, AZ-İ 350756 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2015-ci il təvəllüdlü X3 atasının X5 hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 may 2022-ci il tarixli MŞİH-2022-17832 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 25 may 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirmədən Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 12 mart 2014-cü il təvəllüdlü X7 və 14 fevral 2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 12 mart 2014-cü il təvəllüdlü X7 və 14 fevral 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 12 mart 2014-cü il təvəllüdlü X7 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 12 mart 2014-cü il təvəllüdlü X7 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar