Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1438/2023 25.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit pul məbləğində 300 manat alimentin, ümumilikdə 600 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 18 iyun 2022-ci il tarixdə X9 və X7 adlı əkiz uşaqları anadan olmuşdur. Həmin uşaqlar onun himayəsindədir. Ailə münasibətləri pozulduğundan o, məcburən atası evinə qayıtmışdır. Bundan sonra yenidən yaşamaqları mümkün deyil. Həmçinin ailiment və digər tələblərlə bağlı mediasiya şurasına müraciət etmişdir və mediasiya prosesində 15 may 2023-cü il tarixdə iştirak etmişlər. Lakin aralarında olan mübahisənin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. Ona görə 15 may 2023-cü il tarixdə MŞŞ/MT 018/2023 saylı arayış verilmişdir. Bununla bağlı 50 manat mediasiya xərci ödəmişdir. Hal-hazırda Cavabdeh öz xoşu ilə azyaşlı uşaqlarımızın saxlanılmasına kömək etmədiyinə görə belə bir ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün ona köməklik etmir və o da maddi cəhətdən çox çətinlik çəkir, hal-hazırda o, fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik qazancı yaxşıdır. Xeyli pul qazanmasına baxmayaraq qazancından uşaqlarının saxlanılması üçün ona köməklik etmir. Hər il ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artır, lakin cavabdeh könüllü olaraq onların birgə nikahdan anadan olmuş uşaqlarının saxlanılması üçün ona köməklik etmir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Cavabdehlə sonralarda rəsmi nikah qeyd etdirməmişlər. Onların birgə ailə münasibətlərindən 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X7 adlı iki əkiz uşaqları anadan olmuşdur. Bildirmişdir ki, birgə nikahdan olan uşaqlarının saxlamaqda çətinlik çəkir. Uşaqların maddi təminatını təmin edə bilmir. Cavabdeh isə uşaqların saxlanmasında ona hər hansı yardım etmir. Cavabdeh işisiz deyil. Maddi imkanı yaxşıdır. Cavabdeh onun üstünə şər böhtan atmışdır. Onun öz işindən də çıxartdırmışdır. Bildirmişdir ki, cavabdehin Rusiyada, Bakıda, Şəkidə və Oğuzda evləri vardır. İki bahalı avtomobili vardır. Göstərmişdir ki, cavabdeh onların birgə münasibətlərindən olan uşaqlarının onunki olmadığını iddia edir. Lakin Cavabdeh 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilmişdir. Artıq uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh heç olmasa uşaqlarının saxlanması üçün hər ay, hər uşaq üçün 220 manat məbləğdə aliment ödəsin. Cavabdehin yaxşı imkanı olmasına baxmayaraq bir ata kimi övladlarının qayğısına qalmır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə qeyrirəsmi qaydada ailə qurmuşdur. Onların birgə münasibətlərindən 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X7 adlı iki əkiz uşaqları anadan olmuşdur. Hazırki ailəsi onun üçüncü ailəsidir. Qeyd edilən uşaqlardan başqa onun dörd övladı vardır. Həmin dörd övladından ikisi yetkinlik yaşlarına çatmış, lakin ikisi hələ balacadır. Digər iki azyaşlı övladlarının saxlanması üçün aliment ödəmir. Belə ki, onlara ev bağışlamışdır. Bildirmişdir ki, onun maddi imkanı aşağıdır. Hal-hazırda heç yerdə işləmir. Rusiya Federasiyasında müharibə getdiyi üçün orada da işləyə bilmir. Buna görə də onun maddi imkanı hər iki uşağı üçün 100-150 manat aliment ödəməyə çatır. Göstərmişdir ki, o, Rusiya Federasiyasında fəhlə işləməklə qazanc əldə edirdi. İddiaçının qeyd etdiyi avtomobillər, evlər qardaşınınkıdır. Qardaşının vətəndaşlığı olmadığı üçün həmin evlər, maşınlar onun adına qeydiyyata alınmışdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli, AZ-İ 426718 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 18 iyun 2022-ci il təvəllüdlü X3 atası hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli, AZ-İ 426717 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 18 iyun 2022-ci il təvəllüdlü X2 atası hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli, AZ-İV 804129 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 iyun 2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli, AZ-İV 804128 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 iyun 2022-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan elektron portaldan çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh mülkiyyətində 2022-ci il istehsalı olan “Toyota Rav-4” minik markalı və 2006-cı il istehsalı olan “Mercedes E 280 CDİ” minik markalı avtomobillər, həmçinin **********48 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi, **********87 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi və **********40-05101-093004 reyestr nömrəli çıxarışa əsasən mənzil vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli MŞŞ/MT018/2023-01118 nömrəli X6 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 15 may 2023-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X6 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X8 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı rəsmi nikah qeyd etdirmədən Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X7 adlı iki əkiz uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə maddi imkanının az olduğunu bildirərək iddiaya etiraz etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh maddi imkanının aşağı olmasını, halhazırda işsiz olmasını, mülkiyyətində olan avtomobillərin və daşınmaz əmlakların onun yox, qardaşının olması, sadəcə olaraq onun adına qeydiyyata alınmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə elektron portaldan çıxarılaraq iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, cavabdehin mülkiyyətində 2022-ci il istehsalı olan “Toyota Rav-4” minik markalı və 2006-cı il istehsalı olan “Mercedes E 280 CDİ” minik markalı avtomobillər, həmçinin **********48 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi, **********87 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi və **********40-05101-093004 reyestr nömrəli çıxarışa əsasən mənzil vardır. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 23 may 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 18 iyun 2022-ci il təvəllüdlü X9 və 18 iyun 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. X5 63,20 (altmış üç manat 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1438/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1438/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver